Məhkəmə qərarları › İş №2(008)-2955/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2955/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2955/2021 24.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə 12.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evindən çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx" KB ASC hərrac vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evini almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışa əsasən 18.11.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 34 nömrəli reyestr kitabının 3257 nömrəli vərəqində qeydiyyat aparılaraq, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. 25.02.2021-ci il tarixli “Asan 1” vasitəsilə əldə olunmuş Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu. Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadır və bu şəxslərin həmin fərdi yaşayış evində qeydiyyatda qalması iddiaçı “xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan mənzildə hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçilər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri. Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində qeydiyyatda olması qeyri-qanunidir. Qeyd edək ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Nəzərə almaq lazımdır ki, hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin mülkiyyətçisi “xxxx” KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Məhkəmə iclasında iştirak etmiş iddiaçı «xxxx” KB ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 sentyabr 2019-cu il tarixli, 62/01 nömrəli X3 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə Protokolun surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin sifarişi əsasında hərrac keçirilmişdir və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyatzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi 0.02 ha torpaq sahəsi “xxxx” KB ASC-nin mülkiyyətinə keçmişdir. - 13 sentyabr 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən də görünür ki, “xxxx”MMC-nin direktoru G.N.Mustafayeva və “xxxx” KB ASC-nin etibarnamə əsasında nümayəndəsi X5 arasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyatzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi 0.02 ha torpaq sahəsi barədə alqı-satqı müqaviləsi bağlanmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 18.11.2020-ci il tarixli, ********** nömrəli çıxarışının elektron imza ilə təsdiq edilmiş surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyatzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi 0.02 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə «xxxx» KB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, 18.11.2020-ci il tarixdən daşınmaz əmlaka mülkiyyət hüququ «xxxx” KB ASC-yə məxsus olmuşdur. Lakin keçmiş mülkiyyətçinin övladları Cavabdeh1 və digər Cavabdeh2 həmin torpaq sahəsi «xxxx” KB ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq həmin əmlakı boşaldaraq mülkiyyətçiyə təhvil verməmişlər və həmin əmlakdan istifadə hüquqlarını qanuni əsas olmadan davam etdirərək mülkiyətçinin hüquqlarını pozmuşlar. Yuxarda qeyd edilənləri nəzəra alaraq məhkəmə hesab edirki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 3 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar