Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-277/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı nümayəndəsi və Vəkil2 Elfak oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rasim oğlunun nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 815000 manat və 285000 manat olmaqla ümumilikdə ******* manat pulun tutulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı ildə onunla Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən Cavabdeh1 300.000 manat borc vermişdir. Cavabdeh1 müqavilə üzrə borc məbləğini xx.xx.2019-cu il tarixə kimi ayda 10.000 manat olmaqla qaytarmağı öhdəsinə götürülmüşdür. 2-3 ay ödəniş etdikdən sonra Qəhrəman ona təklif etmişdir ki, Çində olan şirkətindən şatış üçün konbi, sanitexnika avadanlıqları göndərsin o da, Azərbaycanda sataraq həm pul qazansın, həm də ona olan borcunu qaytarsın. Razılaşmaya uyğun olaraq ona konbi, radiator, istilik sistemləri göndərilmişdir. 2023-cü ilin yanvar ayında Cavabdeh1lə aralarında yenidən haq-hesab edilmiş, ümumi aldığı mal və ödədiyi ödənişlər hesablanaraq onun Qəhrəmana verdiyi mallar ******* manat təşkil etmişdir. Qəhrəman və Cavabdeh2lər ******* manat puldan ona ******* manat geri qaytardıqdan sonra 815050 manat qaytarlmamış məbləğ, həmçinin 26 manrt 2019-cu ildə “Diqlas” Ticarət Mərkəzində yanan mallara görə 285000 manat borcu yaranmışdır. Hazırda cavabdehlərin ona olan borcu ******* manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil1 iddia ərizəsini qəbul etməyərək, İddiaçıla olan ticarətini qəbul etdiyini, tərəflər arasında pulun qaytarılması ilə bağlı bloknotda qeyd edilərək qarşılıqlı imzalarla təstiq edildiyini, Cavabdeh2 isə yanan mallara görə bir sənədə imza etdiyini, başqa hesablaşmalarının olmadığını, İddiaçı tələb etdiyi mallardan 259.000 manatlıq malın Xırdalana aparıldığı, 285.000 manat yanan mallara görə tələb edilən pulun ona aidiyyəti olmadığını, yanan mallara görə dövlət tərəfindən təzminat olaraq verilmiş 40.000 mant puldan Asifə çatacaq 20.000 manatın ona verilməməsinin səbəbinin aralarında olan razılaşmaya əsasən “Forland” markalı yük maşının onlara verilməməsini bildirdi. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarına əlavə olunan xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 xx.xx.2019-cu il tarixə kimi ayda 10.000 manat qaytarmaq şərtilə Cavabdeh1 300.000 manat borc vermişdir. Cavabdehlərin nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı ildə kredit müqaviləsi bağlandığını və həmin müqavilə üzrə pul tam qaytarıldığından, həmçinin müqavilə üzrə iddia müddəti 5 ildən artıq müddətə keçdiyindən həmin mülki iş üzrə iddia müddəti tətbiq edilməli və iddianın rədd edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən “müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.” Bütün bunları və MM-nin 373-cü maddəsinin tələblərini nəzərə alaraq İddiaçı Cavabdeh1 və digərlərinə qarşı pul tələbinə dair 2(008)- 4905/2024 nömrəli mülki işi üzrə Mülki Məcəllənin 373-cü maddəsini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk olaraq xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında 2016-cı ildə kredit müqaviləsi imzalanmış, həmin müqavilə xx.xx.2019-cu ilə kimi qüvvədə olduğu müddətdə tərəflər arasında xx.xx.2019-cü il tarixdə yeni müqavilə bağlanmaqla münasibətlər davam etmişdir. Yəni hazırki halda hər hansı müddətin keçməsindən söhbət gedə bilməz. İş materiallarından göründüyü kimi tərəflər arasında xx.xx.2019-cu il tarixdə üçtərəfli müqavilə imzalanmış, həmin müqavilənin şərtlərinə uyğun olaraq, Qəhraman və Cavabdeh2lərin İddiaçı ******* manat borcu olduqlarını etiraf edərək bu borcun ödənilməsi barədə şərtləşirlər ki, - Qeyd olunan məbləğin 145899 manatı çıxılır nəticədə qalıq borc ******* manatdır. - İldə iki dəfə açot olunacaq, mal sayılacaq, satılan malla ödənilən pullar başabaş çıxmalıdır. - Asif bir ədəd Forland maşın vermişdir. Sonda ya maşın geri veriləcək, ya da ki pulu ödəniləcək - 70000 manat qazanc çıxılır hesabdan - Yanan mallara dövlət pul verərsə yarıya bölünəcək. Göründüyü kimi tərəflər arasında xx.xx.2019-cu il tarixdə üç tərəfli bağlanmış müqavilə tərəflərin barmaq izləri və öz imzaları ilə təstiq edilmişdir. Müqavilə şərtlərindən aydın şəkildə birgə fəaliyyət barədə müqavilə olduğu, “malların ildə iki dəfə sayılaraq açot olunması”, həmçinin “Diqlas” Ticarət Mərkəzində yanmış mallara görə dövlət tərəfindən dəymiş ziyan olaraq pul veriləcəyi təqdirdə həmin məbləğin də aralarında bölünəcəyi barədə razılığa gəlinməsini tərəflər öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunan sənədlərdən görünür ki, Çin Xalq Respublikasından Cavabdeh1 adına 2017, 2018 və 2019-cu illərdə içərisində kombi, radiator və istilik sistemlərinin olmasını əks etdirən invoyslar təstiq edir ki, tərəflər arasında əməkdaşlıq davam etmişdir. Həmçinin məhkəmə sorğusuna cavab olaraq 2018-2019-cu illərdə Azərbaycan Respublikasına Cavabdeh1 adına içərisində kombi, istilik sistemi və onun ehtiyat hissələri olan avadanlıqların gətirilməsinin əks olunduğu Gömrük Bəyamnamələri təqdim olunmuşdur. Eləcə də, iş materiallarında Çin Xalq Respublikasından Gürcüstan Respublikası vasitəslə Azərbaycana 2019-cu ilin noyabr ayında gələn malların yük və CMR sənədləri mövcutdur və həmin sənədlər bir daha təstiq edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə imzalanmış üçtərəfli razılaşmadan sonra da birgə fəaliyyət davam etmiş, yeni məbləğli mallar gətirilmişdir. Bu hallar bir daha iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında 2022-ci il tarixdə olan vatsap yazışmaları ilə də öz təstiqini tapır. Həmin yazılarda Asif, yanğına kimi nə oldu oldu yanğından sonra olan mallara cavab verməsini Qəhrəmandan tələb edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 11/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmün sürətindən görünür ki, 26 mart 2019-cu il tarixdə “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 90000 (doxsan min) manat pulun 40000 (qırx min) manatı zərərçəkmiş şəxs Cavabdeh2, 50000 (əlli min) manatı zərərçəkmiş şəxs X2 verilməsi, Zərərçəkmiş şəxs – mülki iddiaçı X3 mülki iddiası baxılmamış saxlanılması və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi, İş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilməsi, Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi nəticəsində hadisə yerindən götürülmüş yanğından sonrakı qalıqlar və yanğına məruz qalmış elektrik naqilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, İş üzrə məhkəmə məsrəfi olan 1075,52 (bir min yetmiş beş manat, əlli iki qəpik) manat ekspertiza xərci X1 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməsi hökm edilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh2 ifadəsində bildirmişdir ki, o, “Diqlas” ticarət mərkəzində icarəyə yer götürüb istilik sistemlərinin alqı-satqısı ilə məşğul olmuşdur. Yanğın hadisəsi zamanı ona ümumilikdə 285000 manat maddi ziyan dəymişdir. 10000 manat dövlətdən yardım almışdır. Ona dəymiş ziyanın qalanı ödənilməmişdir. Depozitə qoyulan 40000 manat pulu götürməmişdir. Şikayəti vardır vurulmuş ziyanın ödənilməsi üçün pul vəsaitinin depozit hesaba qoyulması haqqında xx.xx.2021-ci il tarixli qərardan və xx.xx.2021-ci il tarixli, 001PBUD210150043 nömrəli ödəniş tapşırığından görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış X4 və Cavabdeh2 dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə X6 tərəfindən təqdim olunan 90000 (doxsan min) manat məbləğində pul vəsaiti (Təbriz Xəlilov üçün 50000 manat, Cavabdeh2 üçün 40000 manat) Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirilmişdir. iş materiallarında borcun qarşılıqlı qaytarılması barədə cavabdeh Kamran və Cavabdeh1 nümayəndəsi Vəkil1 tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli bloknotda aydın qeyd olunur ki, Baş borc ******* manat + Təzə mal olan kombi üçün 202035 manat qeyd edilmişdir. - bloknotda xx.xx.2019-cu il tarixdə 10.000 manatın Asifə qaytarılması hissəsində imzanın qarşısında köhnə borc ifadəsi qeyd olunmuşdur. - xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən ödənilməsi qeyd olunan 55.000 manatın, xx.xx.2021-ci il tarixdə 500 manatın və xx.xx.2021-ci il tarixdə 20 manatın qarşısında imza yoxdur. - bloknotda qeyd olunsa da verilmə tarixi göstərilməyən 144291,79 manat pulun kimə verilməsi, verilmə tarixi və imza yoxdur. İddiaçı tərəfindən tərəflərin qarşılıqlı imzaları ilə təstiq edilən kitapçada xx.xx.2019cu il tarixdə qeyd olunur ki, əvvəlki borc yanğından sonra 1140.000 manat - 08/2019-cu ildə kombi təzə qarışıq malların dəyəri 202035 manat hansı ki bu məbləğ cavabdehlərin təqdim etdikləri kitapçada da öz əksini tapmışdır. - 11/2019-cu il kombi təzə korona 213763 manat - 11/2019-cu il 39883 manat qazanc 2 yerə bölünür 19943 manat - Kitapçada xx.xx.2019-cu il tarixdə 10.000 manatı Asifə ödəyən şəxsin Kamran olduğu qeyd olunmuşdur. Bu hal bir daha təstiq edir ki, Kamran və Cavabdeh1 birgə borclu kimi İddiaçı qarşısında məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı iş materialları ilə də öz təstiqini tapır ki, tərəflrə arasında xx.xx.2019-cu il tarixli üçtərəfli razılaşmaya əsasən ortaq ticarət əlaqələri olmuş və birgə fəaliyyət nəticəsində İddiaçı tərəfindən cavabdehlərə ümumilikdə ******* manat mal verildiyi halda cavabdehlər tərəfindən qarşılıqlı imzalarla təstiqlənmiş iş materiallarına əlavə edilmiş dəftərdən də göründüyü kimi cavabdehlər tərəfindən nağd şəkildə iddiaçıya 437292,21 manat, həmçinin iddiaçının yaxın adamı olan Pərviz və Əhmədlə barter olunan 199291 manatlıq mal olmaqla ümümilikdə 636583,21 manat pul qaytarılmışdır. Belə olan halda 1594888-636583,21= 958304,79 manat cavabdehlərin mallar üzrə borcu həmçinin iş materiallarında olan “Diqlas” Ticarət Mərkəzinin yanması ilə əlaqədar olaraq cavabdehlərə ödənilmiş 40.000 manatın yarısı olan 20.000 mant cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə cavabdehlərdən ümumilikdə 958304,79 manat borc və 20.000 manat ödənilmiş təzminat tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 978304,79 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-277/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-277/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver