Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2773/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 27R000004246 saylı kredit razəlaşması üzrə 811,47 ABŞ dolları kredit borcu, 693,60 ABŞ dolları məbləğində faz borcu, 375,15 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1880.22 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli, 04L000001367 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il urixli 04L000001367S saylı Sazişlə kredit xəttinin müddəti 239 ay müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 27R000004246 saylı kredit razılaşması əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 27R000004246S saylı, xx.xx.2015-ci il tarixli 27R000004246SA saylı, xx.xx.2016-cı il tarixli 27R000004246SB saylı, xx.xx.2016-cı il tarixli 27R000004246SC saylı, xx.xx.2017-ci il tarixli 27R000004246SD saylı, xx.xx.2017-ci il tarixli 27R000004246SE saylı, xx.xx.2018-ci il tarixli 27R000004246SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 9188,53 ABŞ Dolları ödəmiş, onun 811,47 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 04L000001367 nömrəli kredit xətti müqaviləsindən görünür ki, cavabdehə 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi açılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana 100 000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kredit tərəflər arasında X3rantiyası verilməsi haqqında müqavilə formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankı kredit vermək vədini ifadə etmir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 27R000004246 nömrəli kredit xətti müqaviləsindən görünür ki, Bank 10000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 15 ay müddətinə Kredit Alana verir. -İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 27R000004246S nömrəli Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2008-ci il tarixli, 04L000001367 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 27R000004246 saylı Kredit Razılaşması əsasında verilmiş kreditim qalıq məbləğinə xx.xx.2015-ci il tarixdən aylıq 0 % dərəcəsi ilə faizlər hesablanır və kredit razılaşmasının ayrılmaz hissəsi olan xx.xx.2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 27R000004246SA nömrəli Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2008-ci il tarixli, 04L000001367 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 27R000004246 saylı Kredit Razılaşmasının ayrılmaz hissəsi olan xx.xx.2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 27R000004246SB nömrəli Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2008-ci il tarixli, 04L000001367 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 27R000004246 saylı Kredit Razılaşması əsasında verilmiş kreditim qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 1.3333% dərəcəsi ilə faizlər hesablanır.Kredit alan bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 27R000004246SC nömrəli Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2008-ci il tarixli, 04L000001367 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 27R000004246 saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq ödəməlidir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 27R000004246SD nömrəli Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2008-ci il tarixli, 04L000001367 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 27R000004246 saylı Kredit Razılaşması əsasında verilmiş kreditim qalıq məbləğinə xx.xx.2017-ci il tarixdən aylıq 1.1667% dərəcəsi ilə faizlər hesablanır.Kredit alan bu sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 27R000004246SE nömrəli Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2008-ci il tarixli, 04L000001367 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 27R000004246 saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq ödəməlidir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 27R000004246SF nömrəli Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2008-ci il tarixli, 04L000001367 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 27R000004246 saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2018-ci il tarixli ödəniş planına uyğun olaraq ödəməlidir. - İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 04S000001527 nömrəli Zaminlik müqaviləsindən görünür ki, borclunun xx.xx.2008-ci il tarixli 04L000001367 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 04S000001527S nömrəli Zaminlik müqaviləsinə əlavə və dəyişiklik edilməsi haqqında sazışdən görünür ki, borclunun xx.xx.2008-ci il tarixli 04L000001367 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun 100000 ABŞ dolları məbləğində borcunun icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 27S000000113 nömrəli Zaminlik müqaviləsindən görünür ki, borclunun xx.xx.2008-ci il tarixli 04L000001367 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 27S000000113S nömrəli Zaminlik müqaviləsinə əlavə və dəyişiklik edilməsi haqqında sazışdən görünür ki, borclunun xx.xx.2008-ci il tarixli 04L000001367 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun 100000 ABŞ dolları məbləğində borcunun icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - Maliyyə arayışından görünür ki, Cavabdeh2 27R000004246 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 811,47 ABŞ dolları əsas, 693,60 ABŞ dolları faiz, 375,15 ABŞ dolları cərimə olmaqla, cəmi borcu 1880,22 ABŞ dolları təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçının digər cavabdehlərə qarşı olan tələbə münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinəəsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinəəsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh2 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zaminlər Cavabdeh3 və Cavabdeh1 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə əsas borcun 811,47 ABŞ dolları məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 375,15 ABŞ dolları məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 40 ABŞ dolları müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa məhkəmə hesab edir ki, tərəflər arasında hesablar ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, cavabdehlərdən tutulmalı olan pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 811 (səkkiz yüz on bir) ABŞ dolları 47( qırx yeddi) sent əsas, 693 (altı yüz doxsan üç) ABŞ dolları 60 (altmış) sent faiz, 40 (qırx) ABŞ dolları cərimə olmaqla, cəmi 1545 (min beş yüz qırx beş) ABŞ dollar, 07 (yeddi) sent məbləğində pul (vəsaitinin ödəniş gününə olan manat məzənnəsi ilə)və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-inin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2773/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2773/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver