Məhkəmə qərarları › İş №2(008)-2989/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2989/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2989/2022 06.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşma çatmayan xx.xx.2011-ci il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixli, 2(008)-2729 saylı qətnaməsi ilə tutulan aliment miqdarını artıraraq hər ay 193 manat miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində alimentin artırılma tələbinə dair iddiası olub. Bir övladı var. Cavabdehlə münasibətləri əvvəllər yaxşı olsa da, sonralar kəskinləşmiş, xasiyyətlərində uyğunsuzluq yaranmış, bu da ailənin dağılmasına səbəb olmuşdur. Ailəsi artıq dağılmış, onun bərpası mümkün deyildir. Cavabdeh həyat yoldaşı kimi ona hörmət etmir, ailənin saxlanması üçün heç bir müsbət davranış göstərmir. Uşaq onun himayəsindədir, ata uşaqla maraqlanmır. Məhkəmə iclasında iştirak İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını və barışıq sazişini araşdıraraq hesab edir ki, hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-2729/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-900/2016 saylı, 26 iyul 2016-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X1 qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 618746 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış mediator Mirzəyeva Nüşabə nadir qızının iştirakı ilə xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, “İkinci tərəf” (ata, Cavabdeh İzahat oğlu, Ş.V AZE № ********) birgə nikahlarından anadan olmuş 04 fevral 2011-ci il təvəllüdlü X1 (AZ-İİ № 618746) yetkinlik yaşına çatanadək saxlanması üçün “Birinci tərəf”in (ana, İddiaçı Ş.V № AA ******* ) xeyrinə 2022-ci il mart ayından hesablanmaqla hər ay 300 (üç yüz) manat (193 (yüz doxsan üç) manat əsas, 107 (yüz yeddi) manat qalıq) aliment ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediyasiya şürasına müraciət etmiş, tərəflər arasında xx.xx.2022-ci il tarixdə Mediasiya şürasında bağlanmış barışıq sazişindən görünür ki, cavabdeh iddiaçıya onların nikahlarından anadan olmuş 04 fevral 2011-ci il təvəllüdlü X1 (AZ-İİ № 618746) yetkinlik yaşına çatanadək saxlanması üçün 193 manat məbləğiondə aliment ödəməyə razılıq vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, nəqədər ki, qeyd edilən mübahisə ilə bağlı tərəflər arasında Mediasiya təşkilatında barışıq sazişi bağlanmışdır və qeyd edilən barışıq sazişi bugünədək ləğv edilməmişdir, işə yenidən eyni mübahisə üzrə məhkəmədə baxılması mümkün olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar