Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-30/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 İddiaçı "xxxx" ASC-nin Cavabdehlər X3, X8, Borclu4, Borclu3 və Borclu1 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Krdetor "xxxx" ASC borclular X9 və Borclu1 qarşı xx.xx.2015-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bundan 1058,58 manat əsas, 218,08 manat faiz, 203,82 manat cərimə borcu olmaqla, ümumilikdə 1480,48 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank müştəriyə 24 ay müddətə 5000 manat kredit vermişdir. Eyni gündə Borclu1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2015-ci il tarixədək X5 1058,58 manat əsas, 218,08 manat faiz, 203,82 manat cərimə borcu olmaqla, ümumilikdə 1480,48 manat borcu yaranmışdır. Məhkəmənin xx.xx.2015-ci il tarixli əmri ilə tələb təmin olunmuş, Borclu1 etirazı əsasında xx.xx.2016-cı il tarixli qərardadı ilə həmin əmr ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılmağa başlanılmış, xx.xx.2016-cı il tarixli qərardadı ilə cavabdeh X5 ölümü ilə hüquqi varis müəyyən olunana qədər iş üzrə icraat dayandırılmış, xx.xx.2022-ci il tarixli qərardadı ilə hüquqi varislər müəyyən olunduğundan iş üzrə icraat təzələnmiş, X3, X8, Borclu4, Borclu3 X5 hüquqi varisləri olduğundan işə cavabdeh qismində cəlb edilmişdilər. xx.xx.2020-ci il tarixdə iddia tələbinin artırılması barədə ərizə verilərək əsas borc 1058,58 manat, faiz borcu 1469,56 manat, cərimə borcu 1046 manat, borcun ödənilməsinin gecikdirildiyinə görə 293,95 manat, cəmi 3867,42 manatın cavabdehlərdən tutulması xahiş edilmişdir. Cavabdeh Borclu1 iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X9 ölən günədək pulu ödəmişdir. Əgər pul borcu varsa, onun vərəsələri ödəməlidilər. Onun adına maşın var idi, vərəsələri satıblar. Eyni zamanda o bildirmişdir ki, onun sığortası var. Eyni zamanda cavabdeh iddia müddətin tədbiq edilməsini xahiş etmişdir. Belə ki, müqavilə bağlandığı gündən 10 ildən çox vaxt keçmişdir, iddia müddəti isə 3 ildir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini və qeyd olunan məbləğin bütün cavabdehlərdən tutulmasını xahiş etdi. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Dəmir Bank” ASC ilə X9 arasında bağlanmış xx.xx.2013-cü il tarixli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank Müştəriyə 24 il müddətə 5000 manat kredit vermişdir. Eyni gündə Borclu1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. X9 xx.xx.2015-ci il tarixdə ölmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən adıçəkilən kredit müqaviləsi üzr əsas borc 1058 manat, faiz borcu 1469,56 manat, cərimə borcu 1046 manat, borcun ödənilməsinin gecikdirildiyinə görə 293,95 manat, cəmi 3867,42 manat borc yaranıb. ünvan 1 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X4 miras qalımş əmlaka «Vərəsəlik hüququ haqqında şəhadətnamə»-nin verilməsi ilə bağlı ofisdə X3, X8, Borclu4, Borclu3 müraciəti əsasında xx.xx.2015-ci il tarixdə vərəsəlik işi açılmış, lakin tərəflərindən «Vərəsəlik hüququ haqqında şəhadətnamə» rəsmiləşdirilməmişdir. İş materiallarından borcun ödənilməsi görünmür. «Problemli kreditlərin kompensasiyası» adlanan sənəddən görünür ki, 1058,58 manat əsas borc restrukturizasiya olunması təklif olunan kreditlərin siyahısına daxil edilmişdir. Hazırda iddiaçı cavabdehlərdən kredit borcunun tutularaq ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlər X9 tərəfindən tam edilmədən o,ölmüşdür. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Lakin qeyd edildiyi kimi, X4 miras qalımş əmlaka «Vərəsəlik hüququ haqqında şəhadətnamə»-nin verilməsi ilə bağlı notariat ofisində X3, X8, Borclu4, Borclu3 müraciəti əsasında xx.xx.2015-ci il tarixdə vərəsəlik işi açılmış, lakin bu günədək «Vərəsəlik hüququ haqqında şəhadətnamə» rəsmiləşdirilməmişdir. Vərəsələr məhkəmənin heç bir çağırışına gəlməmiş, miras məlakın nədən ibarət olmasına, hansı səbəbdən «Vərəsəlik hüququ haqqında şəhadətnamə» rəsmiləşdirilməməsinə dair məhkəməyə məlumat verməmişdilər və faktiki susmaqla borcu qəbul etmişdilər. Lakin, məhkəmə hesab edir ki, yalnız 1058,58 manat əsas borc tutulmalıdır. Belə ki, qeyd edildiyi kimi, X9 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra faiz və cərimə borcu hesablana bilməzdi. Qeyd edildiyi kimi, 1058,58 manat əsas borc restrukturizasiya olunması təklif olunan kreditlərin siyahısına daxil edilmişdir. İddiaçı tərəfindən yaranmış borc məbləği eyni zamanda zamin Borclu1 tutulması tələb edilir. Məhkəmə hesab edir ki, Borclu1 hazırki işdə cavabdehlik daşımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyə xitam verilir. Məhkəmə hesb edir ki, zaminliyin təmin etdiyi öhdəliyə borclunun öümü səbəbindən xitam verilmiş, həmin borc digər şəxslərə keçmiş və Borclu1 onlara zamin olmaq barədə razılıq verməmişdir. İddia müddətinin tədbiq edilməsi barədə cavabdeh Borclu1 ərizəsinə dair məhkəmə qeyd etmək istəyir ki, müqavilənin müddəti xx.xx.2015-ci il tarixdə bitdiyindən və əmrin verilməsi barədə ərizə xx.xx.2015-ci il tarixdə verildiyindən üç illik iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilmklə, 1058,58 manat əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu X3, X8, Borclu4, Borclu3 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə və cavabdeh Borclu1 qarşı rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 1058,58 manat əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu X3, X8, Borclu4, Borclu3 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə və cavabdeh Borclu1 qarşı rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-30/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-30/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver