Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2664/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcunun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “borcunun tutulması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmə icraatına qəbul edilmiş və sadələşmiş icraat qaydasında baxılması üçün tərəflərə bildiriş göndərilmişdir. Daha sonra İddiaçı MMC xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək işi baxılmamış saxlayıb iddia ərizəsi və ona əlavə olunmuş sənədləri, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərərək hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair ərizə (vəsatət) verdiyindən, mülki iş üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlər dövlət rüsumu ilə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu büdcədən ABC Telecom MMC-yə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, ABC Telecom MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iş materiallarına əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı MMC tərəfindən iddia ərizəsinə görə ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı MMC-yə geri qaytarılsın. Qərardadın icrası Bakı şəhəri Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2664/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2664/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver