Məhkəmə qərarları › İş №2(008)-3068/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3068/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3068/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 68090 manat məbləğində maddi, 50000 manat məbləğində mənəvi ziyanın, cəmi 118000,90 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli l(101)-115/2022 saylı hökmü ilə təqsirli bilinmişdir, ona görə ki, o tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçrimək məqsədi ilə 2007-ci ildə tanış olduğu, iddiaçının mərhum anası X6 ünvan 1 ünvandakı mənzilin və X12 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsində yerləşən 8 nömrəli evin sənədlərini banka təqdim etmiş, bank tərəfindən Elmira Həşimovanın evi 68.090 manat, Sahib Əsədovun evi isə 85000 manat qiymətləndirilmiş və bunların müqabilində o, məzənnəsi 153.090 manat olmaqla 180.000 ABŞ dolları krediti öz adına götürərək aldığı pulun məbləğini bildirmədən həmin puldan 22.000 manatını Bakı şəhəri Azadlıq prospekti, 149 ünvanda bankın qarşısında Sahib Əsədova vermiş, həmin dövr üçün milli valyuta ilə 5.460 manat təşkil edən 7.000 ABŞ dolları məbləğində pulu X9 vermiş, qalan pulu ise özündə saxlamış, sonuncu həmin məbləğdə pulun sentyabr ayında Elmira Həşimova evinin sənədlərini bankdan tələb edərkən o, təkrar Elmira Həşimovanı aldadaraq , 08 sentyabr 2010-cu ildə "xxxx" ASC-nin "Azadlıq" filialına gətirib sonrakı ipoteka müqaviləsinə imza edərək, hər iki evi yenidən ipoteka ilə yüklü etdirməklə məzənnəsi 208.988 manat olmaqla 260000 ABŞ dolları kredit vəsaitinin götürülməsini rəsmiləşdirmiş, lakin həmin məbləğdən 2007-ci ildə götürülmüş 153.090 manat kredit silindikdən sonra qalan 58.988 manat pulu dələduzluq yolu ilə ələ keçirərək, cəmi 208.988 manat pulu öz şəxsi ehtiyacları üçün sərf etmiş, aldığı kredit üçün bank qarşısında yaranmış öhdəliyə görə girovda qalması ilə nəticələnən hərəkətlər etməklə zərərçəkmiş şəxs, X9 cəmi 68.090 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh E.Həşimovaya qarşı törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona cəza təyin edilməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı kimi iddiaçının təqsirləndirilən şəxs-mülki Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmış, eyni zamanda mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-788/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü Cavabdeh cəza təyin edilən hissədə dəyişdirilmiş, müddət keçdiyi üçün o, digər epizodlar üzrə də cəzadan azad edilmiş, hökm qalan hissədə dəyişdirilməmişdir. Nə qədər ki, Cavabdeh məhkəmə aktlarına əsasən təqsirli bilinmişdir, o zaman cinayət işi üzrə zərərçəkmiş kimi tanınmış E.Həşimovaya, habelə onun hüquqi varisi kimi iddiaçıya vurulmuş 68.090 manat məbləğində maddi ziyan məhkəmə qətnaməsi əsasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Cavabdeh qanunsuz əməlləri nəticəsində iddiaçıya maddi ziyandan əlavə həm də mənəvi ziyan vurulmuşdur. Belə ki, iddiaçı hüquqlarının bərpası üçün uzun müddət ərzində müxtəlif hüquq mühafizə orqanlarına müraciət etməyə, dəfələrlə cinayət işi üzrə ifadə verməyə, Cavabdeh cinayət məsuliyyətinə cəlb olunması və onun tərəfindən vurulmuş ziyanın bərpası məqsədilə vəzifəli şəxslərin qəbuluna düşməyə, onun barəsində olan cinayət işi üzrə saysız məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə aktından şikayət təqdim etməyə məcbur olmuşdur. Buna baxmayaraq, cinayət işinə baxan məhkəmə nəinki Cavabdeh cəza təyin etməmiş, hətta təqdim etdiyim mülki iddianı belə təmin etməmişdir. Bundan başqa, Cavabdeh mərhum anasını aldadıb mülkiyyətində olan mənzilini ipoteka ilə yüklü etmək əvəzinə kredit təşkilatından götürdüyü böyük məbləğdə kredit borcunu qaytarmadığına görə sözügedən mənizi məhkəmə aktlarına əsasən "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Bu məsələlərlə bağlı saysız məhkəmə iclaslarında iştirak etməyə məcur olmuş, bununla belə, yenə də, onlara vurulmuş maddi ziyandan qurtula bilməmiş, hal-hazırda iddiaçının və ailə üzvlərinin yeganə yaşayış yeri olan mənzili tərk etməyə məcbur olmuşdur. Qeyd olunanlar o nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh ”qanunsuz əməlləri nəticəsində düçar olduğu maddi ziyan həm də iddiaçıya vurulmuş mənəvi ziyan ilə nəticələnmişdir. Cavabdehin onlara qarşı törətdiyi cianyət əməli, vurduğu maddi ziyan səbəbindən uzun müddət davam edən sarsıntı və əzab içindədir. Mənəvi sarsıntı və əzab keçirməyi nəticəsində fikirlərini toplayıb gündəlik işilə məşğul ola bilmir, gecələr rahat yatmağa, fikirlərini toplamqda çətinlik çəkir. Bütün bunlara səbəb Cavabdeh anasına, iddiaçıya qarşı, habelə ailənin yeganə yaşayış yeri olan mənzillə bağlı törətdiyi qanunsuz hərəkətləri olmuşdur. Odur ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi ziyanı 50.000 manat məbləğində qiymətləndirir. Cavabdeh iddiaçı və ailəsinə vurduğu 50.000 manat məbləğində mənəvi ziyanı yuxarıda qeyd etiyi maddi ziyanla bərabər ondan tutularaq iddiaçıya verilməsi barədə məhkəmə qətnamə qəbul etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-10228/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, 118.766,04 ABŞ dolları (yüz on səkkiz min yeddi yüz altmiş alti ABŞ dolları dörd sent) əsas kredit borcu, faiz borcu üzrə 45.447,80 ABŞ dolları (qirx beş min dörd yüz qırx yeddi ABŞ dolları səksən sent), 100 ABŞ dolları (yüz ABŞ dolları) cərimə borcu, 164.313,84 ABŞ dolları (yüz altmış dörd min üç yüz on üç ABŞ dolları səksən dörd sent) məbləğində kredit borcu ödəniş günü Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh X12 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0.0221 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 5 otaqlı, 79.0 kv.m yaşayış 90.3 köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə və X9 məxsus olan ünvan 4 ünvanında yerləşən 9 mərtəbəli binanın 8-ci girişində 9-cu mərtəbəsində yerləşən 2 otaqlı mənzilinə yönəldilməsi, həmin mənzillər açıq hərracdan satılması, X12 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0.0221 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 5 otaqlı, 79.0 kv.m yaşayış 90.3 köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 85.000 manat müəyyən edilməsi, X14ma məxsus olan ünvan 4 ünvanında yerləşən 9 mərtəbəli binanın 8-ci girişində 9-cu mərtəbəsində yerləşən 2 otaqlı mənzilin ilkin satış qiymətinin 56.100 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin "xxxx" ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsində istifadədə olan 0.0221 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 5 otaqlı, 79.0 kv.m yaşayış 90.3 köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin satışından qalan məbləğ cavabdeh X12, ünvan 4 ünvanında yerləşən 9 mərtəbəli binanın 8-ci girişində 9 cu mərtəbəsində yerləşən 2 otaqlı mənzilin satışından qalan məbləğ X7 qaytarılması, Mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində X13 və İddiaçı ünvan 4 ünvanından, X15, X18, X16 və X17 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsindəistifadədəolan 0.0221 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 5 otaqlı, 79.0 kv.m yaşayış, 90.3 köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-115/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmü üzrə Cavabdeh qəti olaraq təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilmiş və Cavabdeh qəti olaraq 7 (yeddi) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Cavabdeh təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 03 mart 2015-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən, 2010-cu il ərzində zərərçəkmiş şəxs Elmira Həşimovaya qarşı törədilmiş birinci cinayət epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Cavabdeh həmin epizodla bağlı cəza təyin olunmaması, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Qəyyub Qəhrəmanova Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmü üzrə qəti olaraq təyin olunmuş 10 (on) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3.000 manat cərimə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməsi və X2 qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3.000 manat cərimə cəzası təyin edilməsi, X3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, X2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 iyun 2015-ci il tarixdən hesablanması, X2 təyin olunmuş cərimə cəzasının müstəqil icra olunması, Zərərçəkmiş şəxs-mülki iddiaçı X8 təqsirləndirilən şəxslər-mülki cavabdehlər Cavabdeh və X2 vurulmuş maddi ziyana, əldən çıxmış faydaya və mənəvi ziyana görə mülki iddiası baxılmamış saxlanılması, zərərçəkmiş şəxs-mülki iddiaçı X11 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması, Zərərçəkmiş şəxsin hüquqi varisimülki İddiaçı təqsirləndirilən şəxs-mülki Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə mülki iddiası baxılmamış saxlanılması, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-788/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Məhkum edilmiş şəxslər Cavabdeh və X1 müdafiəçisi X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X1 və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1 (101 )-115/2022 saylı hökmünün dəyişdirilməsi, X3 və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.3-cü maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən onlara cəza təyin edilməməsi, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarının xaric edilməsi, qərarın əsaslandırıcı hissəsində göstərilən məhkəmə aktları əsasında təyin edilən cəzaların nəzərə alınması və Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətiimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Həmin hökmdə Cavabdeh izahatından görünür ki, o, X13m tanıyır və yaxın münasibətləri vardır. O, Elmira Həşimovaya məxsus olan və ünvan 5 ünvanda yerləşən 2 otaqlı mənzili "xxxx" ya ipoteka ilə yüklü elətdirmişdir. Bankdan götürdüyü puldan Elmira Həşimovaya heçnə verməmiş və onun pulun məbləğindən xəbəri olmamışdır. Pulun bir hissəsini ödəmiş, bu işdə Elmira Həşimovanın heç bir təqsiri yoxdur. Qalan borcu özü ödəyəcək. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçrimək məqsədi ilə 2007-ci ildə tanış olduğu, iddiaçının mərhum anası X6 ünvan 1 ünvandakı mənzilinin sənədlərini banka təqdim etmiş, bank tərəfindən Elmira Həşimovanın evi 68.090 manat qiymətləndirilmişdir. Cavabdeh həmin dövr üçün milli valyuta ilə 5.460 manat təşkil edən 7.000 ABŞ dolları məbləğində pulu X9 vermiş, qalan pulu isə özündə saxlamış, həmin məbləğdə pulun sentyabr ayında Elmira Həşimova evinin sənədlərini bankdan tələb edərkən o, təkrar Elmira Həşimovanı aldadaraq , 08 sentyabr 2010-cu ildə "xxxx" ASC-nin "Azadlıq" filialına gətirib sonrakı ipoteka müqaviləsinə imza edərək, evi yenidən ipoteka ilə yüklü etdirməklə X9 cəmi 68.090 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh eyni zamanda iddiaçıya vurduğu ziyanı öz izahatı ilə də təsdiq etmişdir. Məhkəmə iddia tələbi barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Sadalanan normaların birgə təhlilindən görünür ki, təqsirli olaraq törədilmiş hüquqa zidd hərəkət nəticəsində vurulan zərər ödənilməlidir. Hazırki işdə İddiaçı tərəfindən onlara dəymiş 68090 manat məbləğində ziyanın məhz cavabdehin təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində dəyməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmaqla, iddia tələbinin həmin hissəsinin qanuni və əsaslı olduğu sübuta yetirilmişdir. Bundan başqa, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən, "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan normaların birgə təhlilindən görünür ki, iddiaçı cavabdehdən 50000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə tələbini əsaslandırmaq üçün fıziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliyi ilə vurulmuş mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Lakin o, məhkəməyə belə bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 50000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 68090 (altmış səkkiz min doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar