Məhkəmə qərarları › İş №2(008)-2958/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2958/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2958/2022 23.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının iştirakları ilə İddiaçının Cavabdehlər Cavabdeh Vagif oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Vagif oğlu qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2450 ABŞ dolları məbləğində pulun, sənədlərin toplanması, tərtibi və sair üçün sərf etdiyi 100 manat və dövlət rüsumu 58 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin əməkdaşı Cavabdeh Vagif oğlunu tanıyır. Ailəliklə birlikdə Bodrum və Antalya bölgələrinə xx.xx.2016cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət ərzində istirahət etmək üçün turist qismində təşkil edəcəyinin yalandan vəd edərək etibardan sui-istifadə edərək xx.xx.2016cı il tarixdə 1000 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə isə 1450 ABŞ dolları, cəmi 2450 ABŞ dolları ödəmişdir. Pulun "xxxx" MMC-nin hesabına mədaxil edilməsi barədə rəsmi qəbz verilmişdir. Lakin, cavabdeh dələduzluq edərək həmin pulu ələ keçirmişdir. Onun barəsində cinayət işi başlanılmış, lakin xx.xx.2017-ci il tarixlə qərarla iş üzrə icraata xitam verilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icraata xitam verilmə barədə qərar ləğv edilmişdir. Sonra yenidən xx.xx.2021-ci tarixli qərarla cinayət işinin icraatına xitam verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). "xxxx" MMC-yə məxsus blankdan görünür ki, xx.xx.2016-cı il tarixdə İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Türkiyədə «Rixos Sunqate» oteldə turist qismində dincəlmək üçün 2450 ABŞ dolları "xxxx" MMC-yə ödənilmişdir. Blank şirkətin möhürü ilə təsdiq edilmişdir. Yasamal RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Ə.Əliyev tərəfindən xx.xx.2021-ci tarixdə qəbul edilmiş cinayət işinin icraatına xitam verilməsi barədə qərardan aşağıdakılar görünür. xx.xx.2017-ci il tarixdə Cavabdeh Vagif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləisnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. O, şahid qismində dindirilərkən ifadəsində göətrmişdir ki, İddiaçı 2450 ABŞ dolları aldıqdan sonra həmin məbləği «Silkway Travel” şirkətinə ödəmiş, lakin "xxxx" MMC-nin «Silkway Travel” şirkətinə borcu olduğundan həmin məbləğ onun borcuna silinmişdir. Hazırda iddiaçı cavabdehdən 2450 ABŞ dolları məbləğində pulun və məhkəmə xərclərinin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Göründüyü kimi, iddiaçı tərəfindən 2450 ABŞ dollarının cavabdehə ödənilmiş, həmin məbləğ müqabilində cavabdeh tərəfindən iş görülməmiş, həmin məbləğ şirkətin borclarının ödənilməsinə yönilmiş, bu günədək pul iddiaçıya qaytarılmamış, bununla da iddiaçıya ziyana düşmüşdür. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hüquqlarının pozulduğunu xx.xx.2021-ci tarixdə (cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəböul edilən tarix) bildiyindən iddianı xx.xx.2022-ci ildə verərkən tələbetmə və iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən sənədlərin toplanması, tərtibi və sair üçün sərf etdiyi 100 manatı təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, həmin məbləğ cavabdehdən tutula bilməz, ödənilmiş 58 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Vagif oğlundan İddiaçının xeyrinə 2450 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 58 manat dövlət rüsumu tutulsun. Sənədlərin toplanması, tərtibi və sair üçün sərf edilən 100 manatın tutulması barədə iddiaçının tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar