Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2829/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borc” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 33R0Q0000340 saylı kredit razılaşması üzrə 324.34 ABŞ Dolları məbləğində kredit borcu, 240.34 ABŞ Dolları məbləğində faiz borcu və 211.47 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, 776 (yeddi yüz yetmiş altı) ABŞ Dolları, 15 (on beş) sent məbləğində borcun, 33KK000000009 saylı kredit razılaşması üzrə 273.9 manat məbləğində kredit borcu, 0 manat məbləğində faiz borcu və 630,69 məbləğində cərimə borcu olmaqla 904 (doqquz yüz dörd) manat 59 (əlli doqquz) qəpik məbləğində borcun məhkəmədə iddia qaldırmaq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 09.08.2012-ci il tarixli 21L000001181 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.04.2014-cü il tarixli 33R000000340 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 18.03.2015-ci il tarixli 33R000000340S saylı, 04.05.2015-ci il tarixli, 33R000000340SA saylı, 26.04.2016-cı il tarixli, 33R000000340SB saylı, 30.11.2016-cı il tarixli 33R000000340SC saylı, 31.05.2017-ci il tarixli, 33R000000340SD saylı, 29.09.2017-ci il tarixli, 33R000000340SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.05.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 14675.66 ABŞ Dolları ödəmiş, onun 324.34 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 27.01.2021-ci il tarixə 988 gün üçün hesablanmış faiz borcu 240.34 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 27.01.2021-ci il tarixə 988 gün üçün hesablanmış cərimə 211.47 ABŞ Dolları təşkil edir. Bundan başqa Cavabdeh1 İddiaçı QSC ilə 09.06.2014-cü il tarixdə bağladığı 33KK000000009 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.4167% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 1000 (min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin 3.2.1 -ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə 29.05.2016-cı il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Cavabdeh1 götürdüyü kreditdən 726.1 manat qaytarmış və onun 273.9 manat məbləğində kredit borcu qalmışdır. O, kredit müqaviləsinin 2.1 -ci və 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və 27.01.2021-ci il tarixə 2054 gün üçün onun 0 manat məbləğində faiz borcu qalmışdır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə kredit kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 180 (yüz səksən) faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. 27.01.2021-ci il tarixə 2054 gün üçün hesablanmış cərimə 630.69 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə zaminlik müqaviləsi bağlanmışdr. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09.08.2012-ci il tarixli, 21L000001181 nömrəli kredit xətti müqaviləsindən görünür ki, cavabdehə 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - İddiaçı QSC ilə X11 arasında bağlanmış 09.08.2012-ci il tarixli 21S000002961 nömrəli Zaminlik müqaviləsindən görünür ki, borclunun 09.08.2012-ci il tarixli 21L000001181 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 09.08.2012-ci il tarixli 21S000002960 nömrəli Zaminlik müqaviləsindən görünür ki, borclunun 09.08.2012-ci il tarixli 21L000001181 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 24.06.2013-cü il tarixli 21S000005681 nömrəli Zaminlik müqaviləsindən görünür ki, borclunun 09.08.2012-ci il tarixli 21L000001181 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - İddiaçı QSC ilə X1 arasında bağlanmış 30.04.2014-cü il tarixli 33S000000496 nömrəli Zaminlik müqaviləsindən görünür ki, borclunun 09.08.2012-ci il tarixli 21L000001181 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09.08.2012-ci il tarixli 21S000002960 nömrəli kredit xətti üzrə 30.04.2014-cü il tarixli 33R000000340 kredit razılaşmasından görünür ki, Bank 15000 (on beş min) ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2.25 faiz olmaqla 18 ay müddətinə kredit alana vermiş, kredit alan kredit məbləğini, ona hesablanan faizləri razılaşdırılmış tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09.08.2012-ci il tarixli 21S000002960 nömrəli kredit xətti üzrə 09.06.2014-cü il tarixli 33KK000000009 kredit razılaşmasından görünür ki, Bank 1000 (bir min) manat olan krediti aylıq faiz dərəcəsi 2.4167 faiz olmaqla 12 ay müddətinə kredit alana vermiş, kredit alan kredit məbləğini, ona hesablanan faizləri razılaşdırılmış tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18.03.2015-ci il tarixli 33R000000340 S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 09.08.2012-ci il tarixli 21L000001181 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 30.04.2014-cü il tarixdə bağlanmış 33R000000340 Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 18.03.2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04.05.2015-ci il tarixli 33R000000340 SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 09.08.2012-ci il tarixli 21L000001181 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 18.03.2015-ci il tarixli 33R000000340 S Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 04.05.2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26.04.2016-cı il tarixli 33R000000340 SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 09.08.2012-ci il tarixli 21L000001181 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 04.05.2015-ci il tarixli 33R000000340 SA Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 26.04.2016-cı il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.11.2016-ci il tarixli 33R000000340 SC saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 09.08.2012-ci il tarixli 21L000001181 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 26.04.2016-cı il tarixli 33R000000340 SB Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 30.11.2016-cı il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 31.05.2017-ci il tarixli 33R000000340 SD saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 09.08.2012-ci il tarixli 21L000001181 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 30.11.2016-ci il tarixli 33R000000340 SC Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 31.05.2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 29.09.2017-ci il tarixli 33R000000340 SE saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 09.08.2012-ci il tarixli 21L000001181 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 31.05.2017-ci il tarixli 33R000000340 SD Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 09.08.2012-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. -16.02.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1ın 33R000000340 saylı, 01.05.2014-cü il tarixli kredit razılaşması üzrə əsas məbləğ üzrə 324.34 ABŞ dolları, faiz üzrə 240.34 ABŞ dolları olmaqla cəmi borcu 776.15 (yeddi yüz yetmiş altı dollar, on beş sent) ABŞ dolları təşkil edir. -16.02.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1ın 33K000001181 saylı, 09.06.2014-cü il tarixli kredit razılaşması üzrə əsas məbləğ üzrə 273.9 manat, cərimə üzrə 630.69 manat olmaqla, cəmi borcu 904.59 (doqquz yüz dörd manat, əlli doqquz qəpik) manat təşkil edir. -İddiaçı QSC tərəfindən Cavabdeh1 ünvanlanmış hər iki xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 hər iki müqavilə üzrə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. -İddiaçı QSC tərəfindən Cavabdeh5 Xaliq oğluna ünvanlanmış hər iki xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 hər iki kredit müqaviləsinin şərtlərini pozmuş və krediti ödəməkdən yayınmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 ilə eyni məsuliyyət daşıdığı və borcu ödəmək barədə öz üzərinə öhdəlik götürdüyündən müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. -İddiaçı QSC tərəfindən Cavabdeh2 ünvanlanmış hər iki xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 hər iki kredit müqaviləsinin şərtlərini pozmuş və krediti ödəməkdən yayınmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 ilə eyni məsuliyyət daşıdığı və borcu ödəmək barədə öz üzərinə öhdəlik götürdüyündən müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. -İddiaçı QSC tərəfindən X3 ünvanlanmış hər iki xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 hər iki kredit müqaviləsinin şərtlərini pozmuş və krediti ödəməkdən yayınmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 ilə eyni məsuliyyət daşıdığı və borcu ödəmək barədə öz üzərinə öhdəlik götürdüyündən müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. -İddiaçı QSC tərəfindən Cavabdeh3 ünvanlanmış hər iki xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 hər iki kredit müqaviləsinin şərtlərini pozmuş və krediti ödəməkdən yayınmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 ilə eyni məsuliyyət daşıdığı və borcu ödəmək barədə öz üzərinə öhdəlik götürdüyündən müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına ələva edilmiş qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 kredit müqavilələr ilə götürdüyü öhdəliyi, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zaminlik müqaviləsi üzrə üzərilərinə götürmüş olduğları öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, cavadehlərin onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdırlar. Məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdehlər tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və İddiaçı QSC-nin iddiasının 33R000000340 saylı kredit razılaşması üzrə 211.47 ABŞ dolları cərimənin və 33KK000000009 saylı kreditrazılaşmaı üzrə 630.94 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 33R000000340 saylı kredit razılaşması üzrə 10 ABŞ dolları və 33KK000000009 saylı kredit razılaşmaı üzrə 10 manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 33R000000340 saylı kredit razılaşması üzrə 324.34 (üç yüz iyirmi dörd dollar, otuz dörd sent ) ABŞ dolları əsas borc, 240.34 (iki yüz qırx dollar, otuz dörd sent) ABŞ dolları faiz borc və 10 (on dollar) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 574,68 (beş yüz yetmiş dörd dollar, altmış səkkiz sent) ABŞ dolları ( ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) kredit borcu; 33KK000000009 saylı kredit razılaşması üzrə isə 273.9 (iki yüz yetmiş üç manat, doxsan qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 283,9 (iki yüz səksən üç manat, doxsan qəpik) kredit borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2829/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2829/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver