Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3009/2023 02.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********04904 Samsung Galaxy A10s markalı telefon üçün 325 manat ödənilməmiş hissə, 12 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********42903 X1 8 markalı telefonlar, Elari qulaqlıq üçün 322 manat ödənilməmiş hissə, 12 manat cərimə; xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, Kenwood ətçəkən üçün 242 manat ödənilməmiş hissə, 24 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Beurer tonometr üçün 61 manat ödənilməmiş hissə, 6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********47438 Nokia markalı telefon üçün 58 manat ödənilməmiş hissə, 0 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Panasonic Saçqırxan üçün 54 manat ödənilməmiş hissə, 0 manat cərimə olmaqla, ümumilikdə 1116 manat borc və 31,16 manat ödənilmiş dövlət Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********04904 Samsung Galaxy A10s, İMEİ kodu **********42903 X1 8 markalı telefonlar, Elari qulaqlıq, Kenwood ətçəkən, Beurer tonometr, İMEİ kodu **********47438 Nokia markalı telefon, Panasonic Saçqırxan almış və nəticədə 1116 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 812,2 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********04904 Samsung Galaxy A10s markalı telefon, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********42903 X1 8 markalı telefonlar, Elari qulaqlıq, xx.xx.2020-ci il tarixli müqavilə ilə Kenwood ətçəkən, xx.xx.2020ci il tarixli müqavilə ilə Beurer tonometr, xx.xx.2020-ci il tarixli müqavilə ilə İMEİ kodu **********47438 Nokia markalı telefon, xx.xx.2020-ci il tarixli müqavilə ilə Panasonic Saçqırxan almış və onların dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 417,6 manat olan İMEİ kodu **********04904 Samsung Galaxy A10s markalı telefon üçün cəmi ödənilən məbləğ 92,6 manat, ödənilməmiş əsas borc 325 manat, cərimə borcu 12 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 337 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 707,4 manat olan İMEİ kodu **********42903 X1 8 markalı telefonlar, Elari qulaqlıq üçün cəmi ödənilən məbləğ 385,4 manat, ödənilməmiş əsas borc 322 manat, cərimə borcu 12 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 334 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 336,6 manat olan Kenwood ətçəkən üçün cəmi ödənilən məbləğ 94,6 manat, ödənilməmiş əsas borc 242 manat, cərimə borcu 24 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 266 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 104,4 manat olan Beurer tonometr üçün cəmi ödənilən məbləğ 43,4 manat, ödənilməmiş əsas borc 61 manat, cərimə borcu 6 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 67 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 227,2 manat olan İMEİ kodu **********47438 Nokia markalı telefon üçün cəmi ödənilən məbləğ 169,2 manat, ödənilməmiş əsas borc 58 manat, cərimə borcu 0 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 81 manat olan Panasonic Saçqırxan üçün cəmi ödənilən məbləğ 27 manat, ödənilməmiş əsas borc 54 manat, cərimə borcu 0 manat, cəmi 54 manat, ümumilikdə 1116 manat təşkil edir. -xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********04904 Samsung Galaxy A10s markalı telefonun aylıq ödəniş məbləği 23,2 manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********42903 X1 8 markalı telefonlar, Elari qulaqlığın aylıq ödənişi 39,3 manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Kenwood ətçəkənin aylıq ödənişi 18,7 manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Beurer tonometr aylıq ödənişi 8,7 manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********47438 Nokia markalı telefonun aylıq ödənişi 17,1 manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Panasonic Saçqırxanın aylıq ödənişi 4,5 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********04904 Samsung Galaxy A10s markalı telefon üçün 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********42903 X1 8 markalı telefonlar, Elari qulaqlıq üçün 322 (üç yüz iyirmi iki) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Kenwood ətçəkən üçün 242 (iki yüz qırx iki) manat, 24 (iyirmi dörd) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Beurer tonometr üçün 61 (altmış bir) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********47438 Nokia markalı telefon üçün 58 (əlli səkkiz) manat ödənilməmiş hissə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Panasonic saçqırxan üçün 54 (əlli dörd) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1116 (min yüz on altı) manat borc və 31 (otuz bir) manat, 16 (on altı) qəpik ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3009/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3009/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver