Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-272/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 Zaikr oğlunun, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı məhkəmədə iddia qaldıraraq 3750 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiqşdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 21.05.2020-ci il tarixdə 23:05 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymatulla küçəsi ilə F.X.Xoyski prospektlərinin kəsişməsində AR İXM-nin 332.1-ci, 369.3-cü, 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədərək iddiaçının mülkiyyətində və X4 istifadəsində olan ** NB *** nömrə nişanlı «RANCE ROVER» minik avtomobilə ziyan vurmuşdur. Həmin şəxs Nərimanov rayon DYPŞ tərəfindən 26.05.2020-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 Zaikr oğlu iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı 99NB555 nömrə nişanlı «RANCE ROVER» minik avtomobilinin sahibidir (AD № 375777 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş 26.05.2020-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh 21.05.2020-ci il tarixdə 23:05 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymatulla küçəsi ilə F.X.Xoyski prospektlərinin kəsişməsində MERSEDES BENZ GL markalı ELM001 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcı keçmə qaydalarını pozmasına və digər hallar görə AR İXM-nin 327.2-ci, 332.1-ci, 469.3-cü, maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan sənədlərdən, izahatlardan görünür ki, adıçəkilən inzibati xəta nəticəsində İddiaçı məxsus 99NB555 nömrə nişanlı «RANCE ROVER» minik avtomobilinə zərər dəymişdir. “AutoColorS” avtoservis tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, «RANCE ROVER» minik avtomobilinə 3750 manat məbləğində zərər dəymişdir. Cavabdehin vəkilinin vəsatəti əsasında iş üzrə məhkəmə-əmtəəşünasılq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24.09.20221-ci il tarixli 9/5008 №-li ekspert rəyinə əsasən avtomobilin təmir-bərpa xərcləri təxminən 2854,00 manat müəyyən edilmişdir. Hazırda iddiaçı 3750 manat məbləğində pulun tutulmasının iəstəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən, yəni 2854,00 manatın tutulması hissəsində təmin, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ekspertiza cavabdehin vəsatəti əsasında təyin edildiyindən ekspertə ödənilməli olan 100 manat cavabdeh tərəfindən həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı məhkəmə cavabdeh tərəfin vəsatəti əsasında təyin etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2854,00 manat məbləğində pul alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatı dəyəri 100 manat Cavabdeh tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-272/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-272/2022
01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver