Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2987/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6536.02 manat dəymiş ziyan, 86 manat dövlət rüsümü, ümumilikdə 6622.02 manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR DİN BDYP İdarəsinin verdiyi AC 610034 №-li 03 noyabr 2015-ci il tarixli texniki pasporta əsasən F18D********** №-li mühərrik, KL1JA6959EK617065 №-li ban olan **-AR-*** dövlət nömrə nişanlı, 2014-cü il istehsalı olan “Chevrolet Cruze” markalı avtomaşın İddiaçınə məxsusdur. 09 fevral 2024-cü ildə təxminən saat 22:50 radələrində Nizami rayonu Babək prospektində yuxarıda qeyd olunan avtomaşını İddiaçı sürücüsü X3 idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh idarə etdiyi avtomobil ilə ara məsafəsi qaydalarını pozaraq, ondan irəli gedən və iddiaçıya məxsus olan avtomobilə çırpılmış və nəticədə Cəmiyyətə məxsus olan “Chevrolet Cruze” markah avtomaşına ziyan dəymişdir. Göstərilən yol-nəqliyyat hadisəsi “MERCEDES-BENZ E 200” markalı 00343LO dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər DYPİ tanınmışdır. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair TP ******* №-li 10 fevral 2024-cü il tarixli qərar qanuni qüvvəyə minmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçınə məxsus olan nəqliyyat vasitəsinə xeyli miqdarda ziyan dəymişdir. “Grand Motors” tərtib etdiyi kalkulyasiyaya (malın maya və satış qiymətinin hesablanması) uyğun olaraq İddiaçınə məxsus olan nəqliyyat vasitəsinin təmir işləri 6536.02 manata başa gələcək. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə bir neçə dəfə müraciət edilsə də, müraciətlər bugünkü günə qədər cavabsız qalmışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi 6000 manat təşkil etmişdir. Lakin məhkəmə zamanı cavabdeh tərəflə razılaşma əsasında həmin məbləğ 2000 manat olduğu təqdirdə, iddia tələbinin həmin hissədə təmin olunması barədə razılığa gəlmişlər. Odur ki, işə iştirakları olmadan baxılaraq, iddia tələbinin Cavabdeh qismən ödəniş olaraq 2000 manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı tərəflə razılaşma əsasında iddia tələbinin 2000 manat məbləğində hissəsində təmin olunması barədə razılığa gəlmişlər. Odur ki, iddiaçının xeyrinə 2000 manat məbləğin ondan tutulmasına etiraz etmir və iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:50-də “Mercedes Benz E 200” markalı OO-343-LO dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 22:50-də Nizami rayonu Babək prospektində “Mercedes Benz E 200” markalı OO-343-LO dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Great Motors QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Chevrolet Cruze” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri 6536.02 manat təşkil edir. - Məhkəmə Ekspertizası və Kriminalistika Bürosu MMC tərəfindən verilmiş 219-2 nömrəli xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, 09 fevral 2024-cü ildə Nizami rayonu Babək prospektində yol-nəqliyyat hadisəsi nəticəsində Mersedes Benz E 200 markalı 00343LO dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibatı xəta törətməsi nəticəsində qarşı tərəf PFK Neftçi klubunun balansında olan, buraxılış tarixi 2014-cü il Chevrolet Cruze markalı **-AR-*** dövlət nömrə nişanlı avtomobilə ciddi ziyan vurmuşdur. Hadisə nəticəsində nəqliyyat vasitəsinin əmtəəlik görünüşü itirilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, “Chevrolet Cruze” markalı **-AR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3914-8/1474 nömrəli rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin, nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmir olunub-olunmamasını və yaxud dəyişdirilməsini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı “Chevrolet Cruze” minik markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6536,02 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 3559,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 1980,00 manat. ƏDV – 997,02 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5343,02 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 2366,0 manat; Təmir-bərpa işlərinin qiyməti – 1980,00 manat; ƏDV – 997,02 manat. Qeyd: Avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edimişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə saat 22:50-də “Mercedes Benz E 200” markalı OO-343-LO dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh ara məsafəsi qaydalarını pozmuş, nəticədə İddiaçı MMC-nə məxsus “Chevrolet Cruze” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmasına səbəb olmuşdur. Qeyd olunan inzibati xəta hadisəsi nəticəsində Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “Chevrolet Cruze” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 6536,02 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Mercedes Benz E 200” markalı OO-343-LO və “Chevrolet Cruze” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər yetirildiyi, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İşin mübahisəli halı dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı MMC-nə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğı maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən “Chevrolet Cruze” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6536,02 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, verilmiş ekspert rəyi ilə 2014-cü il buraxılışlı “Chevrolet Cruze” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6536,02 manat, dəyişilməli hissələrinin qiymətinə aşınma tətbiq edilməklə 5343,02 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə əldə etdikləri razılığa əsasən iddiaçıya məxsus nəqliyyat vasitəsinə vurulmuş ziyanın məbləğinin 2000 manat müəyyən edildiyini bildirmiş və həmin məbləğdə pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən, nəqliyyat vasitəsinə vurulmuş ziyanın məbləğinin 2000 manat müəyyən edilməsi barədə tərəflərin qarşılıqlı razılığa gəlmələrini və iddiaçının 2000 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etməsini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən avtomobilə vurulmuş maddi ziyana görə 2000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 2000 manat məbləğində pul vəsaiti və 40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı MMC-dən və Cavabdeh müştərək qaydada tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 2000 manat məbləğində pul vəsaiti və 40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı MMC-dən və Cavabdeh müştərək qaydada tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şəbnur Qədirova