Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2848/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 3420,45 (üç min dörd yüz iyirmi manat, qırx beş qəpik ) manat əsas borc, 394,61 (üç yüz doxsan dörd manat, altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 3815,06 (üç min səkkiz yüz on beş manat, altı qəpik) manat borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivlərinin tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S nömrəli sərəncamının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər S-FK-1026 nömrəli, 22.12.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 03 iyun 2015-ci il tarixdə, 297-03.06.2015-SM144 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin X4 ilə 03 iyun 2015-ci il tarixdə, 297-03.06.2015-SM144 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır (4.3-cü bəndi). “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 3420,45 (üç min dörd yüz iyirmi manat, qırx beş qəpik ) manat əsas borc, 394,61 (üç yüz doxsan dörd manat, altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 3815,06 (üç min səkkiz yüz on beş manat, altı qəpik) manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd edilməlidir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə həvalə edilməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nizami oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nizami oğlunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: -“xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanının məzmunundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivlərinin tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir; -İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə edilmiş 02 oktyabr 2015-ci il tarixli ********** nömrəli dəyişikliyin məzmunundan görünür ki, həmin dəyişiklikdəki 2.5-ci maddəsi ilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti) vasitəsilə həyata keçirilir; -22.12.2017-ci il tarixli, S-FK-1026 nömrəli təhvil-təslim aktının məzmunundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S nömrəli sərəncamının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1ə dair sənədlər İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilmişdir; -"xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 iyun 2015-ci il tarixli 297-03.06.2015-SM144 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. -"xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 Nizami oğlu arasında bağlanmış 03 iyun 2015-ci il tarixli, 297-03.06.2015-SM144 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, kredit vəsaitinin təminatı olaraq zamin X4 Cavabdeh1 bank qarşısında 03 iyun 2015-ci il tarixli, 297-03.06.2015-SM144 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür; -“xxxx” Açıq Səhmdar Cəmiyyətinin 03 iyun 2015-ci il tarixli 297-03.06.2015-SM144 nömrəli müvafiq kredit müqaviləsi üzrə hesabdan çıxarışın məzmunundan görünür ki, Cavabdeh1 tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə sonuncu ödəniş 23 may 2017-ci il tarixdə həyata keçirilmişdir; -İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının 25 fevral 2021ci il tarixli maliyyə arayışından görünür ki, 03 iyun 2015-ci il tarixli 297-03.06.2015-SM144 nömrəli kredit müqaviləsi üzrə 05 fevral 2021-ci il tarixə 3420,45 (üç min dörd yüz iyirmi manat, qırx beş qəpik ) manat əsas borc, 394,61 (üç yüz doxsan dörd manat, altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 3815,06 (üç min səkkiz yüz on beş manat, altı qəpik) manat məbləğində borcu vardır; -03 iyun 2015-ci il tarixli, 297-03.06.2015-SM144 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavədən bilinir ki, kredit müqavilə üzrə aylıq ödəniş 03.07.2015-ci il tarixdən - 03.06.2018-ci il tarixədək 229.20 manat müəyyən edilmişdir. -Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nizami oğluna “X5 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvanlanmış 08 fevral 2021-ci il tarixli 383 nömrəli tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsinə dair bildirişin məzmunundan görünür ki, 10 (on) gün müddətində 3420,45 (üç min dörd yüz iyirmi manat, qırx beş qəpik ) manat əsas borc, 394,61 (üç yüz doxsan dörd manat, altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 3815,06 (üç min səkkiz yüz on beş manat, altı qəpik) manat məbləğində borcun banka ödənilməsi tələb olunmuşdur; -25 fevral 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün “X5 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir; -Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 04 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı şəxs Cavabdeh1 6000 (altı min) manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 03 iyun 2015-ci il tarixli 297- 03.06.2015-SM144 nömrəli kredit müqaviləsinə əsasən «xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 illik 22% olmaqla 36 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh1 03 iyun 2015-ci il tarixli 297-03.06.2015- SM144 nömrəli kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklədə müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 Nizami oğlu ilə 03 iyun 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti kreditorla borclu arasında Bakı şəhərində bağlanmış 03 iyun 2015-ci il tarixli 297-03.06.2015-SM144 nömrəli kredit müqaviləsinə əsasən verilən kreditin, kredit üzrə hesablanmış faizlərin və kredit üzrə hesablanmış cərimə faizlərinin (dəbbə pulunun) qaytarılmasından ibarətdir. Hazırda Cavabdeh1 03 iyun 2015-ci il tarixli 297-03.06.2015-SM144 nömrəli kredit müqaviləsi üzrə 05 fevral 2021-ci il tarixə 3420,45 (üç min dörd yüz iyirmi manat, qırx beş qəpik ) manat əsas borc, 394,61 (üç yüz doxsan dörd manat, altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 3815,06 (üç min səkkiz yüz on beş manat, altı qəpik) manat məbləğində borcu vardır. Həmin zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin Cavabdeh2 Nizami oğlu borcalan Cavabdeh1 kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin icrası üçün onunla birgə və eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 2.1-ci bəndinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, 03 iyun 2015-ci il tarixli 297-03.06.2015-SM144 nömrəli kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. «xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 iyun 2015-ci il tarixli 297-03.06.2015-SM144 nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş 03 iyul 2015-ci il tarixdə, sonuncu ödəniş 03 iyun 2018-ci il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizləri ən geci 03 iyun 2018-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, 03 iyun 2015-ci il tarixli 297-03.06.2015-SM144 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 və zamin Cavabdeh2 Nizami oğlu birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı 03 iyun 2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2 Nizami oğlundan tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh2 Nizami oğluna aid hissədə rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 03 iyun 2015-ci il tarixli 297- 03.06.2015-SM144 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 3420,45 (üç min dörd yüz iyirmi manat, qırx beş qəpik ) manat əsas borc, 394,61 (üç yüz doxsan dörd manat, altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 3815,06 (üç min səkkiz yüz on beş manat, altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabeh Cavabdeh1 3420,45 (üç min dörd yüz iyirmi manat, qırx beş qəpik ) manat əsas borc, 394,61 (üç yüz doxsan dörd manat, altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 3815,06 (üç min səkkiz yüz on beş manat, altı qəpik) manat borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2848/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2848/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver