Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2965/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 360.00 (üç yüz altmış) manat sığorta ödənişinin, 30.40 manat məbləğində dövlət rüsumunun, cəmi 390.40 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021 -ci il tarixində Bakı şəhəri, K.Səfərəliyev küçəsində Cavabdeh2 mülkiyyətində olan “Daewoo BS090 avtobus” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtokasko qaydaları ilə sığortalanmış "Mercedes Benz E220 D minik” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. AR DİN Bakı Şəhər BPİ DYPİ-nin xx.xx.2021 -ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə”arayışına, İXP3981921 saylı X6 protokola və TP4394066 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsinə əsasən 40,00 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, “Mercedes Benz E220 D minik” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin ********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021- ci il tarixinədək 20.000 (iyirmi min) manat sığorta məbləği olmaqla “avtokasko” qaydaları ilə sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi üzrə azadolma məbləği 100,00 (bir yüz) manat məbləğdə müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021 -ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Mercedes Benz E220 D minik” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 460,00 (dörd yüz altmış) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021 -ci il tarixli, 473/21 saylı sığorta aktına və xx.xx.2021 - ci il tarixli, № AZ0010233 saylı ödəniş tapşırığına əsasən 100,00 (bir yüz) manat azadolma məbləği çıxılaraq 360,00 (üç yüz altmış) manat məbləğində sığorta ödənişi sığortalının "xxxx" ASC-də olan hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/0337 saylı Geriyə tələb (subroqasiya) məktublarından görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 360,00 (üç yüz altmış) manat məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 geri ödənilməsi tələb edilmişdir. AB №918641 saylı X2 Şəhadətnaməsindən məlum olur ki, hadisə anında “Daewoo BS090 avtobus” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş, Cavabdeh1 tərəfindən idarə edilən “Daewoo BS090 avtobus” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda müvcud deyildir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin həcminin artırılmasına dair ərizə verərək Vətə.AZ-Trans MMC-də cavabdeh qismində işə cəlb edilməsini və 360.00 (üç yüz altmış) manat sığorta ödənişinin, 30.40 manat məbləğində dövlət rüsumunun, cəmi 390.40 manat məbləğində pul vəsaitinin cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Vətən.Az-Trans MMC dən müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsini xahiş etmişdir. İddian tələbinin həcminin artırılmasına və yeni cavabdehin cəlb edilməsinə dair ərizə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53 və 54-cü maddələrinin tələbinə uyğun olmadığından məhkəmə tərəfindən mümükün hesab edilməmişdir. İddiaçının nümayəndəsi ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsini müdafiə etdiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin hallarını və dəlillərini araşdırıb, iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən, sığortaçı tərəfindən sığortalanmış Mercedes Benz E220 CDİ markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, K.Səfərəliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərərə məruz qalmışdır. Sığorta ödənişi sığorta şəhadətnaməsində razılaşdırılmış 100 (yüz) manat azadolma məbləği çıxılmaqla 360 (üç yüz altmış) manat təşkil edir. İş materiallarında olan zərərin hesablanması aktından görünür ki, X3 məxsus Merjedes Benz E220 CDİ markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər cəmi 460 manat təşkil edir. İş materiallarında olan fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şahadətnaməsindən görünür ki, X3 məxsus Mercedes Benz E220 D markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi sığortalanmışdır. İş materiallarında olan Bakı şəhəri, BPİ-nin DYPİ-nin xx.xx.2012-ci il tarixli arayışından məlum olur ki, xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, K.Səfərəliyev küçəsində Cavabdeh2 mülkiyyətində “Daewoo BS090” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən, yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə Merjedes Benz E220 D markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 zərər dəymişdir. İş materiallarında olan X6 İXP seriyalı ******* saylı protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, K.Səfərəliyev küçəsində “Daewoo BS090” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən, yol-nəqliyyat hadisəsi törədilmiş və Azərbayjan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş, TP ******* saylı inzibati tənbrh vermə haqqında qərarla 40 maant inzibat cərimə edilmişdir. İş materiallarında olan AC 455365 saylı X2 şəhadətnaməsinin surətindən görünür ki, Merjedes Benz E220 CDİ markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İş materiallarına əlavə edilmiş cavabdehlərə ünvanlanmış Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, "xxxx" ASC 360 manat məbləğində sığorta ödənişinin 5 gün ərzində geri ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Mercedes Benz E220 CDİ markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir və həmin avtomobil xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2012-ci il tarixdə Merjedes Benz E220 D markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Daewoo BS090” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin yol-nəqliyyat hadisəsinə görə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cü maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin törətmiş “Daewoo BS090” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil digər Cavabdeh2 mülkiyyətində olmuş və o, avtomobilini nəqliyyat vasitəsini etibarnamə ilə Cavabdeh1 idarə etmək üçün vermişdir. Həmin hadisə nəticəsində Mercedes Benz E220 D markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına görə 360 manat məbləğində sığorta ödənişi ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki işin materiallarından məlum olur ki, Cavabdeh1 Daevoo BS090 ** VT *** nömrə nişanlı avtomobili idarə edərkən, yolnəqliyyat hadisəsi törədərək Mercedes E220 markalı 99XX365 dövlət qeydiyyat nişanlı avtomobilə 460 manat məbləğində ziyan vurmuşdur. Zərər vurulan avtomobil iddiaçı şirkətdə kasko siğorta ilə siğortalı olduğundan, iddiaçı dəymiş ziyanı zərərçəkənə ödəmiş, ödədiyi pulu isə təqsirli sürücüdən tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı olduğundan təmin edilməlir. Bundan başqa məhkəmə iddia tələbinin digər Cavabdeh2 münasibətdə dəyərləndirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, hadisə baş verən zaman təqsirli sürücününün avtomoblini idarə etmək hüququ olduğundan, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30.40 manat məhkəmə xərci cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 360 (üç yüz aktmış) manat məbləğində pul və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2965/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2965/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver