Məhkəmə qərarları › İş №2(008)-3007/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3007/2022

09.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3007/2022 09.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağası qızına qarşı “maddi ziyanın ödənilməsi və cavabdehdən üzr istənilməsi” tələbinə dair ilk iddia, iddiaçı Cavabdeh2 Ağası qızının cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağası qızına qarşı “maddi ziyanın ödənilməsi və cavabdehdən üzr istənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada (ödədiyi 50 manat dövlət rüsumu nəzərə alınmaqla) tutulmaqla, ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyanın ona - İddiaçı ödənilməsi, cavabdehlərin hər ikisinin ondan üzr istəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 Ağası qızının cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı 7600 (yeddi min atlı yüz) manat pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 96 manat dövlət rüsumunun alınaraq o - Cavabdeh2 Ağası qızına ödənilməsi, İddiaçı onun və oğlu Cavabdeh1 şərəf və ləyaqətini alçatdığına görə ondan üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən 0,164 ha torpaq sahəsi onun (İddiaçı) xüsusi mülkiyyətindədir. Mülkiyyətindəki torpaq sahəsini uzun müddətdir ki, istifadə etdiyindən həmin sahədə tərəfindən müxtəlif sortlu meyvə ağacları olmaqla, ümumilikdə 76 ədəd ağac əkilmiş və onlara qulluq edilmişdir. Cavabdehlər Lənkəran rayon sakinləri olsalar da, onların hər ikisi Bakı şəhərində qeydiyyatdadırlar. Cavabdehlərdən Cavabdeh2 hal-hazırda Lənkəran rayonunun Türkəkəran kəndində yaşayır. Digər Cavabdeh1 1-ci Cavabdeh2 oğludur və Bakı şəhərində yaşayır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan torpaq sahəsində illərlə əkib-becərdiyi ağacları məhv edilmiş və nəticədə ona 3000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, Cavabdeh2 övladı - Cavabdeh1 adından (guya onun hansısa vəzifədə işləməsindən) istifadə edərək, onun torpaq sahənin məcburi qaydada ona verməli olduğunu qarşısına şərt qoymaqla məqsədli şəkildə ona maddi ziyan vurmuşdur. Cavabdeh2 ona maddi ziyan vurmaq məqsədilə qərəzli şəkildə dəfələrlə səhər vaxtları kənd sakinlərə məxsus mal-qaranı onun çəpərlənmiş torpaq sahəsinin qapısını qırıb-sındırmaqla torpaq sahəsinə salmış və mal-qaranın onun təsərrüfatına, əkdiyi ağacların məhv edilməsinə nail olmuşdur. Cavabdeh2 dəfələrlə iradını bildirsə də və ona dəymiş ziyanın ödənilməsini tələb etsə də, ikinci Cavabdeh1 ona zəng edib hədə-qorxu gələrək anası ilə birlikdə ona ziyanın vurulmasına səbəb olmuşdur. Cavadehlərin hər ikisi onu əsassız təhdid etməklə, ona qarşı hörmətsiz davranmaqla və yol verdikləri ağır ifadələri ilə ona mənəvi zərər vurmuş və onu iztirab və sarsıtınya məruz qoymuşlar. O, uzun illərdir ki, doğma kəndi - Lənkəran rayonunun Türkəkəran kəndində yaşayır, təsərrüfatçıdır, təsərrüfat işləri ilə özünü və ailəsini dolandırır. Cavadehlərin hərəkəti nəticəsində o, həm çəkdiyi xərclərdən, həm də gələcək gəlirlərindən mərhum olmuşdur. Cavadehlər qanunsuz hərəkətləri ilə nəinki ona, təbiətə-ağaclara da böyük ziyan vurmuşlar. Ona dəymiş maddi ziyanın açıqlaması kimi qeyd edir ki, 2018-ci ildən həmin 16 sot torpaq sahəsində əkdiyi 76 ədəd ağacın hər birini 17 manatdan almaqla 1292 manat (76 ədəd x 17 manat = 1292 manat), ağacların əkilməsinə və onlara ötən müddət ərzində qulluğa görə 600 manat sərf etmiş, hazırda minimum surətdə əldən çıxan fayda və məhkəməyədək xərcləri, ödədiyi dövlət rüsumu da daxil olmaqla, ümumilikdə 3000 manat məbləğində ona maddi ziyan dəymişdir. Bununla bağlı cavabdehlərə dəfələrlə cavabdehlərə şifahi surətdə bildirsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Cavabdehlər indi də ona qarşı qərəzli-ədavətli davrandığından və ona dəymiş maddi ziyanı könüllü şəkildə ödəmək niyyətində olmadığından, o, qanunla qorunan hüquqlarının müdafiəsi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda cavabdehlərin ona qanunsuz yerə narahat etmələri və ona mənəvi ziyan vurmaları nəticəsində o, əsəbsarsıntılar keçirmişdir. Yaşadığı kənddə bu cür xoşagəlməz hallarla rastlaşmağı onu hələ də çox narahat edir və hesab edir ki, cavadehlə ona qarşı bu əsassız hərəkətlərinə görə ondan üzr istəməlidirlər. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin əvəzi olaraq hesab edir ki, cavabdehlərin hər ikisi ondan üzr istəməlidirlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və o - Cavabdeh2 Ağası qızından müştərək qaydada tutulmaqla ümumilikdə 3000 manat məbləğində maddi ziyanın İddiaçı ödənilməsini və onlardan üzr istəməkləri barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirir ki, mərhum X14 onun əridir. O, xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, **********, ********** və ********** saylı çıxarışlara əsasən Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən ümumi sahəsi 1,59 hektar olan torpaq sahələri mərhum əri X7 və ona məxsusdur. Həmin torpaq sahələri onların birgə nikah dövründə alınmışdır. Həmin torpaq sahələri 2018-ci ilin may ayından 2021-ci ilin iyul ayının əvvəlinə qədər İddiaçı tərəfindən zəbt edilərək, istifadə olunmuşdur. Belə ki, İddiaçı həmin torpaq sahələrində ot yetişdirib, həmin otları presləyərək mal-qara yiyələrinə satmaqla yüksək gəlir əldə etmişdir. O, dəfələrlə İddiaçı müraciət edərək, torpaq sahələrindən istifadəni dayındırmasını tələb etsə də, lakin o onun və oğlu Cavabdeh1 şərəf və ləyəqətini alçaldaraq təhqir etmiş, tələblərinə məhəl qoymadan torpaqlarından istifadəni 2021-ci ilin iyul ayına qədər davam etdirmiş və yüksək gəlir əldə etmişdir. Belə olan halda aydın olur ki, İddiaçı hüquqi əsas olmadan gəlir əldə etməklə əsassız olaraq varlanmışdır. Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən ümumi sahəsi 1,59 hektar olan torpaq sahəsinin 1 aylıq icarə haqqı ən azından 200 manat təşkil edir. İddiaçı torpaq sahələrimizi zəbt etdiyi müddət 38 aydır. Belə olan halda İddiaçı mənə ümumilikdə 7600 manat pul ödəməlidir. Bu səbəbdən də hesab edir ki, mərhum X7 və ona məxsus Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən ümumi sahəsi 1,59 hektar olan torpaq sahəsinin 38 aylıq icarə haqqı məbləğində pul, yəni 7600 manat İddiaçı tutularaq, ona ödənilməlidir. İddiaçı onun və oğlu Cavabdeh1 şərəf ləyaqətini təhqir etdiyinə, alçaltdığına görə, mənəvi zərərin əvəzi olaraq ondan üzr istəməlidir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsinə uyğun izahat verərək ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil ilk iddia ərizəsinə uyğun izahat verərək ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili X19 ilk iddia tələbini qəbul etməyərək rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İlki iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar xx.xx.2022-ci il tarixdə ilkin iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişlər ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağası qızından müştərək qaydada tutulmaqla, ümumilikdə 3000 manat məbləğində maddi ziyanın İddiaçı ödənilməsini və onlardan üzr istəməyi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbinə etiraz edərək, bildirmək istəyir ki, aşağıda qeyd edəcəyi səbəblərə görə İddiaçı “maddi ziyanın ödənilməsi və cavabdehlərin üzr istəməsi” tələbinə dair iddiasını əsasız hesab edir və hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya onlar qərəzli şəkildə ona məxsus torpaq sahəsinin çəpərini qıraraq, kənd sakinlərinə məxsus mal-qaranı ora salıb onun torpaq sahəsində əkilmiş ağaclarını məhv etmişlər. Belə bir hal heç vaxt baş verməmişdir. Onlar Cavabdeh2 Ağası qızı və Cavabdeh1 İddiaçı məxsus çəpəri qırmamışlar. Ümumuyyətlə İddiaçı torpaq sahəsində olan ağacların ətrafında çəpər olmamışdır. Bunu bütün kənd sakinləri də təsdiq edir. Bununla bağlı hətta 5 nəfər kənd sakininin notarial qaydada yazılmış və təsdiqlənmiş ərizələri də vardır ki, həmin ərizəni də o, etiraz ərizəyə əlavə edir. İddia ərizəsində İddiaçı onu da qeyd edir ki, guya onlar onu təhqir etmişlər. Məhkəməyə bildirir ki, bu da tamamilə yalandı. Çünki onlar heç vaxt İddiaçı təhqit etməmişlər. Əksinə o, onlara dəfələrlə təhqir edərək, şərəf və ləyaqətini alçaldıb. Aralarında belə bir mübahisənin yaranma səbəbi isə odur ki, İddiaçı qardaşı Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən torpaq sahəni mənimsəyərək başqa birinə satmış və həmin şəxs də orda ev tikmişdir. O - Cavabdeh2 Ağası qızı bu bardə məlumatlı olduqdan sonra ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ekspert rəyinə əsasən müəyyən olundu ki, həqiqətən də o, torpaq sahəsi ona məxsusdur. Bu hadisədən sora ondan acıq çıxmaq üçün İddiaçı onlara qarşı ziddiyətli mövqe nümayiş etdirərək, heç bir əsası olmayan iddialar irəli sürməklə onlara məhkəməyə vermişdir. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və o - Cavabdeh2 Ağası qızına qarşı 3000 manat məbləğində maddi ziyanın İddiaçı ödənilməsi və ondan üzr istəməyi barədə iddiasının təmin edilməməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsinə etirazla müraciət edərək icraatda onun iddiaçı olduğu iddia tələbinə qarşı - qarşılıqlı iddia ərizəsi üzrə ona qarşı Cavabdeh2 “pul” tələbinə dair iddia tələbi vardır. Həmin iddia tələbi ilə məhkəmədən ondan 7600 manat pulun və iddia ərizəsi ilə məhkəməyə ödədyi 96 manat dövlət rüsumunun alınaraq ödənilməsi, onun Cavabdeh2 və onun oğlu Cavabdeh1 üzr istəməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia ərizəsi əsassızdır və rədd olunmalıdır. Belə ki, iddia ərizəsində guya onun 2018-ci ilin may ayından başlayaraq Cavabdeh2 və onun mərhum ərinə məxsus olan topraq sahəsini zəbt edərək və orada ot yetişdirərək gəlir əldə etməyi göstərilmişdir. İddiaçının bu arqumenti tamamilə yanlış və böhtan xarakterlidir. O, öz ilkin iddia ərizəsində onun mülkiyyətindən olan və Azərbaycan Respublikası ƏMDK yanında DƏDR Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat tarixi:xx.xx.2021, qeydiyyat nömrəsi:**********, reyestr rıömrəsi:**********14) əsasən Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən sahəsi 0,164 ha torpaq sahəsinin olduğunu xüsusilə qeyd etmiş və Cavabdeh2 dəfələrlə qanunsuz hərəkətləri nəticəsində həmin mülkiyyətində olan torpaq sahəsində illərlə əkib-becərdiyi ağaclarının məhv etdiyini göstəmişdir. Cavabdeh2 məqsədi onun mülkiyyətində olan həmin torpaq sahəsini məcburi və qanunsuz olaraq ona verməyini tələb etməklə və ona külli miqdarda ziyan vurmaqda davam edir. Həmin tələbin əsassız olduğunu sübut edən hallardan biri də ondan ibarətdir ki, necə olur ki, o, 2018-ci ildən “guya həmin torpaq sahəsini zəbt etmişdir” və Cavabdeh2 bu hala susur və o, onun qanunsuz əməllərini ifşa edəndə, o indi hüquqlarının pozulmasını iddia edir, o yəni 2018-ci ildən 4 il keçməsinə baxmayaraq heç bir addım atmasın. Buna görə də Cavabdeh2 qeyd etdiyi hal tamamilə absurddur və heç bir sübut yoxdur. O, Cavabdeh2 və onun mərhum ərinə məxsus heç bir torpaq sahəsində (sahələrində) hər hansı hərəkətə (ot əkmək, biçmək, satmaq və gəlir əldə etmək və s.) yol verməmişdir. Əksinə onun (Cavabdeh2) onun qanuni olaraq xüsusi mülkiyyətində olan torpaq sahəsini əsassız olaraq ondan almaq istəməsi və buna görə ona qarşı hərəkətləri qanunsuzdur. İddiaçı şahidlərin notariat qaydasında təsdiq edilmiş ona qarşı ifadələrini məhkəməyə təqdim etsə də, sonradan o, həmin şahidlərin özlərindən bununla bağlı maraqlandıqda, onlar hansı sənədə, hansı ifadəyə imza etdiklərini xatırlamamışlar və onlara təzyiq olduğunu və ifadələrinin məzmunundan xəbərləri olmadan imzaladığnı bildirmişlər. Həmin şahidlərdən - X10, X16 və X17 yenidən notariat qaydasında təsdiqlənmiş ərizələrində (ifadələrində) bundan əvvəl verdikləri ərizənin (ifadənin) etibarsız hesab edilməsini xahiş etmiş və əvvəlki ərizə ilə sonradan tanış olarkən verdikləri ifadənin həqiqətə uyğun olmadığını bildirmişlər. Belə olan halda əvvəlki şahid ifadləri əsassız hesab edilməlidir. Lənkəran rayonu Şürük bələdiyyəsinin sədri Valeh Hüseynlinin təqdim etdiyi Arayışın da heç bir hüquqi əsası yoxdur və qanunsuz hesab edilməlidir. Arayışda qeyd olunan topraq sahələrinin harada yerləşməsini bələdiyyə deyil, aidiyyəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin aidiyyəti ərazi idarəsini xüsusi vasitələrlə müəyyən edə bilər. Belə olan halda bələdiyyə sədri V.Hüseynli səlahiyyət həddini aşdığından onun barəsində xüsusi qərardad qəbul edilməklə, baxılması üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilməlidir. Qarşılıqlı iddia ərizəsində sonda onun həm Cavabdeh2 və həm də onun oğlu Cavabdeh1 üzr istəməsi məhkəmədən xahiş edilmişdir. İlk öncə qeyd edir ki, qarşılıqlı iddia üzrə Cavabdeh1 tərəf olmadığından Cavabdeh2 onun adından öz mülahizəsi ilə ona qarşı üzr istəmə tələbi tamamilə absurddur. İkincisi Cavabdeh2 özünün də onun ondan üzr istəməsi tələbi tamamilə yanlışdır və bunun heç bir hüquqi əsası yoxdur. Əksinə Cavabdeh1 hazırda ədliyyə orqanlarında işlədiyindən və mobil telefonu vasitəsilə ona “gəlib kənddə diz çökdürəcəyini” bildirməklə ona hədəqorxu gəlmişdir. Hazırda Ədliyyə Nazirliyinin Pentensiar Ximədinin aidiyyəti qurumunda işləyən Cavabdeh1 bilməlidir ki, heç bir məmur vəzifəsindən sui-istifadə edə bilməz. Ona verilən vəzifə dövlətinə, xalqına xidmət etmək üçün verilib, ona hədə-qorxu gəlmək üçün deyil. Cavabdeh1 ədliyyə orqanında işləməklə bəlkə məhkəməyə təsir edəcəyini düşünürsə, çox yanılır. Ölkədə məhkəmə sahəsində cənab Prezidentin apardığı islahatlara kimsə kölgə sala bilməz. O, sadə zəhməti ilə dolanan insandır, oğlu 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır və torpaqlarının azad olunmasında göstədiyi şücaətlərə görə Ali Baş Komandan tərəfindən bir neçə dəfə təltif olunmuşdur. Onların dövlətinə, vətəninə sadiq və bağlı insanlardır. Heç kəsin vəzifəsindən sui-istifadə edərək kiməsə hədə-qorxu gəlməyə haqqı yoxdur və belə olarsa və belə davam edərsə, həmin şəxs qanun qarşısında cavab verəcəkdir. Qarşılıqlı iddia tələbinin rədd edilməsi və onun ilkin iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 222 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Türkəkəran kəndində 0.164 ha kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi İddiaçıdur. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 249 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Türkəkəran kəndində 0.66 ha kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi X8r. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 249 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Türkəkəran kəndində 0.44 ha kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi X8r. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 249 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Türkəkəran kəndində 0.49 ha kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi X8r. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin A 643490 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən 0.44 ha kənd təsərrüfatı təyinatlı torpağın hüquqi sahibi X8r. - V-ЖГ 352913 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə Cavabdeh2 Ağası qızı arasında xx.xx.1990-cı il tarixində rəsmi nikah baölanmışdır. - 29.06.2022-ciil tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş – X6 vərəsəsi Cavabdeh2 və o miras əmlakdan tam hissədə pay almalı olduğu qeyd edilmişdir. - Lənkəran Rayon Məhkməsinin 2(049)-1632/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Terkəkəran kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0.1122 ha torpaq sahəsinin 0.035 ha hissəsi cavabdeh X2 və X26 zəbtindən azad edilməsi, həmin torpaq sahəsi üzərindən cavabdehlər tərəfindən qanunsuz tikilmiş bir mərtəbəli eni 4.2 metr, uzunluğu 6.5 metr olan mişar daşından olan fərdi yaşayış evi cavabdehlərin hesabına sökülməli, zəbt edilmiş torpaq sahəsi cavabdehlər X3 və X20 alınıb iddiaçı Cavabdeh2 Ağası qızına verilməsi və bununla bağlı cavabdehlər tərəfindən törədilən maneələr aradan qaldırılması, hüquqi yardıma görə ödənilən 210 manatın 100 manatı və mütəxəssis rəyinə görə ödənilmiş 400 manat cavabdehlər X3 və X20 müştərək qaydada alınıb iddiaçı Cavabdeh2 ödənilməsi qərara alınmışdır. - Lənkəran rayon Şəhər İcra Hakimiyyəti başçısının Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2021-ci il tarixdə təqdim etmiş olduğu arayışdan görünür ki, X4 rayonu Türkəkəran kəndində yaşayır və onun özünə məxsus 0.164 ha torpaq sahəsində 76 ədəd meyvə ağacaları əkilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, tərəflər ilə o qonşudurlar. Cavabdeh2 ilə İddiaçı torpaq sahələri bir yerdədirlər. İddiaçı özünə məxsus torpaq sahəsində ağac əkmişdir. Zabit ilə Nailə xanımın torpaq sahəsində dəmir qapı qoyulmuşdur. Bir gün o gələndə görmüşdür ki, bütün qonşuların heyvanları Zabit və Nailə xanıma məxsus olan torpaq sahəsinə daxil olaraq orada otlayır. O oraya gələn zaman artıq orda qapı yox idi. Qapının kimin götürdüyünü o özü görməmişdir. Lakin digər qonşular qapının Nailə xanımın götürdüyünü bidirmişdilər. Hətta Nailə xanım onada onun malını ona məxsus olan torpaq sahəsinə otlamağa salmasını təklif etdi. Lakin o malı həmin torpaq sahəsinə salmamışdır. Bu hadisə təxminən bir neçə ay belə davam etdi. - Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Qardaşına məxsus torpaq sahəsi ilə Nailə xanıma məxsus torpaq sahəsi bir hasarın içində olmuşdur və ora dəmir qapı qoyulmuşdur. Qapı Nailə xanımla Zabitin razılığı ilə qoyulmuşdur. O bir gün eşitmişdir ki, Nail xanım dəmir qapını götürərək bütün qonşuların mallarını torpaq sahəsinə salmışdır. O qapının kimin götürdüyüynü özü görməmişdir. Ancaq heyvanları hər gün Nailə xanım həmin torpaq sahəsinə saldığını görmüşdür. Mallar hələdə həmin torpaq sahəsinə girir. Torpaq sahəsində qardaşı tərəfindən ağaclar əkilmişdir. Onun özüdə həmin torpaq sahəsinə yaxın yaşayır. Heyvanlar bütün ağacların hamısını yemişlər. O özü malların həmin torpaq sahəsinə salınmasına və ağacların heyvanlar tərəfindən yeyilməsinə qarşısının alınması üçün heç bir şey etməmişdir. Çünki Nailə xanım ilə aralarında mübahisə çıxmasını isdəməmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o İddiaçı ilə sinifyoldaşı olmuşdur. Nailə xanım isə sinifyoldaşının arvadıdır. Nailə ilə zabitə məxsus torpaq sahəsi bir hasarın içində olmuşdur. Həmin torpaq sahəsində heç ot da bitmir, su da yoxdur. O, öz torpaq sahəsinə gedəndə Zabitə və Nailəyə məxsus torpaq sahəsində mal-qara oduğunu görmüşdür. Mal-qara demək olarki, hər gün həmin torpaq sahəsinə gəlir. - Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X1 Şamid Şahəddin oğlu, X17, X12 və X21 tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, X5 miras qalan Cavabdeh2 məxsus Lənkaran rayonu, Tükəkəran kəndində 1.59 hektar torpaq sahəsi mövcud olduğu, həmin torpaq sahəsinin 2018-ci ilin may ayından 2021-ci ilin iyun ayınadək İddiaçı tərəfindən zəbt edildiyi, orada ot yetişditildiyi qeyd edilmişdir. - İlkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X16, X11, X17 tərəfindən xx.xx.2022-ci il tarixdə notarial qaydada yazılmış ərizədən görünür ki, xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilənlərə həqiqətə uyğun olmadığından etibarsız hesab edilməsi xahiş edilmişdir Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Məhkəmə ilk öncə ilkin iddia tələbinə münasibət bildirərək qeyd edir ki, İddiaçı məhkəməyə müraciət edərək cavabdehlərin hərəkətləri nəticəsində ona məxsus bağ sahəsində ağacların məhv olmasını və bunun nəticəsində ona 3000 manat maddi zərər dəymiş olduğunu bildirsədə, iddiaçı bu halları təsdiq edəcək möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləki, məhkəmə iclası zamanı müəyyən edildiki, iddiaçı ilə cavabdehin ərindən miras qalmış torpaq sahəsi bir hasarın daxilində yerləşir, iddiaçı məhz ona məxsus torpaq sahəsinə Cavabdeh2 tərəfindən mal-qaranın salınmasını, həmin mal-qaranın onun əkdiyi ağacları yeməsin və ağacların dəyərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə iclası zamanı iddiaçı tərəfindən dəvət edilmiş şahidlər də, Əsəsdov Zabitə məxsus torpaq sahəsinə mal-qaranın məhz ilkin iddia üzrə cavabdehin tərəfindən salınmasını təsdiq etmədilər. Bundan başqa iddiaçı məhkəmə iclasında mal-qara qeyd edilən torpaq sahəsinə bir gün deyildə mütamadi olaraq daxil olmasına baxmayaraq nə üçün bunun qarşısının alınmasına dair aktiv hərəkət etmədiyini izah edə bilməmişdir. Bundan başqa ilkin iddia üzrə iddiaçı cavabdehlərdən ondan üzr isdəmələrinə dayir qətnamə çıxarılmasını xahiş etsədə, cavabdehlərin hansı hərəkəti nəticəsində onun şərəf və ləyaqətini ləkləndiyini məhkəmədə sübut edə bilməmişdir. Bundan sonra məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 ona miras qalmış torpaq sahəsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən 2018-ci il tarixdən 2021-ci ilin əvvəlindək zəbt edilmiş olduğunu irəli sürsədə bu halı təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmiş, o cümlədən torpaq sahəsinin zəbt edildiyi dövürdən 2021-ci ilin əvvəlinədək iddiaçının irəli sürdüyü kimi cavabdehin qanunsuz hərəktərini qarşısının alınmasına dair hər hansı hərəkət etməməsini izah edə bilməmişdir. Məhkəmə qrşılıqlı iddia tələbinin digər hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehdən onun və oğlu Cavabdeh1 şərəf və ləyaqətinin alçaldılması üçün iddiaçıdan üzr isdəməsinə dair qətnəmə qəbul edilməsini xahiş etsədə qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı onun təhqir etməsini təsdiq edəcək sübtları məhkəməyə təqdim etmədiyindən qarşılıqlı iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağası qızına qarşı “maddi ziyanın ödənilməsi və cavabdehdən üzr istənilməsi” tələbinə dair ilk iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Ağası qızının cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə iddiaçılar hər biri ayrı-ayrılıqda iddialarının əsasları kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələblərinin əsası kimi yalnız öz subyektiv mülahizələrinə istinad edirlər və iddia tələblərini təsdiq edən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Bu baxımdan, həmçinin yuxarıda sadalanan əsaslarla məhkəmə hesab edir ki, iddiaçılar istinad etdiyi halları sübut edə bilmirlər. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı İlk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağası qızına qarşı “maddi ziyanın ödənilməsi və iddiaçıdan üzr istənilməsi” tələbinə dair ilk iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Ağası qızının cavabdeh İddiaçı qarşı “pul və iddiaçıdan üzr isdənməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar