Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2776/2022 23.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yanında qalan yetkinlik yaşına çatmış xx.xx.2001-ci il təvəllüdlü oğlu X3 Ali təhsilini bitirənədək təhsil xərclərinin ödənilməsi üçün hər ay 193 manat sabit pul məbləğində aliment və yetiknlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşınadək saxlanılması üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda övladlarıyla birlikdə yaşayır. Cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh Yusif oğlu ilə rəsmi qaydada xx.xx.2002-ci il tarixində nikahları rəsmləşdirilməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəlldülü X5 anadan olmuşdur. Cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh Yusif oğlu ilə ailə münasibətlərimiz pozulduğundan ayrı yaşayırıq. Həmin vaxtdan da uşaqların onun yanında qalmışdır. O, Bakı şəhəri Sabunçu rayon məhkəməsində ona qarşı aliment tələbinə dair iddia qaldırmışdır. Cavabdehdə qarşılıqlı iddia ərizəsi ilə aralarında olan nikaha xitam verilməsini xahiş etmişdir. Onun tələbi və cavabdehin tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cu il tarixli 2(008)-4232/13 saylı qətnaməsi qət edərək aralarında olan nikaha xitam verilmiş və Cavabdeh Yusif oğlundan yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2001-ci il təvəllüdlü oğlu X3 və xx.xx.2005-ci il təvəllüdlü X1 üçün onun xeyrinə Cavabdeh Yusif oğlunun qazancından hər ay 93 manat, cəmi 186 manat məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Hal-hazırda övladları artıq böyüyüb xərcləri artıb. Onların təhsil xərci, geyim xərci, sağlamlığı, cəmiyyətə layiqli bir insan kimi formalaşması üçün 93 manat aliment çox azlıq eləyir. Uşaqlarının saxlanılması xərclərini ödəməkdə çox çətinlik çəkir. Cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh Yusif oğlu kifayət qədər imkanlıdır. Oğlu xx.xx.2001-ci il təvəllüdlü X4 universitet tələbəsidir. Oğlu həmin universitetdə ödənişli əsaslarla təhsil alır. O, onun illik ödənişlərini ödəyib çatdıra bilmir. İllik olaraq Odlar Yurdu Universitetinə 2000 manat pul ödəyir. Həmin məbləği ödəməkdən çox çətinlik çəkir. 2021- 2022-ci ilin təhsil haqqının yarısını borc tapıb ödəmiş, digər yarısını ödəyəmə pul tapa bilmir. Keçmiş həyat yoldaşı uşaqlarına maddi dəstək göstərmir, onların təhsili və problemləri ilə maraqlanmır. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərk rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 187091 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə, 202 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(008)-4232/2013 saylı qətnaməsindən görünür ki, tərəflər arasındakı nikaha xitam verilmiş və Cavabdeh Yusif oğlundan yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2001-ci il təvəllüdlü oğlu X3 və xx.xx.2005-ci il təvəllüdlü X1 üçün onun xeyrinə Cavabdeh Yusif oğlunun qazancından hər ay 93 manat, cəmi 186 manat məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 201187 saylı Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X3, atası Cavabdeh Yusif oğlu, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı 726304 saylı Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X2 atası Cavabdeh Yusif oğlu, anası İddiaçıdır. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh yanında qalan yetkinlik yaşına çatmış xx.xx.2001-ci il təvəllüdlü oğlu X3 Ali təhsilini bitirənədək təhsil xərclərinin ödənilməsi üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması hissəsinə müanibət bildirərək qeyd edir ki, tərəflərin birgən nikahından doğulmuş xx.xx.2001-ci il təvəllüdlü oğlu X4 artıq yetkinlik yaşına çatmış olduğundan, onun ali təhsil xərclərinin ödənilməsi ilə bağlı valdeyinlərin üzərinə öhdəlik qoyulması ilə bağlı qanunvericilikdə maddi hüquq norması olmadığından, o cümlədən iddiaçıın yetkinlik yaşına çatmış övladının adından məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin digər hissəsini əhatə edən Cavabdeh yetiknlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 193 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqları pozulduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(008)-4232/2013 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(008)-4232/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2005-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2776/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2776/2022
23.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver