Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2988/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17000 (on yeddi min) ABŞ dolları və dövlət rüsumu kimi ödədiyi 177 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildən Türkiyə Respublikasında yaşayır. 2013-cü ildə Azərbaycanda olan zaman bacısı oğlu Namiqin dostu Romanın vasitəsi ilə Sabunçu rayonu Maştağa Bələdiyyəsinin sənədi ilə Aqil adlı şəxsdən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər adlanan ərazidən 20 sot torpaq almışdır. 2023-cü ilin avqust ayında Azərbaycanda olan zaman torpağına nəzarət etmək məqsədi ilə gedən zaman həmin torpağa tanımadığı şəxslər tərəfindən sahiblik edildiyini aşkar etmişdir. Həmin şəxslər ona torpaq sahəsini Xəzər Bələdiyyəsindən aldığını bildirmişlər. Bununla bağlı Milli Arxiv İdarəsinə müraciət edərək sənədlər əldə edilən zaman müəyyən olunmuşdur ki, aldığı torpaq sahələri zəbt olunan torpaqlardı. Buna görə Aqildən torpağa görə verdiyi pulu geri istəmişdir, lakin Aqil hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Aldığı torpağa görə Cavabdeh Maştağa Bələdiyyəsinin həyətində 17000 (on yeddi min) ABŞ dolları vermiş, 3000 (üç min) ABŞ dolları da poçt vasitəsilə Roman adlı şəxsə göndərmişdir. Ümumilikdə ona 20000 (iyirmi min) ABŞ dolları maddi ziyan dəymişdir. Bununla əlaqədar rəsmi ərizə ilə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi Ramil Əliyevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 noyabr 2023-cü il tarixli qərara əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən toplanılmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əmlak tələbi mülki xarakter daşıdığından ona mülki mühakimə qaydasında məhkəməyə müraciət edilməsi izah edilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-də araşdırma aparılan zaman Cavabdeh 10000 (on min) ABŞ dolları pulun alınmasını etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, o torpaq sahəsinin bir sotunu 1000 ABŞ dollara razılaşmış, 20 sot torpaqa ümumilikdə 20000 ABŞ dolları ödəmişdir. Burada yaşamadığı üçün torpaqa baş çəkə bilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o, 2005-ci ildə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində Xanlar yaşayış massivində o, arvadı X5 adına Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli sərəncamı ilə 1.000 kvm. torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin yanında qohumu X15 da Maşlağa Bələdiyyəsindən xx.xx.2005-ci il tarixli sərəncamla 1.000 kvm. torpaq sahəsi almışdır. O, qohumu ilə birlikdə torpaq sahəsini daş hasara almışlar, iki darvaza yeri qoymuşlar. Orada onlar 50-yə yaxın meyvə ağacları əkmişlər. Mütəmadi olaraq onlar torpaq sahəsinə gedib baş çəkirmişlər, ağaclara qulluq edirmişlər. 2013-cü ilin yanvar ayında o, qohumu Afayətlə həmin torpaq sahələrini satmaq qərarına gəlmişlər. O, Bakıxanov qəsəbəsində yaşayan qonşusu Romana demişdir ki, Maştağa qəsəbəsində onun və qohumunun hərəyə 10 sot torpaq sahə vardır, həmin torpaq sahələrini satmaq istəyirlər, istəyən olsa ona desin. Bir müddətdən sonra Roman ona dedi ki, torpaq sahələrini iş yoldaşı Namiq adlı oğlan istəyir, gedək torpaq sahəsinə baxaq. Sonra Namiq adlı oğlan, Roman və o, gedib torpaq sahələrinə baxmışlar. Orada onlar torpaq sahəsinin 1 sotunu 400 manata razılaşmışlar, cəmi 8.000 manata. O, orada onlara torpaq sahəsinin bələdiyyə sənədinin olduğunu bildirmişdir və sənədləri orada onlara göstərmişdir. Sonra o, Afayət xanıma demişdir ki, torpaq sahələirini almaq istəyən var, razısansa 10 sotuna 4.000 manat pul verirlər. O da onunla razılaşmış və satmaq qərarına gəlmişdir. Sonra həmin torpaq sahəsinə Namiqin dayısı iddiaçı Səfər gəlib baxmış, torpaq sahələrinin sənədləri ilə tanış olmuş və həmin qiymətə razılaşmışdır. İddiaçı Səfər ona demişdir ki, o, Türkiyə Respublikasında yaşayır, o geri qayıtmaq istəyir, tez gedək bu məsələni həll edək. Səhərisi gün ona zəng vurub dedilər ki, gedək Maştağa Bələdiyyəsinə torpaq sahəsini həm araşdıraq həm də torpaq sahələrini öz adlana keçirək. Onlarda yığışıb Maştağa Bəlediyyəsinə getmişlər və orada onlara bildirdilər ki, torpaq sahələrini ada keçirmək mümkün deyildir, əgər almaq istəyirsinizsə onda etibarnamə vasiləsi ilə ala bilərsiniz. X17 dedilər ki torpaq sahələrini bizə etibamnamə ilə ver, torpaq sahələrini sonra özüləri öz adına keçirərik. Sonra onlar Qara Qarayev metrosunun yaxınlığında yerləşən notariat ofisinə getmişlər və onun həyat yoldaşı və Afayət xanım torpaq sahəsi ilə bağlı iddaçı Səfərin adına mülki etibarnamə vermişlər və orada Namiq ona 7.800 manat əvəzinə həmin manatın kursu ilə 10.000 ABŞ dollar pul vermişdir, O, hətta 200 manatını kəsirlə vermişdir. O, həmin 10.000 ABŞ dollar pulun yarısını Afayət xanıma vermişdir. Orada onlarla hallaşmış, onlar torpaq sahələrinin sənədlərini iddiaçıya vermiş və çıxıb getmişlər. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya ki Maştağa bələdiyəsinin həyətində ona 17.000 ABŞ dollar pul vermişdir, daha sonra isə 3.000 ABŞ dollar pulu Roman adlı şəxslə poçt vasitəsi ilə göndərmişdir. Bu tam yalandır, o ona Maştağa Bələdiyəsinin həyətində 17.000 ABŞ dollar pul verməmişdir və 3000 ABŞ dollar pulu da Roman vasitəsi ilə ona göndərməmişdir. Onlar aralkarında heç bir borc pul qalmamışdır, belə olan halda nəyə görə o ona Roman vasitəsii lə 3000 ABŞ dollar pul göndərirdi? . Bu tam yalandır, onun əgər ona borcu var idisə, elə onun özünə pulu göndərərdi. Bu faktı Roman da təsdiqləyir ki, belə bir hal olmamışdır. Onlar Səfərə etibarnamə və pul veriəndə notariat ofisində onların yanında Afəyət xanımın oğlu X16, vasitəçi X1, iddiaçı Səfər və onun bacısı oğlu Namiq olmuşdur. X1 ilə X9 məhkəmə iclasına gəlib bu faktı təsdiq edə bilərlər və şahid kimi ifadə verməyə hazırdırlar. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2023-cü il tarixdə torpaq sahələrinə baş çəkməyə gedəndə görmüşdür ki, həmin torpaq sahələri başqa şəxslər tərəfindən zəbt olunmuşdur. Ona görə də ondan verdiyi 7.800 marat pulu geri istəyir. Məhkəmənin nəzərinə çatdırıram ki, həmin torpaq sahələrinin başqa şəxslər tərəfindən zəbt olunmasının ona heç bir aidiyyatı yoxdur, torpaq sahələri iddiaçıya 2013-cü ildə ona təhvil verilmişdir. Zəhmət çəkərdi torpaq sahəsinə baxardı, qoruyardı ki, oranı zəbt etməsinlər. Həmin vaxtdan 11 il keçmişdir, artıq iddia müddəti də keçmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmiş və eynin zamanda xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia müddətinin ötürülməsi ilə bağlı ərizə verərək iddia müddətinin ötürülməsi ilə bağlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyiridən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı əmlak tələbi mülki xarakter daşıdığından ona mülki qaydada məhkəmə qarşısında iddia qaldırmaq hüququ izah edilmişdir. Bakı Şəhəri Sabunçu rayon Polis İdarəsində xx.xx.2023-cü il tarixdə Cavabdeh izahatından görünür ki, o, 2005-ci ildə torpaq sahəsi lmaq qərarına gəlmişdir. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində Çilingər adlanan ərazidən 20 sot torpağın 10 sotunu özünə və 10 sotunu isə qohumu X10 adına almağa razılaşmışdır. Torpaq sahəsini satmaq istəyən Zaur və adını bilmıdi Həci kimi kimi çağrılan şəxslər borpağın bir sotunu 300 ABŞ dollara satacağını bildirmişdir. Torpağı aldıqdan sonra onlar ora 50-ə yaxın ağac əkmişdirlər. 2013-cü ildə əvvələr qonşusu olan Roman adlı şəxsə maştağa ərazisində yerləşən torpaq sahəsini satmaq isdədiyini bildirmiş, bbir qədər sonra isə Roman onlara bir nəfər tanıdığı şəxsin torpaq almaq isdədiyini bildirmişdir. O həmin torpaq sahəsinin 10 sotunun ona digər 10 sotunun isə Afiyyət adlı qadına məxsus olduğunu söyləmişdir. Onlar sonradan adının ona məlum olduğu Nəbiyev Səfə ilə Qara Qarayevdə yerləşən natariusda görüşüb yoldaşı Səbinə və qohumu Afiyyət Səfərə etibarnamə vermişdir. Notariusdan çıxdığdan sonra torpaq sahəsini alan Səfər adlı şəxs ona 10000 ABŞ doları vermişdir. Sözügedən pulun 5000 ABŞ dolları olan hissəsini isə o X13 vermişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-N-05889/2023 nömrəli məktubundan görünür ki, X11 barədə Sabunçu rayonu Maştağa Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 758 saylı sərəncamının və ona əlavə edilmiş sənədin təsdiq edilmiş kserosurətləri məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 758 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamından görünür ki, Qeyd olunan torpaq sahəsinin Bakı şəhər icra Hakimiyyəti Başçısının 823 saylı 31 08.2000-ci il tarixli sərəncamı ilə Maştağa Bələdiyyəsinin mülkiyyətinə verilməsi nəzərə alınmış, Maştağa qəsəbəsi Xanlar yaşayış massivində 1000 kv.m. torpaq sahəsi X3 adına rəsmiləşdirilərək torpaq vergisinə cəlb edilmiş, S.M.X2 «Vergi və ödənişlər» şöbəsindən qeydiyyatdan keçib, torpaq vergisinin ödənilməsini təmin etmişdir. S.M.Sarıyeva qeyd olunan torpaq sahəsində hər hansı bir tikinti işləri aparmazdan əvvəl Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274 — İİQ Na-li qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq müvafiq İcra Hakimiyyəti orqanlarından icazə almalı və razılaşdırılmalıdır. Şəhadətnamə alınması üçün Bakı şəhər Torpaq və Xəritəçəkmə idarəsinə müraciət etməsi bildirilmişdir. X6 xx.xx.2005-ci il tarixli ərizəsindən görünür ki, Maştağa qəsəbəsi, Xanlar yaşayış sahəsində 1000 kv. metr olan torpaq sahəsini məişət tullantılarından təmizləyib yararlı hala salmış, lakin rəsmiləşdirməmişdir.Torpaq sahəsini torpaq vergisinə cəlb edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 758 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamından görünür ki, Qeyd olunan torpaq sahəsinin Bakı şəhər icra Hakimiyyəti Başçısının 823 saylı 31 08.2000-ci il tarixli sərəncamı ile Maştağa Bələdiyyəsinin mülkiyyətinə verilməsi nəzərə alınmış, Maştağa qəsəbəsi Xanlar yaşayış massivində 1000 kv.m. torpaq sahəsi X8 adına rəsmiləşdirilərək torpaq vergisinə cəlb edilmiş, A.O.X4 «Vergi və ödənişlər» şöbəsindən qeydiyyatdan keçib, torpaq vergisinin ödənilməsini təmin etmişdir. A.O.Əliyeva qeyd olunan torpaq sahəsində hər hansı bir tikinti işləri aparmazdan əvvəl Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274 — İİQ Na-li qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq müvafiq İcra Hakimiyyəti orqanlarından icazə almalı və razılaşdırılmalıdır. Şəhadətnamə alınması üçün Bakı şəhər Torpaq və Xəritəçəkmə idarəsinə müraciət etməsi bildirilmişdir. X10 xx.xx.2005-ci il tarixli ərizəsindən görünür ki, Maştağa qəsəbəsi, Xanlar yaşayış sahəsində 1000 kv. metr olan torpaq sahəsini məişət tullantılarından təmizləyib yararlı hala salmış, lakin rəsmiləşdirməmişdir.Torpaq sahəsini torpaq vergisinə cəlb edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 591477 nömrəli 23 aprel 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2013-cü ildə ürək-damar çatışmamazlığından ölmüşdür. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı 177 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasına cavabdeh tərəfində şahid qismində dəvət edilmiş X12 məhkəmə iclas zalında izahat verərək bildirmişdir ki, o İddiaçı bacısı oğlu Namiq ilə iş yoldaşı olmuşdur. Cavabdeh Nizam oğlu ilə isə qonşu olmuşdur. O vaxtı Aqil öz torpağını 8000 manat satdığını ona bildirmişdir. Oda bu sözü Namiqə demişdir. Daha sonra Namiq adlı şəxs öz dayısının torpaq sahəsinin almaq isdədiyini bildirmişdir. O isə öz növbəsində Aqil ilə Səfəri görüşdürmüşdür. Onlar razılaşdığdan sonra notariusa gedərək ona Səfər 10000 ABŞ dollarını Namiqə vermişdir. Pul verilən zaman orada o, Namiq, Aqil, Səfər bir nəfərdə başqa bir adam var idi. Pul verilən zaman pul sayıldı. Maşında isə yaşlı bir qadın oturmuşdur. Səfər Aqilə 10000 ABŞ dollarını verdikdən sonra onlar hallaşmışdırlar. Səfər daha sonra ona 3000 ABŞ dollarını ona göndərmişdir. Göndərilən pulun məqsədi o idiki, Səfər torpaq sahəsinə hasar çəkdirmək isdəyirdi, lakin pulu Namiqin banklara borcu olduğundan Namiq ondan xahiş etmişdir ki, pulu onun adına göndərsin. Ümumi 20 sot idi. Torpağın 10 sotu anasına məxsus olub. Pul notarisun qarşısında verilib. Torpağa dair etibarnamə verilib. Məhkəmə iclasına cavabdeh tərəfində şahid qismində dəvət edilmiş X16 məhkəmə iclas zalında izahat verərək bildirmişdir ki, İddiaçı pul verilən zman görmüşdür, Aqil isə uzağ qohumudur. Sözügedən torpağın bir hissəi onun anasına məxsus olmuşdur. Torpağın alqısatqısı zamanı orda Səfər, Aqil, Aqilin yoldaşı, Roman və Səfərin bacısı oğlu olmuşdu. 20 sot torpağı ümumilikdə 8000 manata satılmışdır. X23 10000 dollar vermişdir. Sonra Aqil pulun yarısını ona vermişdir ki, anasına versinlər. X14 yanındakı notariusun qabağında verildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1096.2-ci madddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1097.1-ci madddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, işin mübahisə olunmayan haldı ondan ibarətdir ki, cavabdeh arvadına və qohumu Afəyat xanıma məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin iddiaçıya satmaq adı altında ondan pul almışdır. İddiaçı cavabdehə vermiş olduğu pulun məbləğinin 17000 ABŞ dolları olduğu bildirsədə, cavabdeh ona verilən pulun məbləğinin 10000 ABŞ dolları olduğunu etiraf etmişdir. İddiaçı isə məhkəmə iclasında habelə mülki iş matrillarına əlavə edilmiş sübutlarla cavabdehə torpaq sahəsinin alınması adı altında ödənilən pulun məbləğinin 17000 ABŞ dolları olduğunu sübut edə bilməmişdir. Beləliklə məlum olur ki, cavabdeh arvadına və qohumuna məxsus olduğunu iddia etdiyi 20 sot torpaq sahəsini satmaq adı ilə iddiaçıdan 2013-cü il tarixdə 10000 ABŞ dolları məbləğində pulu heç bir hüquqi əsas olmadan alaraq iddiaçının hesabına varlanmışdır. Belə ki, daşınmaz əmlakın alqı satqısı müqaviləsi yalnız sözügedən daşınmaz əmlak cavabdehin mülkiyyətində olduğu təqdirdə notariat ofisində bağlanmalı idi. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, alınması adı ilə pul ödənilən daşınmaz əmlak olan torpaq sahəsinə nə iddiaçının nədəki onun həyat yoldaşı və Afayət adlı qadının subyektiv hüququ olmadığından mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin predmenti olması qanunvericiliyin tələblərini uyğun olmadığından hazırda İddiaçı Cavabdeh pulu geri tələb etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə iclası zamanı o halda müəyyən edildi ki, iddiaçı hazırda iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan müddəti ötürmüşdür. Belə ki, Cavabdeh əsasız olaraq əldə etdiyi 10000 ABŞ dolları məbləğində pulu iddiaçıya geri qaytarmalı olsada, iddiaçı əsasız varlanan şəxsə 2016-ci ilədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, iddiaçı öz hüququnun ona məlum olmalı olduğu vaxtdan 10 il ərzində cavabdehə qarşı heç bir tələb irəli sürülməmişdir. Cavabdeh tərəf isə məhkəməyə ərizə verərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı tərəf isə iddia müddətini Dövlət Arxiv İdarəsinin iddiaçının müraciətinə cavab vermiş olduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı olduğunu məhkəmənin diqqətinə çatdırsada məhkəmə qeyd edir ki, iddiaçının iddiaçının hüquqlarının pozulduğunu bilməli olduğu vaxt məhz o torpağ almaq adı altında cavabdeh 2013-cü ildə cavabdehə pul məbləği verdikdən dərhal sonra yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddia müddəti ötürüldyündən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2988/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2988/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver