Məhkəmə qərarları › İş №2(008)-2673/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2673/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2673/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh Hacıbala oğluna qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HP Kompüter üçün 1571.6 (bir min beş yüz yetmiş bir manat altmış qəpik)manat ödənilməmiş hissə,157 (yüz əlli yeddi)manat cərimə; xx.xx.2020-ciil tarixli müqaviləsinə əsasən SAMSUN GALAXY A41 markalı telefon üçün 681.6(altı yüz səksən bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 68(altmış səkkiz)manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Huawei P Smart Z telefon, XİAOMİ Mİ camera üçün 478 (dörd yüz yetmiş səkkiz ) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd Mİ REDMİ AİRDOTS, HUAWEİ P30 LİTE markalı telefon üçün 11.80 manat ödənilməmiş hissə, olmaqla, ümumilikdə 3015 manat borcun və 50.15 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən HP Kompüter, xx.xx.2020-ciil tarixli müqavilə ilə SAMSUN GALAXY A41markalı telefon, xx.xx.2020-ci il tarixli müqavilə ilə Huawei P Smart Z , XİAOMİ Mİ camera, xx.xx.2020-ci il tarixli müqavilə ilə 2 ədəd Mİ REDMİ AİRDOTS, HUAWEİ P30 LİTE markalı telefon almış və onların dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 2016.6 manat olan HP Kompüter üçün cəmi ödənilən məbləğ 445 manat, ödənilməmiş əsas borc 1571.6 (min beş yüz yetmiş bir manat altmış qəpik), cərimə borcu 157 (yüz əlli yeddi)manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 1728.6 manat; xx.xx.2020-ciil tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 865.8 manat olan SAMSUN GALAXY A41 markalı telefon üçün cəmi ödənilən məbləğ 184.2 manat, ödənilməmiş əsas borc 681.6 (altı yüz səksən bir manat altmış qəpik), cərimə borcu 68 (altmış səkkiz) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 749.6 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 717.6 manat olan Huawei P Smart Z , XİAOMİ Mİ camera üçün cəmi ödənilən məbləğ 239.6 manat, ödənilməmiş əsas borc 478 (dörd yüz yetmiş səkkiz ) manat, cərimə borcu 47 (qırx yeddi) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 525 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 778.8 manat olan Huawei P30 Lite markalı telefon , 2 ədəd Mİ REDMİ AİRDOTS üçün cəmi ödənilən məbləğ 767 manat, ödənilməmiş əsas borc 11.8 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 3015 (üç min on beş) manat təşkil edir. -xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, HP Kompüterin aylıq ödəniş məbləği 103.7 manat; xx.xx.2020-ciil tarixli ödəniş cədvəlindən görünür ki, SAMSUN GALAXY A41 markalı telefonun aylıq ödənişi 45.6 manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Huawei P Smart Z , XİAOMİ Mİ camera aylıq ödənişi 59.8 manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Huawei P30 Lite markalı telefon , 2 ədəd Mİ REDMİ AİRDOTS aylıq ödənişi 64.9 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1571.6 (bir min beş yüz yetmiş bir manat, altmış qəpik) manat ödənilməmiş hissə borcu,157 (bir yüz əlli yeddi) manat cərimə borcu, xx.xx.2020-ciil tarixli müqaviləyə əsasən 681.6 (altı yüz səksən bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 478 (dörd yüz yetmiş səkkiz ) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 11.8 (on bir manat səksən qəpik) ödənilməmiş hissə, borcu olmaqla, cəmi 3015 (üç min on beş) manat məbləğində pul və 50.15 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar