Məhkəmə qərarları › İş №2(008)-2831/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2831/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2831/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3859 (üç min səkkiz yüz əlli doqquz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 60 (altımış) manat dövlət rüsumunun tutularaq, o - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o - İddiaçı təxminən 15 ildən artıqdır ki, Cavabdeh tanıyır. xx.xx.2021-ci il tarixdə Natiqlə kafedə çay içən zaman ona avtomobil gətirmək istədiyini bildirmişdir. Onun bu sözündən sonra Rəhimov X4 Respublikasında tanışı Məhəmməd adlı şəxsin olduğunu, avtomobil gətirə biləcəyini ona bildirmişdir. Bundan sonra Natiq özünə məxsus mobil telefonda müxtəlif növ “Toyota Prius“ markalı avtomobilləri göstərərək bəyənəcəyi təqdirdə bütün növ avtomobilləri Məhəmmədin gətirəcəyini bildirdi. Cavabdeh etdiyi təkliflə razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə Neftçilər metrostansiyasının yaxınlığında görüşmüşlər. Görüşən zaman bəyəndiyi “Toyota Prius“ markalı avtomobili almağı üçün Məhmmədin hesabına 3183 ABŞ dolları (5420 Azərbaycan manatı) ödəməli olduğunu dedi. Sonradan avtomobil X1 Respublikasına gəldikdə yenidən avtomobil gətirilməsi üçün 1435 ABŞ dolları, yəni (2439 Azərbaycan manatı) da ödəyəcəyimi bildirdi. O, həmin gün avtomobilin alınması üçün ünvan 1 ünvanında yerləşən X6 hesabına 5420 manat ödəniş etmişdir, ödəniş etdikdən sonra Cavabdeh ona avtomobilin 2-3 ay ərzində gələcəyini dedi. xx.xx.2022-ci il tarixdə Cavabdeh ona zəng edərək avtomobilin Gürcüstan Respublikasına çatacağını və Bakı şəhərinə avtomobilin gəlməsi üçün digər ödənişi ödəməyini dedi. O, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami Rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən Exspress Banka gedərək 2270 manat ödəniş etmişdir. Sonradan bir müddət Natiqi gözləmişdir. O, ona avtomobilin yaxın vaxtda gələcəyini bildirdi. O, bir ay da gözlədikdən sonra avtomobilin nə səbəbdən gecikməsini öyrəndikdə Cavabdeh ona avtomobilin bilinməyən səbəbdən Gürcüstan Respublikasında satıldığını bildirdi. Bundan sonra o, Cavabdeh Məhəmməd adlı şəxsi tanımadığını, Cavabdeh göstərişi ilə onun ona söylədiyi bank hesabına ödəniş etdiyini deyib, ödədiyi məbləğləri geri tələb etmişdir. Həmin vaxtdan indiyə kimi Cavabdeh ödədiyim 7859 manat puldan 4000 manatı ona qaytarsa da, yerdə qalan məbləği qaytarmır. Məcburiyyət qarşısında qalıb Cavabdeh barəsində şikayət ərizəsi ilə Nizami Rayon Polis İdarəsinə müraciət etmişdir. Şikayətini araşdıran Nizami RPİ-nin 24- cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Elmar Əbilov, Cavabdeh əməlində cinayət tərkibinin olmaması qənaətinə gələrək, 25 yanvar 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul etmişdir. Həmin qərarda izahatı qeyd edilmiş Cavabdeh ondan aldığı pulu etiraf etmişdir. Cavabdeh ondan aldığı, ümumilikdə 7690 manat puldan 3690 manatı bu günə kimi qaytarmayıb. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh ilə aralarında yaranan mübahisə məhkəmə qaydasında həll edilməli, 3859 manat pul vəsaiti Cavabdeh alınaraq ona qaytarılmalıdır. Göründüyü kimi o, Cavabdeh inanaraq, maşın almaq məqsədilə 7859 manat məbləğində pulu Cavabdeh verməklə maddi ziyana düşmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh onu Məhəmmədlə rtanış etmişdir. O pulu Natiqə deyildə Məhəmməd dediyi hansısa adını bilmədiyi şirkətin heasbına vurmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəblər barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh ifadə verərək bildirmişdir ki, 15 ildən artıqdır ki, X3 tanıyır və onların dostluq münasibəti vardır. xx.xx.2021-ci il tarixdə Elminlə kafedə çay içən zaman “Toyota Prius” markalı avtomobil almaq istədiyini söyləmişdir. O, Gürcüstan Respublikasında tanıdığı Məhəmməd adlı şəxsin Amerika Birləşmiş ştatlarında auksion vasitəsilə avtomobil oynadığını və gətirdiyini demişdir. Onun bu sözündən sonra Elmin həmin şəxslə danışmağını və avtomobil gətirməsini ona demişdir. Sosial şəbəkədə avtomobillərə baxdıqdan sonra “Toyota Prius” markalı avtomobil bəyənmişdir. xx.xx.2021-ci il tarixdə Elmin Məhəmmədin dediyi hesaba ilkin olaraq 5420 manat pul göndərmişdir. Bundan təxminən 1 ay sonra Elmin ona zəng edərək avtomobilin nə zaman gələcəyini soruşmuşdur. O, X2 avtomobillərin təxminən 2- 3 ay ərzində gəldiyini söyləmişdir. xx.xx.2022-ci il tarixdə Məhəmməd ona zəng edərək avtomobilin yaxın günlərdə Gürcüstan Respublikasına çatacağını və avtomobilin Bakı şəhərinə gəlməsi üçün Elminin ödənişi etməli olduğunu bildirmişdir. O, bundan sonra Elminə zəng edərək Məhəmmədin zəng etdiyini və avtomobilin Gürcüstan Respublikasına yaxın günlərdə gələcəyini demişdir. O, Elminə avtomobilin Bakı şəhərinə gəlməsi üçün ödəniş etməli olduğunu bildirmişdir. X5 hesabına 2270 manat pul ödədiyini öyrənmişdir. Bundan təxminən 1 ay sonra Elmin ona zəng edərək tanışı vasitəsilə avtvomobilin Gürcüstan Respublikasına gəldiyini, sonradan avtomobilin Gürcüstan Respublikasında satıldığını demişdir. Bu sözündən sonra o Məhəmmədə zəng edərək avtomobilin nə səbəbdən Bakı şəhərinə gəlmədiyini soruşmuşdur. Məhəmməd avtomobilin Gürcüstan Respublikasına gəldiyini, sonradan avtomobildən xəbər ala bilmədiyini demişdir. O bir qədər sonra Elminə zəng edərək avtomobilin Gürcüstan Respublikasına gəldiyini, sonra Məhəmmədin xəbər ala bilmədiyi demişdir. Elmin ona həmin şəxsi tanımadığını, onun məsləhət etdiyini bildirərək ödənişi geri qaytarmağını söyləmişdir. O Elminə avtomobilin pulunun ona çatmadığını, həmin şəxsin aldatmadığını demişdir. Bundan bir müddət sonra onların Elminlə çay evində oturub çay içmişlər. Söhbət zamanı həmin şəxsi tanımadığını, onun tanış etdiyini bildirmişdir. O aldatmadığını, sadəcə olaraq həmin şəxsin avtomobil gətirdiyini bildiyini, buna görədə tanış etdiyini demişdir. Lakin onunla razılaşmayaraq ödəniş onun edəcəyini demişdir. O uzun müddət dostluq münasibəti olduğu üçün münasibətlərinin pisləşməməsi səbəbindən hissəhissə 4000 manat pul vermişdir. Sonradan imkanı olmadığı üçün o pulu verə bilməyəciyini, Məhəmməd almasını bildirmişdir. O bundan sonra Məhəmmədlə əlaqə saxlamışdır. Hadisənin bilərəkdən baş vermədiyini, hal-hazırda Almaniya Federativ Respublikasında olduğunu, Elminin pulunu hissə-hissə qaytaracağını bildirmişdir. O Məhəmmədin dediyi sözləri Elminə bildirdikdə onu tanıdığını və pulu ondan alacağını demişdir. Sonradan Elminin bu barədə ərizə ilə müraciət etdiyini öyrənmişdir. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən . Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclası zamanı iddiaçının vermiş olduğu izahatdanda məlum olur ki, iddiaçı Cavabdeh hər hansı bir pul vəsaiti verməmişdir. O maşın alınması üçün zəruri olan vəsaiti Məhəmməd adlı şəxs vermiş olduğunu bildirsədə, pulu Natiqdən tələb etməsini onunla əsalandırmışdır ki, o Məhəmmədi tanımır, onları məhz mülki iş üzra cavabdeh olan Natiq tanış etmiş olduğundan, pulu ona Natiq qaytarmılıdr. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə hər hansı bir pul məbləğinin verilməsi mülki işin matriallarından sübut edilmədiyindən iddia tələbi təmin edilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar