Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2891/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X4, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh, onun vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ramana döngəsi, ev 16 ünvanındakı iddiaçıya məxsus fərdi yaşayış evinə giriş-çıxışıma cavabdeh tərəfindən yaradılan maneələrin, həyətyanı sahəyə daş hasarın çəkilməsinə yaradılan maneələrin, eləcədə fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İ saylı Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisi tərəfindən baxış keçirilməsi, o cümlədən yoxlama-ölçü işlərinin aparılması üçün şəraitin yaradılması və mütəxəssisə müdaxilənin edilməsinin Cavabdeh qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu rayonu. Sabunçu qəsəbəsi. Ramana döngəsi, 16 saylı fərdi yaşayış evi iddiaçının atası X1 məxsus olmuşdur. Atası xx.xx.2020-ci ildə vəfat etmiş, vərəsəlik şəhadətnaməsi ilə evin 3/5 hissəsi iddiaçının mülkiyyətimə verilmişdir, Çıxarış alındıqdan sonra texniki pasport alınması üçün AR ƏMDKY DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin İdarənin əməkdaşı fərdi yaşayış evinin yerləşdiyi ünvana gəlsə də cavabdeh onu evə buraxmamış və ünvana baxış keçirtməsinə mane olmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. O, etirazının onunla əsaslandırmışdır ki, deyilənlər həqiqətə uyğun deyildir. Çünki o, həmin evdə yaşamır, özünə məxsus ayrıca təcrid olunmuş qonşuluqda yerləşən 16 B saylı evdə yaşayır. Məhkəmənin nəzərinə çatidırıram ki, Sabunçu qəs. Ramana (keçmiş Komsomol) döngəsi 16 saylı ev ilk dəfə mənim babamın adına olmuşdur. Babası vəfat etdikdən həmin ev sonra nənəsinin,onun ölümündən sonra atasının, ondan sonra da atasından miras qalmış əmlak uşaqlarının adına keçmişdir. Həmin evdə əmisi arvadı, onun uşaqları, nəvələri, qardaşı, onun arvadı, uşaqları və nəvələri ilə birlikdə yaşayırlar, onların evləri ayrı- ayrıdır, giriş çıxışları da ayrıdır. Cavabdeh atasından miras qalmış 16 saylı evdə deyil, həmin evin yanında özbaşına zəbt olunmuş torpaq sahəsində tikilən özbaşına tikilidə Ramana küçəsi 16 B saylı evdə yaşayır, orada da qeydiyyatdadır. Həmin evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Onun evinin çıxarışı başqa ünvana 16 saylı evədir, 16 B saylı evə yox. O, həmişə cavabdehin 16 B saylı evinə müdaxilə edir, onun evini əlindən almaq istəyir. Həmin evlər bir-biri ilə qonşuluqda yerləşir, arada daş hasar vardır. Cavabdehin evinin ayrıca giriş çıxış qapısı, onun da evinin ayrıca giriş çıxış qapısı vardır. O, evinə aryıca işıq, su qaz xətti çəkdirmişdir. Atası da əvvələr də belə bir iddia qaldırmışdır. Lakin Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Lakin iddiaçı buna baxmayaraq yenidən həmin iddia ərizəsini qaldırmışdır. Həmin özbaşına tikilidə atası və anası cavabdehlə birlikdə, onun himayəsində yaşamışlar. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixli qərardad ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 işi yekunlaşdırıb iddianın rədd edilməsini xahiş etdi. 02 avqust 2022-ci il tarixdə keçrilimiş məhkəmə iclasında iştirak edən şahid X5 ifadə verərək qeyd etmişdir ki, o, iddiaçı və cavabdehin anasıdır, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ramana döngəsi, ev 16 ünvana gəlin köçmüş, orada uzun müddət yaşamış, lakin hazırda qızı Gülər ilə yaşayır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə cavabdeh bacı qardaşdılar. Bakı şəhəri, ünvan 1 ünvanla) 3/4 hissəsinin mülkiyyətçisi iddiaçı ilə cavabdehin ataları X3 olmuşdur (Bakı şəhər Sovetinin İcraiyyə texniki İnventarlaşdırma bürosu tərəfindən xx.xx.1972-ci tarixdə verilmiş Çıxarış). Həmin evə dair 1963-cü ildə tərtib edilmiş texniki pasportdan görünür ki, ümumi həyətdə 1954 və 1956-cı illərdə inşa edilmiş üç tikili mövcuddur. X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür (bu hal mübahisəsiz hal olduğundan məhkəmə sənəd tələb etməmişdir). Onun ölümündən sonra ona məxsus 3/4 hissəsinin 3/5 hissəsi qızı İddiaçı (hazırki iş üzrə iddiaçı) keçmiş, 3/20 hissəsi mərhumun adında açıq qalmışdır DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********48-10301 olan Çıxarış). Cavabdeh qonşu həyətdə 16B ünvanda yaşayır. Məhkəmə sübutları yerində araşdırmaq məqsədilə hər iki evə baxış keçirtmiş və aşağıdakıları müəyyən etmişdir. 16 və 16B ünvanda yerləşən evlər qonşu evlərdir. 16 ünvanında bir sıra köhnə tikili mövcuddur və həmin tikililərdə bir çox insan yaşayır. 16B ünvandakı ev faktiki zəbt olunmuş torpaq sahəsində inşa edilmiş özbaşına tikilidir. Həmin torpaq sahəsində bir birinə bitişik faktiki iki tikili mövcuddur – biri yeni inşa edilmiş, biri isə, girişə daha yaxın olan, nisbətən köhnə tikilidir və orada yaşayış yoxdur. İddiaçının iddia etdiyi həmin girişə daha yaxın olan, nisbətən köhnə tikili və onun ətrafındakı torpaq sahəsidir. İddiaçının niyyəti ondan ibarətdir ki, həmin tikilini hasarla cavabdeh yaşadığı tikilidən təcrid etsin, çünki həmin tikilini özünə məxsus olduğunu hesab edir. Tərəflərin valideynləri həmin tikilidə yaşadıqlarından iddiaçı hesab edir ki, həmin tikili Çıxarışda qeyd olunan tikilidir və ona məxsusdur. Tərəflərin ataları X3 xx.xx.2018-ci il tarixdə oğlu Cavabdeh (hazırki iş üzrə cavabdeh) Sabunçu rayon Məhkəməsində iddia qalıraraq, ünvan 2 ünvanda hasarın çəkilməyinə qoyduğu maneənin qaldırılmasını xahiş etmişdir. Hazırda iddiaçının niyyəti məhz bundan ibarətdir. Sabunçu rayon Məhkəməsinin 2-1673/2018 №li iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməylə həmin iddia rədd edilmişdir. Məhkəmənin mövqeyi onldan ibarət olmuşdur ki, ev paylı mülkiyyətdə olduğundan və paylar texniki cəhətdən bölünmədiyindən, iddiaçının belə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Məhkəmə hesab etmişdir ki, yalnız evin naturada bölündüyü halda iddiaçı öz payına nisbətldə iddia qaldıra bilər və ya hazırki vəziyyətdə bütün payçılar birgə iddiaçı olduğu halda belə bir iddia irəli sürülə bilər. Məhkəmənin digər mövqeyi ondan ibarət olmuşdur ki, evin ətrafındakı torpağa dair hüquqmüəyyənedici sənədəlr olmadığından iddianın sübut edilməsi mümkün olmamışdır. Adıçəkilən qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında «Cavabdeh sahibliyində olan ünvan 3 ünvanında yerləşən köhnə tikili iş vər 48-57-də olan texniki pasportda öz əksini tapmışdırmı?» sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2868 №-li rəyinə əsasən tədqiqat obyektinə keçirilən baxış zamanı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ramana döngəsi, ev 16 B ünvanında yerləşən tikililərin texniki pasportda öz əksini tapmadığı müəyyən olunmuşdur. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının iddia etdiyi ev özbaşına tikilidir və həmin evin iddiaçının mülkiyyətində olan evə heç bir aidiyyəti yoxdur. İddiaçının torpaq sahəsinə mülkiyyət hüququ olmadığından o, torpaqla da əlaqəli iddia qaldıra bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının belə bir iddia verməyə subyektiv hüququ olmamışdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutularaq Azərbaycan Rsepublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Beləki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı məhkəmə iddiaçının vəsatəti əsasında təyin etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat İddiaçı tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2891/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2891/2022
10.08.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver