Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2830/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Zərif Rafil qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 vərəsəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh1 vərəsəsi Cavabdeh2 qarşı “kredit borcu üzrə yaranmış borcun tutulması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh1 vərəsəsi Cavabdeh2 qarşı “kredit borcu üzrə yaranmış borcun tutulması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 vərəsəsi Cavabdeh2 540.53 (beş yüz qırx manat, əlli üç qəpik) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “xxxx” ASC-nin Sabunçu filialı ilə bağladığı BPM**********37 saylı, 19.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 1000 manat məbləğdə pul vəsaiti götürmüşdür. Lakin, əldə olunmuş məlumata görə borclu Cavabdeh1 23.03.2019-cu il tarixində vəfat etmişdir. Bakı şəhəri 4 saylı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisi tərəfindən verilən məlumata əsasən Cavabdeh1 miras əmlakına dair vərəsəlik işinə uyğun olaraq ünvan 1 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 12.02.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 Banka ödənilməmiş qalan 540.53 manat əsas borcu qalmışdır. Cavabdeh - Cavabdeh2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 vərəsəsi Cavabdeh2 iddianı qəbul edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan «xxxx» ASC ilə Cavabdeh2 arasında bağlanmış 19.07.2018-ci il tarixli, BPM **********37 saylı kredit müqaviləsinə əsasən, Bank Borcalana 1000 (bir min) manat məbləğində kredit vermişdir; - 4 saylı Bakı Asan Xidmət X2 tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh1 23.03.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş 08.09.2020-ci il tarixli, 14/A4045 saylı məktubun surətindən görünür ki, Cavabdeh1 miras qalmış əmlakı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü oğlu Cavabdeh2 qəbul etmişdir. Ona 24.09.2019-cu il tarixdə, 2V-882 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - 12.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2nın 19.07.2018-ci il tarixli müqaviləyə əsasən, borc məbləği 540.53 (beş yüz qırx manat, əlli üç qəpik) manat təşkil edir. - 19 iyul 2018-ci il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə aylıq ödənişi 69.2 (altmış doqquz manat, iyirmi qəpik) manat təşkil edir. - Cavabdeh2 tərəfindən 06.11.2020-ci il tarixdə qəbul edilmiş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 borcun ödənilməsi ilə bağlı qanunla nzərdə tutulmuş qaydada xəbərdar edilmişdir.. -İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.4 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1038-ci maddəsinə əsasən Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh1 Səyfəddin oğlu arasında 19.07.2018-ci il tarixində 18 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan Cavabdeh1 Səyfəddin oğlu müqavilənin icra müddəti bitməmiş və öhdəlik tam olaraq icra olunmadan 23.03.2019-cu il tarixində vəfat etmişdir və qanuni üzrə vərəsəliyi isə hazırki Cavabdeh2 qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinin tələbindən də göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğundan və hazırki Cavabdeh2 540.53 (beş yüz qırx manat, əlli üç qəpik) manat məbləğində əsas borc tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik xidmət haqqı əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 vərəsəsi Cavabdeh2 540.53 (beş yüz qırx manat, əlli üç qəpik) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2830/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2830/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver