Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2791/2020 28.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçı «Bank VTB ( Azərbaycan )» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Bank VTB ( Azərbaycan )» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «Bank VTB ( Azərbaycan )» Açıq Səhmdar Cəmiyyəti xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən cavabdeh isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «Bank VTB ( Azərbaycan )» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2791/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2791/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver