Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2820/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Cavabdeh1 tərəfindən verilmiş mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 vəsatət təqdim edərək bildirmişdir ki, Sabunçu rayon Polis İdarəsində istintaq zamanı iddiaçının saxtakarlığı tam sübuta yetirilib. Müəyyən olunub ki, ikinci cavabdeh kimi yazdıqları Cavabdeh2 tamamilə bu işə aidiyyəti olmayan bir şəxsdir. O, Bərdə rayonunda qeydiyyatda olduğundan Sabunçu Rayon Məhkəməsində bu mülki işə baxılması qanunsuzdur və buna etiraz edir. Odur ki, mülki işin baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, Zəhra xanım özü də polis idarəsində işin araşdırılması zamanı Cavabdeh2 tanımadığını etiraf etmisdir. Sabunçu rayon Polis İdarəsinə verdiyi şikayət ilə bağlı sənədləri məhkəməyə təqdim edəcəkdir. Odur ki, vəsatətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı cavabdehlərdən biri olan Cavabdeh2 qeydiyyatda olduğu ünvan üzrə məhkəməyə müraciət etmişdir. Onun bu mülki işə aiddiyəti ilə bağlı heç bir sübut təqdim edilməmişdir və adı çəkilən cavabdehin növbəti iclaslarda iştirakı təmin ediləcəkdir və özü borcunun olmasını etiraf edəcəkdir. Onun bu işə aiddiyyəti yalnız işin halları ilə müəyyən ediləcəkdir. Vəsatətin təmin edilməsinə etiraz edir. Məhkəmə, vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Bərdə rayonu, Alpout ərazi dairəsi, Alpout kəndində qeydiyyatdadır. Digər Cavabdeh2 Baki şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iddia ərizəsini mülki prosessual qanunvericiliyə uyğun olaraq işin cavabdehlərdən birinin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə aid olduğundan icraata götürmüş, lakin işə həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilmişdir. Belə ki, cavabdehlərdən biri Cavabdeh2 hazırkı mülki işə aiddiyəti ilə bağlı məhkəməyə hazıradək hər hansı sübut təqdim edilməmişdir. Odur ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2820/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2820/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver