Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3010/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X3, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə məhkəmədə iddia qaldıraraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinə ünvan 1 ünvana texniki baxış keçirməyə və inventarlaşdırma işləri aparmağa cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneənin aradan qaldırılaraq, maneə yaradılmasına son qoyulması, dövlət rüsumunun əvəzi olaraq 101 manat məbləğində pul vəsaitlərinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X9 iddiaçının əri, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X4 isə mərhum əri - X7 anasıdır. “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə adi pasport”a əsasən ünvan 1 mərhum əri - X7 və qaynanası X2 adlarına qeydə alınmışdır. X6 miras qalmış adıçəkilən evə dair “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi üçün iddiaçı Bakı Şəhəri 39 saylı Notariat Ofisinə müraciət etmiş, müraciəti əsasında vərəsəlik işi açılmış və o, X7 vərəsəsi kimi tanınmışdır. Evin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi texniki baxış keçirmək üçün evə getmiş, lakin həmin ünvanda yaşayan cavabdehiər mütəxəssisə baxış keçirməyə icazə verməmişlər. İddiaçı cavabdehlərlə danışıb, razılığa gəlmək istəsə də, onlar razılıq verməmişdilər. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinə evə texniki baxış keçirməsinə və inventarlaşdırma işləri aparmasına yaradılan maneə aradan qaldırılmalı və maneə yaradılması cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 qadağan edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək qeyd etdi ki, adıçəkilən evə o, gəlin köçmüş, həmin evdə qeydiyyatı olmasa da daimi fasiləsiz yaşamış, oğlu Cavabdeh1 həmin evdə doğulduğu gündən bu günədək yaşayır. Hesab edir ki, iddiaçı həmin evdən onları çıxarda bilməz, onlar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinə hər-hansı şərait yaratmaq niyyətində deyillər. Xahiş edir, iddia rədd edlisin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 eyni izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. ünvan 1-ə (sonradan – mübahisəli ev) Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən xx.xx.1978-ci il tarixdə iddiaçının əri X7 və qaynanası X2 adlarına şəəxsi mülkiyyət hüququ ilə vətəndaşlarara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport verilmişdir (pasportun təsdiq edilmiş surəti iddiaçıya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə göndərilmişdir). X1 Cəlal Vaqif oğlunun anasıdır (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış). X4 xx.xx.2003-cü il tarixdə ölmüşdür (AZ-İ seriyalı 060510 №-li ölüm haqqında şəhadətnamə). X9 xx.xx.2017-ci il tarixdə ölmüşdür (AZ-İ seriyalı 876238 №-li ölüm haqqında şəhadətnamə). İddiaçı X6 miras qalmış mübahisəli evə dair “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi üçün iddiaçı Bakı Şəhəri 39 saylı Notariat Ofisinə müraciət etmiş, müraciəti əsasında vərəsəlik işi açılmış və o, X7 vərəsəsi kimi tanınmışdır. 39 saylı Notariat Ofisinin xüsusi notariusu mübahisəli evin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı xx.xx.2023-cü il tarixli 215 №li məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün evə getmiş, lakin mütəxəssisə baxış keçirməyə şərait yaradılmamış, bu səbəbdən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir (iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli Bildiriş). Məhkəmə iclasında məhz cavabdehlərin həmin evdə yaşadıqları və məhz onlar tərəfindən şəraitin yaradılmadığı müəyyən edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbini əsaslı və qanuni olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır, 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir, 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16- cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Göründüyü kimi, mübahisəli evə dair Çıxarışın verilib-verilməməsi məsələsini müəyyən etmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi evə texniki baxış keçirilməli və inventarlaşdırma işləri aparılmalıdır. Cavabdehlər tərəfindən həmin evə dair mülkiyyət və ya digər qanuni hüququnun olmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinə mübahisəli evə texniki baxış keçirməyə və inventarlaşdırma işləri aparmağa cavabdehlərə yaradılan maneənin aradan qaldırılaraq, maneə yaradılmasına son qoyulmalı, dövlət rüsumunun əvəzi olaraq 101 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinə ünvan 1 ünvana texniki baxış keçirməyə və inventarlaşdırma işləri aparmağa cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneə aradan qaldırılsın, maneə yaradılmasına son qoyulsun. Dövlət rüsumunun əvəzi olaraq 101 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3010/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3010/2024
13.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver