Məhkəmə qərarları › İş №2(008)-2908/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2908/2020

13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2908/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri kimi 1346,03 manat məbləğində pul vəsaitinin alınaraq Bakı şəhəri İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Nağıyev X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-8 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişşdir Hökmün icrası Bakı şəhəri İddiaçınə həvalə edilmişdir. xx xxxx 2019-cu il tarixdə şöbənin probasiya üzrə icra məmuru Orxan Əliyev məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adaptoru, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd enerji bankı, bir ədəd sadə elektron qolbağ, bir ədəd qolbağ üçün yükləmə qurğusu, yaddaş kitabçası və iki ədəd ev siqnal ötürücüsü məhkum, hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçındə olmuş izahatı alınmış, izahatında o, marşurut avtobusda evə gəldiyi zaman mobil qurğunun oğurlandığını bildirmişdir. Bu barədə cavabdeh Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə müraciət etmişdir. Belə olan halda, hesab edirlər ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu itmiş və onlara maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına əsasən itən avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həqiqətən sözügedən aparat oğurlanmışdır. Bununla bağlı polisə də müraciət etmişdir. Həmin aparatı sındırmadığını bildirərək iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.02. 2019-cu il tarixli 1(005)-8/2019 №-li hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əmələrini törətməkdə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifərləri qoyulmuş, barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmışdır; - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, məkum Cavabdeh mobil qurğu, mobil qurğunun enerji adaptoru, mobil qurğunun enerji toplayıcı kabeli, enerji bankı, sadə elektron qolbağ, qolbağ üçün yükləmə qurğusu, yaddaş kitabçası və 2 ədəd ev siqnal ötürücüsü təhkim olunmuşdur. Məhkuma məhkəmə hökmününü (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Protokol probasiya üzrə böyük icra məmuru Əli Fərzəndov və məhkum Cavabdeh tərəfindən imzalanmışdır; - xx.xx.2019-cu il tarixli iltizamdan görünür ki, Nağıyev X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(005)-8/2019 №-li hökmü ilə ona təhkim edilmiş mobil qurğunu, mobil qurğunun enerji adaptorunu, mobil qurğunun enerji toplayıcı kabelini, enerji bankını, sadə elektron qolbağı, qolbağ üçün yükləmə qurğusunu, yaddaş kitabçasını və 2 ədəd ev siqnal ötürücüsünü qəbul etmiş, ona təhkim edilmiş yuxarıda sadalanan elektron vasitələri korlayarsa, zədələyərsə barəsində qanunamüvafiq tədbirlər görüləcəyi izah edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradov tərəfindən Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, xüsusi proqram təminatı ilə mobil nəzarət qurğuları 1346,03 manat təşkil edir. Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin xx.xx.2019-cu il tarixli 074- 2785-1219 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq ona quraşdırılmış probasiya qolbağının telefon cihazının xx.xx.2019-cu il tarixdə oğurlanması barədə müraciət etmiş, müraciəti 12-ci PŞ-də HK- 1/2785 sayda raportla qeydə alınmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.02. 2019-cu il tarixli hökmünün icrası məqsədilə Cavabdeh elektron nəzarət quğusu və onun ləvazimatları təhkim edilmiş, təqdim olunan cihazların itirilməsi və zədələnməsi üçün nəzərdə tutulan məsuliyyət ona izah edilmişdir. Sözügedən elektron nəzarət qurğusu sonuncunun ehtiyatsızlığından oğurlanmışdır. Qurğunun qiyməti 1346.03 manat təşkil edir. Cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, elektron nəzarət qurğusunun itirilməsində onun birbaşa təqsiri yoxdur, çünki sözügedən cihazı qəsdən itirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da, (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək, müəyyən olunur ki, qanunvericiliyə görə zərərvuranın təqsiri olmadıqda da, zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh elektron nəzarət qurğusunu itirməyə görə məsuliyyət daşıyır və qurğunun dəyəri qismində 1346,03 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.14. maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməli və ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1346,03 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh mobil qurğunun dəyəri qismində 1346 (bir min üç yüz qırx altı) manat, 03 (üç) qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar