Məhkəmə qərarları › İş №2(008)-3067/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3067/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3067/2025 24.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızınınsədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona yalan məlumat verərək özünü mediator işçisi kimi təqdim etməsi məhkəmə qətnaməsinə baxmayaraq qanundan kənar çıxıb nəvələrini görüş zamanı uzun müddət saxlamasını israr etməsi, ondan aldığı məbləğin qarşılığında heç bir iş görməməsini əsas tutaraq 1000 manat məbləğin və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona geri ödənilməsində köməklik etməyini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X7 oğlu X10 2017-ci ildə X4 ilə ailə həyalı qurmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü Ağayeva Möminə və xx.xx.2020-ci il təvəllüdlü Ağayeva Mehri adlı qızları doğulmuşdur. 2023-cü ildə boşanmışlar. Oğlu A.Mahir boşandığı zaman uşaqlar azyaşlı olduğu üçün məhkəmə onları analarının himayəsinə vermişdir. Nəvələrinin analarının himayəsində qalmasından çox narahat olduğu üçün özünü Mediasiya şöbəsinin əməkdaşı kimi təqdim edən Cavabdehla analarının nəvələrinə qayğı göstərmədiyini, təhsili ilə maraqlanmadığını, onlara xəsarətlər yetirdiyini ən əsası da kirayədə yad insanların əhatəsində yaşadıqları üçün uşaqları atalarının himayəsinə verilməsi barəsində görüşüb danışmışdır. Cavabdeh da bu işdə ona kömək edə biləcəyini vəd etdi, ən azından bir uşağın atanın himayəsinə verilməsi üçün müqabilində ondan 1500 manat məbləğində pul istədi. O da müxtəlif vaxtlarda öz şəxsi kart hesabından Namik Məmmədovun şəxsi kart hesabına, ümumilikdə 1500 manat məbləğində pul köçürmüşdür. Nəvələrinin atasının himayəsinə verilməsi prossesində Cavabdeh oğlunun boşanma məhkəmə qətnaməsində atanın uşaqları həllə içərisində 5 saat görüş verildiyini bilə-bilə dəfələrlə onlara uşaqlarla görüş vaxtı onları 20 gün müddətində gizlətməni, analarına verməməyini demişdir. Həmin müddət ərzində sənədlər hazırlayıb uşaqların anasından alınması üçün məhkəməyə müraciət edəcəyini vəd vermişdir. Cavabdeh oğlunun adından etibarnamə alaraq onun adından iş görəcəyini də bildirmiş, nəticədə heç bir iş görməmişdir. O, Şabran rayonunda 40 ildən artıq Müəllim peşəsində çalışmağına baxmayaraq digər idarə işlərindən məlumatı olmadığı üçün və sonradan topladığı məlumata əsasən nəvələrinin hələ azyaşlı olduğu üçün atalarının himayəsinə verilməsinin mümkün olmayacağının fərqinə vardı. Üzərindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq M.Namiq bu məsələnin həlli yönümündə heç bir iş görmədiyi üçün ona ödədiyi məbləği geri qaytarmasını zəng edib istədikdə ona kobud cavab verərək telefonu üzünə söndürürdü. Ödədiyi 1500 manat məbləğdən 500 manat ona geri qaytararaq qalan 1000 manat məbləğində onun üçün iş gördüyünü söyləyib qaytarmayacağı bildirdi. xx.xx.2025-ci il tarixində o, Şabran Rayon Prokurorluğuna bu məsələ ilə bağlı müraciət etmişdir. Müraciəti araşdırılaraq ona Cavabdeh mediator olmaması, fərdi qaydada xidmət göstərdiyi və vəzifəli şəxs olmadığı üçün məhkəməyə müraciət etməməsi izah etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İş materiallarında olan **********1 nömrəli qəbzin surətindən görünür ki, 300 manat Cavabdeh hesabına ödənilmişdir. **********31 nömrəli qəbzin surətindən görünür ki, 700 manat Cavabdeh hesabına ödənilmişdir. Şabran Rayon Məhkəmsinin 2(031)-336/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsindən görünür ki, iddiaçı X11 ilə cavabdeh X4 arasında 27 iyul 2018-ci il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 119 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra 14 oktyabr 2018-ci il təvəllüdlü X9 və 04 fevral 2020-ci il təvəllüdlü X12 cavabdeh X1 yanında qalması, iddiaçı X5 19 iyul 2023-cü il tarixdən başlayaraq 14 oktyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi, iddiaçı X11 04 oktyabr 2018-ci il təvəllüdlü X13 və 04 fevral 2020-ci il təvəllüdlü X12 hər həftənin şənbə və ya bazar günləri saat 14:00-dan 19:00-dək görüşüb ünsiyyətdə olması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsaəsn Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsaəsn Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsaəsn borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsaəsn tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci madəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1000 manat məbləğində pul vəsaiti ödənmişdir. İddiaçı sözügedən pulun cavabdəhə ödəməsi səbəbinin cavabdehin onlara məhkəmə işində-uşağların ataya verilməsində yəni iddiaçının oğluna verilməsi hissəsində köməklik etməsi ilə əlaqədar olduğunu bildirmiş, cavabdeh isə dəfələrlə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclaslarına gəlməmiş, iddiaçı tərəfindən ona ödənilmiş pul vəsitinin səbəbini məhkəməyə bildirməmiş, habelə onunla iddiaçı arasında hər hansı bir tapşırıq müqaviləsi olmasını, sözügedən tapşırıq müqaviləsini bağlamağa səlahiyyətinin olmasa, o cümlədən pul vəsaitini qaytarmış olmasına dair dəlilləri məhkəməyə təqdim etməmşdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinin tələbinə görə Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Bundan sonra məhkəmə iddia tələbinin 31 manat dövlət rüsumunun hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumuda cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul vəsaiti və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar