Məhkəmə qərarları › İş №2(008)-2777/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2777/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2777/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 manat, dövlət rüsumuna ödənilən 47 manat, cəmi 2747 manat alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının maşınını ilkin alqı-satqı müqaviləsinə əsasən etibarnamə ilə idarə edən şəxsdir. X1 xx.xx.2023-cü il tarixdə iddiaçı ilə Bakı şəhər 32 saylı Notariat ofisində ilkin alqı-satqı müqaviləsi bağlayaraq, İddiaçı adına olan, AR DİN BDYPİ QİS tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli BA 212807 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WOLOAHL********** və buraxılış ili 2006-cı il olan Opel Astra minik markalı 99TC782 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini ilkin alqı satqı müqaviləsi bağlamışdır. İlkin alqı satqı müqaviləsin şərtinə görə “Alıcı” Cavabdeh “Satıcı” İddiaçı gündəlik 25(iyirmi beş) manat xx.xx.2026-cı il tarixinədək ödəməli və götürdüyü avtomobili götürdüyü vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cı il tarixə kimi avtomaşını idarə etmiş, müqavilənin şərtini pozmuşdur. Cavabdeh müqavilənin şərtinə görə 2700 (iki min yeddi yüz) manat pulu ödəməmişdir. Lakin cavabdehə dəfələrlə şifahi və yazılı pretenziya qaydasında olaraq, müqavilənin şərtinə əməl etməsini xahiş və tələb etsə də o, əməl etməmişdir. Odur ki, iddiaçı məcbur olub məhkəmədə iddia qaldırmaq məcburiyyətində olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, birinci tərəf - İddiaçı, ikinci tərəf – Cavabdeh arasında birinci tərəfə məxsus ban nömrəsi WOLOAHL********** və buraxılış ili 2006-cı il olan Opel Astra minik markalı 99TC782 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gələcəkdə ikinci tərəfə satmaq barəsində notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən alqı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı iə 27239 manat məbləğində müəyyən edilmiş, 2.2-ci bəndinə əsasən isə, alıcı bu müqavilənin 2.1-ci bəndində müəyyən edilən pulun 239 manatını xx.xx.2023-cü il tarixdə satıcıya ödəməyi öhdəsinə götürərək, qalan 27000 manatı 36 ay müddətinədək hər gün 25 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Opel Astra minik markalı 99TC782 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini tərəflər arasında razılaşdırılmış 27239 manat məbləğin 36 ay müddətində hər gün 25 manat ödənilmək şərti ilə cavabdehin istifadəsinə vermişdir. Opel Astra minik markalı 99TC782 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 95 gün cavabdehin istifadəsində olmuş, lakin cavabdeh 10 gün üçün 250 manat məbləğində ödəniş etmişdir. Cavabdeh müqavilə öhdəliyini tam yerinə yetimədiyindən onun iddiaçıya 85 günlük ödəməli olduğu 2125 manat və müqavilə üzrə ilkin ödəniş kimi ödəməli olduğu 239 manat olmaqla 2364 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iddia tələbinin Cavabdeh 2700 manat məbləğində pul tutulması ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, iddia bu qismən təmin olunaraq, cavabdehdən 85 günlük ödəməli olduğu 2125 manat və müqavilə üzrə ilkin ödəniş kimi ödəməli olduğu 239 manat olmaqla cəmi 2364 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin qalan 336 manat məbləğində borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Çünki, iddiaçı bildirir ki, avtəmobil ona geri veriləndə ona ziyan vurulmuşdu, lakin buna dair qüsur aktı və ya digər bir sənəd təqdim etmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. İddiaçı cavabdehin ona 336 manat ödənilməmiş borcun olmasını iddia etməsinə baxmayaraq, həmin məbləğin hansı əsaslarla yaranması barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 41 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi (6 manat) isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2364 manat və ödənilmiş dövlət rüsumunun 41 (qırx bir) manat hissəsi alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2364 (iki min üç yüz altmış dörd) manat və ödənilmiş dövlət rüsumunun 41 (qırx bir) manat hissəsi alınaraq İddiaçı verilsin. Dövlət rüsumunun qalan hissəsi (6 manat) iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar