Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2682/2022 30.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi (vəkili) X2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanındakı fərdi yaşayış evində abonent kodu **********00550 olan istifadəsində olan qaz sayğacına görə əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən dəymiş ziyanın dəyərinin ödənilməsinə görə tələb olunan 2656,8 manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanındakı ev onun istifadəsindədir və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həmin ünvana quraşdırılmış abonent kodu **********00550 olan mexaniki tipli qaz sayğacı onun istifadəsində və adınadır. Həmin qaz sayğacı xx.xx.2016-cı il tarixində 19728 saylı müqavilə və ******* saylı Akt əsasında ünvanındakı mənzilə “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən quraşdırılmışdır. Əvvəllər həmin ünvanda olan sayğac smart tipli sayğac idi. xx.xx.2018-ci il tarixində sayğaca qaz pulu ödəniş etdiyi zaman ödənişin yarı hissəsi qədər vəsait yükləndi. O, dərhal onun “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmişdir. Orada ona qaz xəttinə qanunsuz müdaxilə olduğunu bildirdilər, bu səsbəbdən adına cərimə yazıldığını bildirdilər və ona bununla bağlı fotoşəkillər təqdim etdilər. O, həmin fotoşəkillərə baxanda görmüşdür ki, həmin qanunsuz qoşulma qonşunun ünvanına aiddir. O, “Azəriqaz“ İstehsalat Birliyinə həmin borcun silinməsinə dair ərizə yazmış, “Azəriqaz“ İstehsalat Birliyi komissiya təşkil edərək ünvana baxış keçirmiş və yekun olaraq barəsində yazılan borcun silinməsi və həmin borcun qonşunun adına köçürülməsi barədə qərar verilmişdir. Sonradan onun sayğacını dəyişərək mexaniki tipli sayğac qoymuşlar. 2021-ci il tarixində işlətdiyi qazın pulunu ödəmək istəyərkən yenidən adında borcun olduğunu görmüşdür. Yenə də “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmiş, orada ona bildirmişdilər ki, xx.xx.2020-ci il tarixində yenidən onun ünvanına təbii qazdan sayğacdan kənar istifadəyə görə ******* saylı Akt tərtib olunub. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşı ona bildirmişdir ki, guyaki onun qaz idarəsinə ******* saylı Akt üzrə dəymiş ziyan olaraq 2656,8 manat borcu yaranıb. Ona yenidən fotoşəkillər təqdim edilmişdir. O, bu dəfə də fotoşəkildəki xəttə qanunsuz qoşulmanın qonşu tərəfindən edildiyini görmüş, bu dəfə də ərizə ilə müraciət edərək “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən həmin borcun silinməsini xahiş etmişdir. Lakin bu dəfə “Azəriqaz“ İstehsalat Birliyi həmin borcu silməkdən imtina etmişdir. Halbuki, fotoşəkillərdən tam aydın görünür ki, xəttə qanunsuz qoşulma qonşusu tərəfindən olub və kənar xətt onun həyətinə gedir. Birlikdən ona şifahi məlumat vermişlər ki, “bilirik siz sayğacdan kənar xəttə qanunsuz müdaxilə etməmisiz, lakin sizin sayğac qanunsuz qoşulmaya yaxın olduğu üçün həmin cərimə sizin adınıza yazılıb”. Lakin bütün bunlara baxmayaraq ******* saylı Akt üzrə dəymiş ziyan olaraq 2656,8 manat cərimə borcu ondan tələb etdilər. Hansı ki, həmin evdə qaz sayğacı əvvəllər smart tipli olub, sonradan mexaniki tipli ilə əvəz olunub, istifadə olunan qazın dəyəri sonradan ödənilməklə qazdan istifadə etmiş və bu səbəbdən də hesab edir ki, onun qaz sayğacına heç bir borcu olmamışdır. İstifadə etdiyi qazın ödənişlərini vaxtı-vaxtında etmişə və qaz sayğacından kənar xəttə qanunsuz olaraq heç bir müdaxilə etməmiş, həmin müdaxiləni qonşu etmişdir. Fotoşəkillərdən də aydın görünür. Həmin evdə təbii qazdan istifadəyə görə ilk dəfə 2018-ci ildə yaranan problemə görə təşkil olunan komissiyanın araşdırılmasında və rəyindən də göründüyü kimi 2018-ci ildə də həmin yerdə aşkarlanan qanunsuz qoşulmanı qonşusu etmişdir. Həmçinin ******* saylı Akt əsasında yaranan cərimə borcuna görə “Azəriqaz“ İstehsalat Birliyinə yazdığı ərizə əsasında komissiya evinə baxış keçirmiş, yekun olaraq həmin qanunsuz qoşulmanın qonşusuna aid olduğu barədə akt tertib edilmişdir. Lakin həmin aktın surətini ona verməmişlər, ancaq şəklini çəkib saxlaya bilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X5 iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında quraşdırılan sayğac üzrə qeydiyyatdan keçən qaz abonentidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən ünvan 1 ünvanında İddiaçı təbii qazdan sayğacdan kənar istifadə edilməsinin aşkar olunması müəyyən edilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 26568 m3 hesablanmış, bu məbləğ 0,10 manata vurularaq 2656,8 manat itirilmiş sərfiyyat hesablanmışdır. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları Bağırov Rüfət, Muradov Murad və Əsədov Səid tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli inventar aktından görünür ki, İddiaçı məxsus evdə qaz təsərrüfatına yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin ünvana quraşdırılmış G-4 markalı mexaniki tipli **********3 nömərli sayğacda kənar xətt olmamışdır, abonentə yazılmış cərimə **********0 nömrəli sayğaca köçürülməlidi. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: X3 Bakı şəhəri, ünvan 1 ünvan üzrə (obanent kodu-**********00550) Cavabdeh İB tərəfindən təbii qazdan istifadə edilməsi üçün quraşdırlmış sayğacadan kənar qaz xəttinə qoşulması mövcuddurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5349 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı məhkəməyə daxil olmuşdur. Ekspertizanın aparılmasından imtina edildiyindən məhkəmə tərəfindən tədqiqat obyektinə baxış keçirilmişdir. Baxış zamanı iddiaçıya məxsus evdə kənar xəttin olmaması, iş materiallarındakı üç fotoşəkildən kənar xəttə aid olan ikisinin iddiaçının qonşusuna məxsus evə aid olması müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli inventar aktının tərtib olunmasında iştirak edən Cavabdeh İB-nin əməkdaşı Murad Muradov da baxış zamanı fotoşəkillərin iddiaçıya deyil, onun qonşusuna məxsus evə aid olmasını bir daha təsdiq etmişdir. Hazırda iddiaçı “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən dəymiş ziyanın dəyərinin ödənilməsinə görə tələb olunan 2656,8 manat məbləğində cərimə borcunun silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1-cimaddəsinəəsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2-ci maddəsinə əsasən istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin əməkdaşları mübahisə predmeti olan aktı tərtib edərkən, iddiaçıya məxsus olmayan evə baxış keçirmişlər. İddiaçının kənar xətdən istifadə etməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Odur ki, iddiaçı Cavabdeh tərəfindən İddiaçı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2656,8 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanındakı fərdi yaşayış evində abonent kodu **********00550 olan istifadəsində olan qaz sayğacına görə əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən dəymiş ziyanın dəyərinin ödənilməsinə görə tələb olunan 2656,8 manat məbləğində borc silinsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim TahirəƏsədova
Məhkəmə qərarları › İş №2(008)-2682/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2682/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver