Məhkəmə qərarları › İş №2(008)-2958/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2958/2021

08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2958/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh Əlimşah oğlunun iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh Əlimşah oğluna qarşı vurulmuş ziyanın tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Əlimşah oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səhhətinə dəymiş ziyana görə 3861 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, cavabdeh 18.10.2020-ci il tarixdə ona məxsus avtomaşınla iddiaçını vurmuş, nəticədə o, sağ ayağından və sol göz nahiyəsindən xəsarət almışdır. Ekspertiza yüngül xəsarət kimi qiymətləndirsə də, əslində ağır xəsarət almışdır. Cavabdeh onun müalicəsi ilə qətiyyən maraqlanmamışdır. Ege hospitalında MRT-dən keçmək üçün 140 manat, qan analizinə 21 manat, gözünün müalicəsinə 700 manat xərcləmişdir. Gözünün əməliyyatına 3000 manat pul lazımdır, lakin cavabdeh yardımını göstərmir. Məhkəmə iclasında iştirak edən İddiaçı idda ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh Əlimşah oğlu izahat verərək, iddianı qəbul etmədiyini, avtoqəza nəticəsindən iddiaçının səhhətinə hər hansı ciddi xəsarət dəyməmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izihatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materialalrına əlavə edilmişdir). 18.10.2020-ci il tarixdə Cavabdeh Əlimşah oğlu idarə etdiyi və "xxxx" ASC tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «VAZ 21041» markalı, **-BJ-*** dövlət qeydtyyat nişanlı avtomobil piyada İddiaçı (iddiaçının) vurmuş, nəticədə onun sağlamlığına yüngül dərəcəli xəsarət dəymiş, zərərçəkən İddiaçı (iddiaçıya) dəymiş zərərə görə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, Cavabdeh Əlimşah oğlunun hadisə yerindən yayındığından həmin məbləğ sığorta şirkəti tərəfindən subroqasiya qaydasında Cavabdeh Əlimşah oğlundan tələb edilmişdir ("xxxx" ASC tərəfindən Cavabdeh Əlimşah oğluna ünvanlanmış 15.02.2021-ci il tarixli, 05/01-207 №-li məktub). İddiaçı 11.12.2020-ci il tarixdə səhhətində olan problemlə əlaqədar Ege hospitalında MRT müayinəsindən keçmiş, 12.02.2-21-ci il tarixdə Bakı şəhər 21 №-li şəhər poliklinikasında qanını analizə vermişdir. Məhkəmə tərəfindən məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X2» publik hüquqi şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 27.10.2021-ci il tarixli, 802/KEŞ №-li ekspert rəyinə əsasən İddiaçı mütəxəssis müayinələri zamanı hazırda onda yaşa bağlı olan büllurun bulanması, başlanğıc katarakta və yaşa uyğun olaraq aşağı ətraf nahiyəsində daraq-barmaq falanqalarının artrozunun olduğu müəyyən edilmiş, “Ege Hospital’da İddiaçı adına tərtib edilmiş 11.12.2020-ci il tarixli beyin MR müayinəsindən onun səhhətinə olan problemlərin baş vermiş yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqəsinin olması istisna edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Göründüyü kimi, iddiaçı səhhətinə baş verən pozuntuların yol-nəqliyyat hadisəsi ilə əlaqəli olduğunu sübüta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar