Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2790/2023 25.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1 Novruz oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Novruz oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4300 manatı pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə vəziyyəti ağırdır, Şəhid ailəsidir, 1992-ci ildə atası Laçın rayonundan Ağdama gələrkən ermənilər tərəfindən ağır faciəli surətdə Şəhid olmuş, həyat yoldaşı polis işçisi idi, o qədər müharibədə iştirak etdi, əziyyət çəkdi ki, qara ciyərı partladı və vəfat etdi, övladı yoxdur, təqaüd və maaş almır, heç bir yerdən gəliri yoxdur, tənha qalır, bir damın altında tək yaşayır. Qardaşı tutulduğunda 6000- 7000 min AZN dəyərində evinin əşyalarını 5300 manat məbləğinə Gülnar və Ağamurad adlanan şəxslərə satmış, 4 il ərzində razılaşdırılmış məbləğin 1000 manatını xırda-xırda almış, bu günə qədər iddiaçıya 4300 manat verməli olmasına baxmayaraq 1 manat belə verməmişdir. 8 aydırki 36-cı Polis bölməsinə şikayət etmişdir. Ağamurad adlı kişi 1200 manat pul verəcəyinə dair gəlib izahat vermişdir. Yalan deyir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə adları çəkilən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim edilmişdir. «2019-cu ilin noyabrın 25-i Gülnara verdim» adlığı ilə müxtəlif məişət avadanlıqlarının siyahısı və qiyməti, cəmi 1000 manatı verildiyi və əlyazma ilə Ağamurad – **********, Gülnar – ********** (telefon nömrələri). xx.xx.2021-ci il tarixli əlyazma ilə icra edilmiş aşağıdakı məzmunda iltizam «mən, X3 may ayının 31 ya sənə 3300 verəcəm ya da 138 ekranlı ELG-televizor 2200 manat qiymətində alıb verəcəm İddiaçı». İddiaçı xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Xətai RPİ-nin 36-cı PB tərəfindən iddiaçıya verilmiş cavab məktublarından, arayışdan görünür ki, şikayət yuxarıda göstərilən mobil telefonlarının sahiblərində olmuş, polis tərəfindən bu istiqamətdə araşdırma aparılmış və iddiaçının ər-arvad olan Cavabdeh1 Novruz oğlu və Cavabdeh2 barəsində olmuşdur. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 Novruz oğlu həqiqətən iddiaçıdan məişət və elektrik avadanlıqlarının aldığını etiraf etmiş, ondan 1200 manat məbləğində borcunun qaldığını və xx.xx.2022-ci il tarixədək 50 manat ödəməklə həmin pulu qaytarcağını bildirmişdir. Cavabdeh1 Novruz oğlu məhkəməyə bir dəfə elektron ərizə ilə müraciət edərək xəstəliyi ilə əlaqədar prosesin təxirə salınmasını xahiş etmiş, məhkəmə onun xahışini icra etmiş, lakin o, növbəti prosesə də gəlməmiş, iddiaya qarşı etirazını və dəlillərini təqdim etməmişdir. Hazırda iddiaçı 4300 manatın cavabdehlərdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus əşyalarını cavabdehlərə faktiki olaraq əvəzsiz verərək ziyana düşmüş və cavabdehlər bunun nəticəsində əsassız varlanmışdılar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 Novruz oğlu iddiaçının tək və savadsız olduğundan istifadə edərək onun hesabına əsassız varlanmışdır. Belə ki, yalnız polis tərəfindən cavabdehlərin Cavabdeh1 Novruz oğlu və Cavabdeh2 olduqları müəyyən edilmişdir. Yuxarıda qeyd edilən iltizamdan görünür ki, Cavabdeh1 Novruz oğlu iddiaçını çaşdırmaq məqsədilə öz adını X1 yazmışdır. Əşyaların dəyərinə dair məhkəmə qeyd etmək istəyir ki, Cavabdeh1 Novruz oğlu bilərək «və ya, və ya» yazmışdır. Belə ki, 3300 manat və ya 2200 manatlıq televizor mütanasiblik yaratmır, 3300 manat və 2200 manatlıq televizor daha məntiqidir. Qeyd edildiyi kimi, cavabdehlər məhkəmə gəlməmiş, məsələyə aydınlıq gətirməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Novruz oğlu və Cavabdeh2 4300 manat pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2790/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-2790/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver