Məhkəmə qərarları › İş №2(008)-2990/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2990/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2990/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1721.94 (bir min yeddi yüz iyirmi bir manat doxsan dörd qəpik məbləğində pul vəsaitinin və 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 35 ilə yaxın qonşuluq münasibəti olan Əliyeva Teymurə vasitəsilə Cavabdeh adlı şəxsi tanımış, Cavabdeh onun yanına gələrək, aylığını özü ödəməklə adına kompüter götürməsini xahiş etmişdir. O, cavabdehə inanaraq, ‘‘Kontakt Home”-dan kompüter götürərək ona vermişdir. Lakin, Cavabdeh ödəniş etmədiyindən, kredit iddiaçının adına olduğundan hər gün mağazadan kredit borcu ilə bağlı zəng olunaraq onu narahat edirlər. “Kontakt Home” ilə aralarında xx.xx.2024-cü il tarixdə bağlanmış 12341204 nömrəli müqaviləyə əsasən dəyəri 1553.94 manat olan “Playstation 5 SLİM” 1 ТВ yaddaşa malik 3 illik zəmanətli texnika götürmüş, ümumilikdə müqaviləyə əsasən 1721.94 manat dəyər hesablanmışdır. Hal-hazırda maddi durumu çox ağır vəziyyətdədir, cavabdehə görə ona 1721,94 manat məbləğində ziyan dəymişdir. X3 şəbəkəsinin Problemli Kreditlər şöbəsindən ona dəfərlərlə zəng edilərək, istifadə etmədiyi əşyanın pulunun ödənilməsi tələb olunur. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, dəyəri 1721.94 manat olan Playstation 5 SLİM 1TB yaddaşa malik texnikanın Cavabdeh alınaraq, ona verilməsi, həmin əmlak olmadığı halda, əmlakın dəyərinin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 15 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, Cavabdeh iddiaçıya münasibətdə izahatında X1 adına Bakıxanov qəsəbəsində yerləşən “Kontakt Home” mağazasından oyun üçün dəyəri 1721 manat olan “Playstation 5” aparatı götürmüş, həmin avadanlıq üçün iki ay pul ödəsə də hazırda 645 manat gecikməsi olduğunu bildirmişdir. Qeyd edilən şəxslərin adlarına kreditlə götürdüyü əşyaların pulunu gecikmə ilə olsa da, özü ödəmiş və ödəyəcəyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-2330/2025 nömrəli xx.xx.2025-ci il tarixli Qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı 1529.88 (min beş yüz iyirmi doqquz manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 458.96 (dörd yüz əlli səkkiz manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 1988.84 (min doqquz yüz səksən səkkiz manat səksən dörd qəpik) manat məbləğində pulun və 39.89 (otuz doqquz manat səksən doqquz qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilir. 30 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının dedikləri ilə razılaşdığını, ailə vəziyəti ilə əlaqədar olaraq 2-ci aydan sonra ödəniş edə bilmədiyini və cərimə borcunun artıq hesablandığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddənin tələbinə görə isə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İş materiallarına əlavə olunan 15 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, Cavabdeh izahatında X1 adına Bakıxanov qəsəbəsində yerləşən “Kontakt Home” mağazasından dəyəri 1721 manat olan “Playstation 5” aparatı götürdüyünü, həmin aparatın pulundan ödəniş etsə də, hazırda 645 manat gecikmə borcu olduğunu və iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, dəyəri 1721.94 manat olan Playstation 5 SLİM 1TB yaddaşa malik texnika Cavabdeh alınaraq, İddiaçı verilməli və həmin əmlak olmadığı təqdirdə, dəyəri Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə görə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Playstation 5 SLİM 1TB yaddaşa malik texnika Cavabdeh alınaraq, İddiaçı verilsin. Əmlak olmadığı təqdirdə dəyəri 1721.94 manat Cavabdeh tutularaq, İddiaçı ödənilsin. 38 (otuz səkkiz) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar