Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-292/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurduğu maddi zərərin əvəzi olaraq 7078 (yeddi min yetmiş səkkiz) manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 91 (doxsan bir) manat məbləğində pul vəsaitlərinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, “Mercedes Benz E320” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili oğlu X3 idarə edir. X3 04 yanvar 2023-cü il tarixdə, saat 10:30 radələrində “Mercedes Benz E320” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, ərazisində hərəkətdə olarkən, əks istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “Hyundai Acssent” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili, Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa tərəfinin sol hissəsindən vuraraq, onu əks istiqamətə yəni X2 yoluna çıxarmış və X1 idarə etdiyi “Hyundai Acssent” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlunun idarə etdiyi “Mercedes Benz E320” minik markalı, **-MB-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Nəticədə Cavabdeh təqsirli səbəbindən onun avtomobilinə maddi zərər dəymişdir. Sığorta şirkəti dəymiş zərəri qismən ödəyərək, “Hyundai Acssent” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə 2700 manat, onun avtomobilinə vurulan zərərə görə 2161,70 manat sığorta ödənişi etmişdir. Baş vermiş hadisədə təqsirli olan Cavabdeh CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq iş bxılması üçün Sabunçu Rayon Məhkməsinə göndərilmişdir. Avtomobilə dəymiş maddi zərər məbləğini dəqiqləşdirmək üçün “X5”ə mürcaiət olunmuş, sözügedən servisdə avtomobilə baxış keçirildikdən sonra müəyyən olunmuşdur ki, avtomobilə ümumilikdə 9240 manat dəyərində zərər dəymişdir. Bu barədə ona xx.xx.2023-cü il tarixli qüsur aktı verilmişdir. İddiaçı avtomobilə vurulmuş maddi zərər məbləğinin ödənilməmiş qalan 7078 manatını Cavabdeh tələb etsə də, lakin o, vurduğu maddi zərəri ödəməkdən yayınır. Məhkəmə iclasında iştirak edən İddiaçı onlara dəymiş zərərin ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilən 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilib. İş materiallarında olan “X6” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz E320” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9240 manat məbləğində zərər müəyyən edilmişdir. İş materiallarında olan 14 noyabr 2023-cü il tarixli 3-16-16/2-9/7044/2023 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Grand Auto” servis tərəfindən tərtib edilmiş qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı “Mercedes Benz E320” minik markalı, **- MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8840 manat müəyyən edilib. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, X3 04 yanvar 2023-cü il tarixdə, saat 10:30 radələrində “Mercedes Benz E320” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, ərazisində hərəkətdə olarkən, əks istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “Hyundai Acssent” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili, Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa tərəfinin sol hissəsindən vuraraq, onu əks istiqamətə - yəni X2 yoluna çıxarmış və X1 idarə etdiyi “Hyundai Assent” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlunun idarə etdiyi “Mercedes Benz E320” minik markalı, **-MB-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Nəticədə Cavabdeh təqsiri səbəbindən onun avtomobilinə maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki iş üzrə təyin olunmuş ekspert rəyindən görünür ki, 1997-ci il buraxılışlı “Mercedes Benz E320” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 8840 manat müəyyən olunduğunu və iddiaçı avtomobilinə vurulan zərərə görə 2161,70 manat sığorta ödənişi aldığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 6679 manat dəymiş zərər və 86,79 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6679 manat maddi ziyan və 86,79 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Ekspertiza xərci olaraq 50 manat pul cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-292/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-292/2024
11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver