Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-307/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı oğlunun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13.05.2014-cü il tarixli 157/f-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh əvəzindən ödədiyi 1712 ABŞ dolları pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona müraciət edərək TAYOTA PRADO markalı, qara rəngli, Ban №-si JTEBL29J29K004541, buraxılış ili 2008-ci il olan avtomobili kreditlə almaq istədiyini bidirmişdir. Bunun üçün tələb edilmiş sənədlər xxxx ASC-yə təqdim edilmişdir. xxxx ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış 13.05.2014-cü il tarixli, 157/f-14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18% faiz olmaqla 30 (otuz) ay müddətinə 16 500 (on altı min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın “Binəqədi” filialı ilə Cavabdeh arasında 13.05.2014-cü il tarixli, 157/f-14 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh özünə məxsus olan TAYOTA PRADO markalı, qara rəngli, Ban №-si JTEBL29J29K004541, buraxılış ili 2008-ci il olan ** UH *** dövlət nömrə nişanlı avtomobilini ipoteka qoymuşdur. Girov müqaviləsinin qeydiyyatı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-dən alınmış AA Na 121086 saylı çıxarış Banka təqdim edilmişdir. Cavabdeh Bank qarşısında götürdüyü öhdəliklərini lazımınca icra etmədiyi üçün Bankla onun arasında olan 21 yanvar 2014-cü il tarixli əməkdaşlıq müqaviləsinə əsasən o, cavabdehin əvəzindən 1712 USD məbləğində pulu xxxx ASC-ə ödəmişdir. Bununla bağlı olaraq xxxx ASC-ə müraciət etmiş və Bankın “Binəqədi” filialı tərəfindən 14 mart 2017-cı il tarixli, 418 saylı arayış ona təqdim edilmişdir. Kassa məxaric orderlərindən görünür ki, 19 mart 2015-ci il tarixdə 211 USD, 24 aprel 2015-ci il tarixdə 687 USD, 19 iyun 2015-ci il tarixdə 163 USD, 15 iyul 2015-ci il tarixdə 163 USD, 14 avqust 2015-ci il tarixdə 163 USD, 16 sentyabr 2015-ci il tarixdə 162 USD, 15 dekabr 2015-ci il tarixdə isə 163 USD pul tərəfindən 13.05.2014-cü il tarixli, 157/f-14 saylı kredit müqaviləsi üzrə AZ94TURA******************** saylı hesaba mədaxil edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, məhkəməyə teleqramma vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın təxirə salınmasını xahiş etmişdir. Lakin, cavabdeh səhhəti ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etmişdir ki, iddiaçını tanımır, bütün ödənişləri özü tərəfindən edilib, kredit götürülən zaman ona hansısa sənədlərə imza atdırmışlar. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı Müslüm oğlu “xxxx» ASC ilə 21.01.2014-cü il tarixdə müqavilə bağlamışdılar. Həmin müqaviləyə əsasən Bank İddiaçı tərəfindən təqdim edilən şəxslərə avtomobil alınması məqsədilə kreditləşdirmə həyata keçirməsi öhdəliyi götürmüşdür. Borcalan tərəfindən öhdəliklər icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda Bankın mübahisəsiz qaydada məhkəməyə müraciət etmədən ödənilməyən borcun İddiaçı həmin Bankdakı hesabından silmək hüququ qeyd olunmuşdur. Həmin Bankla Cavabdeh arasında 13 may 2014-cü il tarixdə 16 500 ABŞ dolları məbləğinə dair 30 ay müddətinə illik 18 %-lə kredit müqaviləsi bağlanmışdır. Eyni tarixdə Bankla İddiaçı (zamin) və Cavabdeh arasında üçtərəfli zaminlik müqaviləsi bağanmışdır. Bank tərəfindən 12.04.2017-ci il tarixdə məhkəmədə 3949 ABŞ dolları əsas, 368,09 ABŞ dolları faiz və 3638,10 ABŞ dolları cərimə borcunun tutulmasına dair Cavabdeh qarşı iddia qaldırılmışdır. Sabunçu rayon məhkəməsinin 27.02.2018-ci il tarixli qətnaməsi il iddia qismən təmin edilərək 3949 ABŞ dolları əsas, 258,01 ABŞ dolları faiz və 100 ABŞ dolları cərimə,cəmi 4307,81 ABŞ dolları borcun tutulması qət edilmişdir. Hazırki iş üzrə İddiaçı zamin qismində Banka ödəməni təsdiq edən məhkəməyə aşağıdakı kassa məxaric orderlərini təqdim etmişdir: 19.03.2015-ci il tarixdə 211 USD, 24.04.2015-ci il tarixdə 687 USD, 19.06.2015-ci il tarixdə 163 USD, 15.07.2015-ci il tarixdə 163 USD, 14.08.2015-ci il tarixdə 163 USD, 16.09.2015-ci il tarixdə 162 USD, 15.12.2015-ci il tarixdə isə 163 USD pul tərəfindən 13.05.2014-cü il tarixli, 157/f-14 saylı kredit müqaviləsi üzrə AZ94TURA******************** saylı hesaba mədaxil edilmişdir. Cavabdeh həmin ödəmələrin İddiaçı tərəfindən edilməsini qəbul etmədiyindən Sabunçu rayon məhkəməsinin 06.11.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16.02.2021-ci il tarixli 9/609 №-li rəyinə əsasən 19.03.2015-ci il tarixdən 15.12.2015-ci il tarixədək olan müddətdə İddiaçı tərəfindən ümumilikdə 1712 ABŞ dolları məbləğində ödənişlər iş materiallarında olan Cavabdeh adına açılmış AZ94TURA******************** saylı hesabdan çıxarış məlumatlarında öz əksini tapmışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Hazırda iddiaçı 13.05.2014-cü il tarixli 157/f-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh əvəzindən ödədiyi 1712 ABŞ dolları pulun cavabdehdən alınaraq ona ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1-ci maddəsinə əsasən Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-ci maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, 13 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirməmiş, bu səbəbdən yaranmış borc məbləğindən 1712 ABŞ dolları hissəsi banka İddiaçı tərəfindən ödənilmişdir. Mülki Qanunvericiliyin tələbindən və tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin şərtlərindən görünür ki, borclunun əvəzindən öhdəliyi icra etmiş zamin kreditorun tələbini ödədiyi həcmdə borcludan tələb edə bilər. Göründüyü kimi, İddiaçı Cavabdeh əvəzindən sonuncunun kreditor “xxxx» ASC-yə olan borcunu ödədiyindən həmin məbləği tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13.05.2014-cü il tarixli 157/f-14 saylı kredit müqaviləsi üzrə cavabdehin əvəzindən ödədiyi 1712 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pul alınaraq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13.05.2014-cü il tarixli 157/f-14 saylı kredit müqaviləsi üzrə cavabdehin əvəzindən ödədiyi 1712 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pul alınaraq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat cavabdeh Cavabdeh tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-307/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-307/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver