Məhkəmə qərarları › İş №2(008)-3065/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3065/2023

18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3065/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Məhkəməsinin 2(008)-2789/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2011-ci il tarixdə doğulmuş X1 üçün tutulan alimentin artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin, eyni zamanda mediasiya xərcləri üçün ödənilmiş 50 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X7 doğulmuşdur. 2013-cü ildə nikahları pozulmuş, cavabdehdən qazancının 1/4 hissəsi məbləğində aliment tutulmuş, Sabunçu rayon Məhkəməsinin 2(008)-2789/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsilə alimentin məbləği artırılaraq 175 manat məbləğində aliment müəyyən edilmişdir. Hazırda qızı böyüdükcə həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili, eyni zamanda atası) X6 iddianı qəbul etməyərək qeyd etmişdir ki, cavabdehin arvadı və üç uşağı var, özü işləmir, onun uşaqlarını atası saxlayır Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. xx.xx.1992-ci il tarixdə doğulmuş X8 xx.xx.2021-ci il tarixdə adını «İlahə»dən “İlayda»ya dəyişdirmişdir (4 saylı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 031969 №-li adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə). İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış bir uşaqlraı var - xx.xx.2011-ci il tarixdə doğulmuş X7 (AZ-İV seriyalı 596518 №-li doğum haqqında şəhadətnamə). Sabunçu rayon Məhkəməsinin 2(008)-2789/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin məbləği artırılaraq cavabdehdən hər ay 175 manat aliment tutulmuşdur. Cavabdehin arvadı və üç uşağı var. Belə ki, cavabdeh xx.xx.2014-cü il tarixdə X2 ilə nikahlarını bağlamışdılar (AZ-İ seriyalı 984162 №-li nikah haqqında şəhadətnamə). Onların xx.xx.2015-ci il tarixdə Nigar, xx.xx.2016-cı il tarixdə İbrahim, xx.xx.2019cu il tarixdə Mirsəid adlı uşaqları doğulmuşdur. Cavabdeh işləmir (3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış). Hazırda iddiaçı alimentin məbləğinin 175 manatdan 220 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edildiy kimi, cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır, cavabdehin arvadı və üç başqa uşağı var. Sabunçu rayon Məhkəməsinin 2(008)-2789/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsində cavabdehin uşaqları barədə hallar müəyyən edilməmiş və 175 manat aliment tutulmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində gbstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İddiaçı alimentin artırlamısının zərurəti barədə də məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, iddiaçı 50 manat mediasiya xərcinin tutulması istəyir. Məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Mediasiya xidməti üçün ödənilmiş 50 manat pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar