Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-287/2020 15.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit borcunun tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2251,34 manat məbləğində əsas borc, 467,78 manat məbləğində faiz borcu olmaqla cəmi, 2719,12 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq “xxxxxxxxxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxx” QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” QSC-yə keçmişdir. “xxxxxxxxxxx” QSC ilə İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən “xxxxxxxxxxx” QSC-yə keçmiş, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxxxxxxxxx” QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X3 dair sənədlər S-FK-1038 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Suraxanı filialı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, 127-xx.xx.2014-SM90 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 36 ay müddətinə 3300 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Suraxanı filialı ilə Cavabdeh1 xx.xx.2014-cü il tarixdə, 127-xx.xx.2014-SM90 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditorla borclu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 127xx.xx.2014-SM90 saylı kredit müqaviləsinə əsasən 3300 manat məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaiti banklardakı vəsaitləri, qiymətli kağızları və.s hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və X1 1644,78 manat məbləğində əsas borc, 467,78 manat məbləğində faiz borcu olmaqla cəmi, 2112,56 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həcminin azaldılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 127-xx.xx.2014-SM90 saylı Kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən cavabdehə illik 22 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 3300 manat məbləğində kredit verilmişdir. -“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 127-xx.xx.2014-SM90 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 kredit öhdəliyinin vaxtında və lazımınca icrası üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC qarşısında zamin duraraq, borcluyla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. - Cavabdeh2 işi ilə bağlı “xxxxxxxxxxx” QSC ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2017-ci ildə akt tərtib edilmiş və beləliklə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin borcu tələb etmək hüquqları “xxxxxxxxxxx” QSC-yə keçmişdir. - xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxx” QSC arasında müqavilə bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” QSC-yə keçmişdir. -xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Teyyub oğlunun xx.xx.2020-ci il tarixə “xxxxxxxxxxx” QSC bank olmayan kredit təşkilatına olan borcu əsas borc üzrə 1644,78 manat və faiz borcu üzrə 467,78 manat olmaqla, 2112.56 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdirlər. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçının Cavabdeh1 qarşı olan tələbə münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinəəsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinəəsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərindən kredit müqaviləsi üzrə yaranmış 1644,78 manat əsas, 467,78 manat faiz borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq “xxxxxxxxxxx” QSC-yə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1644 (min altı yüz qırx dörd) 78 (yetmiş səkkiz) qəpik məbləğində əsas borc, 467 (dörd yüz altmış yeddi) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində faiz borcu olmaqla, cəmi 2112 (iki min yüz on iki) manat 56 (əlli altı) qəpik məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq “xxxxxxxxxxx” QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-287/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-287/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver