Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2680/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “cərimənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı “cərimənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Azərbaycan Dövlət Neft Şirkəti Cavabdeh İB-i tərəfindən ona itirilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı əsassız yazılmış aktın ləğv olunması və 1355 (bir min üç yüz əlli beş) manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi yaşayış evində yaşayır və onunla CavabdehİB-nin Bakı Regional Qazın Satışı Departamenti arasında bağlanmış müqaviləyə əsasən yaşadığı fərdi yaşayış evinə İTRON tipli, G-4 markalı,STS-**********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. O, karta pul yükləyərkən məlum oldu ki, onun hazırda istifadəsində olan smart kart sayğacı bloklanıb. Bu barədə Azəriqaz İB-yi ilə əlaqə yaratdı oradan ona şifahi olaraq bildirdilər ki, qeyri qanuni qoşulma var və sayğacdan kənar istifadə aşkar olunmuşdur. X1 Bakı Regional Qazın Satışı Departamentinin rəisinin xx.xx.2021-ci il tarixli imzası ilə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akta əsasən o, 1355.4 manat cərimə olunmuşdur. Aktın tərtib olunmasına səbəb adı qeyd olunan qurumun əməkdaşlarının baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeydləri səbəb olmuşdur. O, tam əminliklə bildirir ki, əməkdaşların tərtib etdiyi akt düzgün tərtib olunmamış, akta əlavə olunmuş şəkildə göstərilən sayğac ona aid olsada, lakin qeyri qanuni qoşulmuş xəttin ona heç bir aidiyyatı yoxdur. Kənar xətlə ona məxsus fərdi yaşayış evi arasında xeyli məsafə olduğundan ,həmçinin guya o, tərtib olunmuş akta imza atmaqdan imtina etməyi ilə bağlı yazılmış akt tamam yalandır. Azəriqaz İB-nin ******* № li, 30 noyabr 2021- ci il tarixli itirilmiş təbii qazdan istifadə qaydalarının pozuması haqqında aktda itirilmiş təbii qaza görə hesabatda orta günlük iş rejimi və hesabat müddəti 90 gün qəbul edilməklə hesablanmış məbləğin ödənilməsi öz əksini tapmışdır. Ona görə də məhkəmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti CavabdehtB-yi tərəfindən mənə (abonent kodu: **********00000) itirilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li əsassız yazılmış aktın ləğv olunması və 1355 (bir min üç yüz əlli beş) manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının və vaxtının yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəm işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan **********00000 nömrəli abonentin saldosundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, S.Rustavelli küçəsindəki 07 saylı evdə təbii qazdan istifadəyə görə 2022-ci ilin yanvar ayının sonun üçün borc yoxdur. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, S.Rustavelli küçəsindəki 07 saylı evində sayğacdan kənar qeyri-qanuni istifadə aşkar olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin məcəllənin 385.1ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın ləğvi və akt əsasında 1355 manat məbləğində əsassız borcun hesab kodundan silinməsini xahiş etsə də, iddiaçıya məxsus saldodan halhazırda borc məbləği görünmür. Bundan da əlavə məhkəmə qeyd edir ki, qeyd edilən akt təbii qazdan qeyri-qanuni xətt əsasında yazılmış olduğundan, iddiaçı ilk növbədə sübut etməlidir ki, o qaz xəttinə qeyri qanunu qoşulmamışdır. Lakin iddiaçı bu halı sübut edə bilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2680/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2680/2022
13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver