Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3015/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Akif oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı ziyanın tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5953,60 manat məbləğində vurulmuş maddi ziyanın və 30 manat dövlət rüsumunun İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08.05.2020-ci il tarixdə saat 09:00 radələrində icarə müqaviləsi əsasında iddiaçıya məxsus olan və cəmiyyətin sürücüsü X4 tərəfindən idarə olunan «İSUZU NPR 66L» markalı **-MH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı metrostansiyası istiqamətində hərəkət edərək yolun hərəkət hissəsinin sağ kənarında saxlamışdır. Həmin vaxt arxadan eyni istiqamətdə hərəkət edən «Mersedes-Benz C-230» markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomaşın əvvəlcə İddiaçı MMC-yə məxsus «İSUZU NPR 66L» markalı avtomobilin arxa hissəsinə, sonradan da qabaqdakı «Mersedes E-230» markalı maşina çırpmışdır. «Mersedes-Benz C-230» markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən sürücü Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh təyin edilmişdir. Cavabdeh tərəfindən törədilən qəza nəticəsində iddiaçıya 9001 manat məğləbində ziyan dəyməsi «Univesal Motors» servis tərəfindən müəyyən edilmişdir. «Standart İnsurance» tərəfindən iddiaçıya dəymiş 3497,40 manat ziyan ödənilmiş, qalan 5503,60 manat məbləğində maddi ziyan ödənilməmiş qalmışdır. Bundan əlavə, hadisə baş verəndən sonra üç ay avtomobil təmirdə olmuş və bağlanmış icarə müqavilə şərtlərinə uyğun olaraq hər ay 150 manat olmaqla 450 manat icarə haqqı ödənilmişdir. Odur ki, 5953,60 manat məbləğində ziyanı cavabdeh tam şəkildə ödəməlidir. Cavabdeh iddiaya etiraz verərək qeyd etmişdir ki, İddiaçı MMC avtomobilin mülkiyyətçisi olmadığından belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bundan başqa 9001 manat məbləğində zərər real zərər deyil. Hesab edir ki, sığorta şirkəti tərəfindən edilmiş ödəniş zərəri qarşılayır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə Akif oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşıdraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edlmişir). İddiaçı MMC 25.08.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış və kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir. «İSUZU NPR 66L» **-MH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi X2r. X5 mülkiyyətində olan daşınar əmlaka dair X3 15.05.2004-cü il tarixdə 30 il müddətinə etibarnamə vermişdir. Həmin etibarnamə əsasında X6 və İddiaçı MMC arasında 30.06.2015-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış, 1 №-li əlavədə göstərilən avtomaşınlar, eyni zamanda «İSUZU NPR 66L» **-MH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil (sonradan – İSUZU), iddiaçının icarəsinə verilmişdir. İcarə müqaviləsində: icarənin müddəti 01.07.2015-ci il tarixədək və icarə haqqı 150 manat müəyyən edilmişdir; İddiaçı MMC-nin nəqliyyat vasitələrinin lazım olan mühafizəsini etmək, texniki istismar qaydaların müvafiq olaraq saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. 08.05.2020-ci il tarixdə saat 09:00 radələrində Cavabdeh «Mersedes-Benz C- 230» markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən manevr qaydasını pozmuş, İSUZU-ya və «Mersedes E-230» markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşınlarla toqquşmuşdur. Cavabdeh barəsində Sabunçu DYPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə AP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. «Universial Motors» tərəfindən müştəri İddiaçı MMC üçün İSUZU-ya dair 14.05.2020-ci il tarixdə qüsur aktı tərtib edilmiş və dəymiş ziyan 9001 manat məbləğində qiymətləndirilmişir. «İmza» ekspertiza mərkəzi tərəfindən adıçəkilən qüsur aktındakı qeyd olunun ehtiyyat hissələri qiymətləndirilmişdir. Mütəxəssis rəyinə əsasən avtomobilə dəymiş ziyan oriqinal detallardan istifadə edildiyi təqdirdə 7250 manat, kontrafakt detallardan istifadə edildiyi təqdirdə 3738 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin tələb etməsinə baxmayaraq iddiaçı tərəfindən avtomobilin təmirinə edilmiş ödənişə dair, eyni zamanda sığorta şirkəti tərəfindən qiymətləndirməyə dair hərhansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsinə əsasən sığorta şirkəti tərəfindən 3497,40 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı 5503,60 manat məbləğində avtomobilə dəymiş zərərin (9001- 3497,40) və üç aylıq icarə haqqının cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı İSUZU-ya dəyən ziyanın məbləğini sübut edə bilməmişdir. Belə ki, iddiaçının istədiyi məbləğ iddiaçının sifarişi əsasında «Universial Motors» tərəfindən tərtib edilmişdir. İddiaçı həmin məbləğin ödənilməsinə dair məhkəməyə hərhansı bir sənəd təqdim etməmişdir. Bundan başqa, mütəxəssis rəyi ilə müəyyən edilən məbləğ iddiaçının istədiyi məbləğdən xeyli aşağıdır. Avtomobilin təmiri üçün iddiaçı tərəfindən original yoxsa kontrafakt ehtiyyat hissələrinin istifadə edilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Bundan başqa, iddiaçı sığorta şirkəti tərəfindən ziyanın qiymətləndirilməsinə, ziyanın hamısının deyil, bir hissəsinin ödənişinin edilməsinə dair sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, yuxarıda qeyd edilən icarə müqaviləsinin müddəti 01.07.2015-ci il tarixədək nəzərdə tutulduğu halda, hadisə 08.05.2020-ci tarixdə baş vermişdir. Həmin tarixdə avtomobilin iddiaçının qanuni sahibliyində olmasına dir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, avtomobilin üç ay təmirdə olmasına, həmin üç ay ərzində icarə haqqının iddiaçı tərəfindən ödənilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 250 manat İddiaçı MMC-dən tutulmalı və «İmza» Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış tədqiqatın dəyəri 250 manat İddiaçı MMC-dən tutulsun və «İmza» Ekspertiza Mərkəzinin (VÖEN **********) "xxxx" ASC, KOD 507699 VÖEN ********** Müxbir hesab AZ02NABZ******************** S.W.İ.F.T: AZRTAZ22, AZ69AZRT******************** hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3015/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3015/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver