Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3075/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2143.09 (iki min bir yüz qırx üç manat 09 qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, süpürgəçiliklə məşğul olaraq ailəsini dolandırır. Çox çətin ağır maddi vəziyyətdə yaşayır. Cavabdeh yaşadığı evə gələrək, yalvararaq öz adına onun üçün “Kontakt Home”-dan televizor götürməsini, aylıq ödənişlərini özü ödəcəyini bildirdi. Razılaşmadıqda yalvararaq qonşu olduğunu, kömək etməsini, ödənişlərini özü vaxtında edəcəyini bildirərək onu razı salmışdır. Daha sonra o, cavabdehlə birlikdə xx.xx.2024-cü il tarixdə “Kontakt Home”-a getmişdir. Oradan dəyəri 1650.60 (bir min altı yüz əlli manat altmış qəpik) olan Samsung markalı televizoru seçərək götürmüşdür. Lakin televizoru götürdükdən sonra heç bir ödəniş etməmişdir, “Kontakt Home”-dan dayanmadan zənglər gəldiyi üçün məcburiyyət qarşısında qalıb ailəsinin, uşağının boğazından kəsib ödəniş etmişdir. Dəfələrlə Cavabdeh ilə əlaqə saxlamasına baxmayaraq, ödəniş etməkdən yayınmış, hər dəfə müxtəlif bəhanələr gətirmiş, sonradan isə onun pulunu qaytaracağına söz vermişdir. Sonuncu dəfə Cavabdehlə danışdıqda ona bildirmişdir ki, “polis kimdir, məni qorxudursan? Hara istəyirsən get şikayət elə”. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. 15 fevral 2025-ci tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində cinayət işinin başlanmasının rədd olunması haqqında qərar verilmişdir. Qərardan göründüyü kimi Cavabdeh törətmiş olduğu əməli etiraf edərək, bildirmişdir ki, həqiqətən də onun adına “Kontakt Home”-dan dəyəri 1650 manat olan televizor götürmüşdür. Lakin polisə yalan məlumat verərək guya 2025-ci ilin yanvar ayına qədər olan ödənişi etdiyini bildirmişdir. Cavabdeh polis orqanın inzibati binasında yalandan ifadə vermişdir. Hal-hazırda onda Cavabdeh telefonla danışıq dialoqlarının səs yazıları vardır. Səs yazılarında onun “Kontak Home” mağazalar şəbəkəsindən əldə olunmuş televizora ödəniş borcu olduğu görünür. Bütün aylıq ödənişləri o etmişdir. Kreditə götürülən televizorun öhdəlik borcunu hər ay çox çətinliklə ödəyir. Süpərgəçiliklə necə dolanmaq mümkündürsə elə dolanır. Əlavə kredit ödəmək imkanında deyil. Hazırkı vaxtadək kredit ödənişlərinin hamısını özü etmiş, Fikrət adlı şəxs bir qəpikdə olsa ödəniş etməmişdir. Aylıq ödənişlər və faizlərlə birlikdə o, 2143.09 (iki min bir yüz qırx üç manat 09 qəpik) manat məbləğində ödəniş etməlidir. Bu təsdiq edən sübutlar hamısı məhkəməyə təqdim ediləcəkdir. Bütün hüquqi prosedurları keçdikdən sonra məcburiyyətdə qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək, dəyəri 1650.60 manat olan “Samsung” markalı televizorun Cavabdeh alınaraq ona verilməsi, həmin əmlak olmadığı halda, əmlakın dəyərinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf edərək, izahatında bildirmişdir ki, o, 76 nömrəli marşrut avtobusunda sürücü işləyir. İddiaçını da avtobus sərnişini kimi tanımış və münasibətləri yaranmışdır. O, iddiaçıdan öz adına “Kontakt Home”dan televizor alaraq ona verməsini xahiş etmiş və bildirmişdir ki, aylıq ödənişləri özü ödəyəcəkdir. İddiaçı da onun xahişi ilə razılaşmış və onlar “Kontakt Home” mağazalar şəbəkəsinə getmişlər. Mağazada o, 1650.60 manat dəyərində olan “Samsung” markalı televizor bəyənmiş və kredit müqaviləsi iddiaçının adına rəsmiləşdirilmişdir. Müqavilə bağlandıqdan sonra o, “Samsung” markalı televizoru evinə aparmışdır və hazırda da televizor onun evində və istifadəsindədir. O, müəyyən müddət aylıq ödənişləri ödəmiş, sonradan hərbidə olan zaman oğlu öldüyündən ödənişləri gecikdirmiş, daha sonra isə maddi vəziyyəti ilə əlaqədar ümumiyyətlə ödəniş edə bilməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, X4, İddiaçı, X5 və X6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmələrinin məqsədəmüvafiq olması onlara bildirilmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış İddiaçı bildirmişdir ki, Cavabdeh 76 saylı marşrut avtobusundan tanımış və münasibəti yaranmışdır. Həyat yoldaşı Abasaliyeva Gülarə ilə birlikdə süpürgəçiliklə məşğul olaraq ailəni dolandırır. Çox çətin ağır maddi vəziyyətdə yaşayır. 2024-cü ilin iyun ayında Cavabdeh yaşadığı evə gələrək, öz adına onun üçün “Kontakt Home”dan televizor götürməsini, aylıq ödənişlərini özü ödəyəcəyini bildirmişdir. Razılaşmadıqda yalvararaq qonşu olduğunu, kömək etməsini, ödənişlərini özü vaxtında edəcəyini bildirərək onu razı salmışdır. Daha sonra Fikrətlə birlikdə xx.xx.2024cü il tarixdə “Kontakt Home”a getmiş, oradan dəyəri 1650.60 (bir min altı yüz əlli manat altmış qəpik) olan “Samsung” markalı televizoru seçərək götürmüşdür. Lakin televizoru götürdükdən sonra heç bir ödəniş etməmiş, “Kontakt Home”-dan dayanmadan zənglər gəldiyi üçün məcburiyyət qarşısında qalıb ödənişi özü etmişdir. Dəfələrlə Cavabdeh ilə əlaqə saxlamasına baxmayaraq, ödəniş etməkdən yayınmış, hər dəfə müxtəlif bəhanələr gətirmiş, sonradan isə pulunu qaytaracağına söz vermişdir. Araşdırma zamanı vətəndaş Cavabdeh oglu izahatında vətəndaşlar X2, İddiaçı, X3 və X6 yazdıqları ərizə ilə tanış olub bildirmişdir kı adıçəkilən şəxsləri sürücüsü olduğu 76 saylı marşrut avtobusundan tanımış və həmin şəxslərlə münasibəti yaranmışdır. 2024-cü ildə həmin şəxslərin adına məişət əşyaları götürmüş və hazırda da pulu ödəyir. Belə ki, 2024-cü ildə pula ehtiyacı olduğundan X1 1200 manat borca pul istəmiş, həmin vaxt Gülarə “Embafinans” kredit təşkilatından 1175 manat pul götürüb ona vermiş. Gülarəyə 5 ayın pulunu ödədikdən sonra pulu ödəyə bilməmişdir. Bundan başqa, İddiaçı adına Bakıxanov qəsəbəsində yerləşən “Kontakt Home” mağazasından dəyəri 1650 manat olan televizor götürmüş, televizoru götürdüyü gündən 2025-ci ilin yanvar ayına qədər pulu ödəmiş, hazırda İddiaçı 280 manat borcu qalmışdır. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 03487755 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə 1650.60 manat dəyərində İmei kodu 09AU3K5X100866 olan UE55CU7100UXRU modelli “Samsung” markalı televizor verilmişdir. - xx.xx.2024-cü il tarixli 03487755 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ayın 25dən gec olmayaraq 18 ay müddətinə hər ay "xxxx" MMC-nə 117.39 manat ödəniş etməlidir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 03487755 saylı müqavilə üzrə 115.72 manat ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 03487755 saylı müqavilə üzrə 1.67 manat ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 03487755 saylı müqavilə üzrə 117.4 manat ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 03487755 saylı müqavilə üzrə 118.16 manat ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 03487755 saylı müqavilə üzrə 117.7 manat ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 03487755 saylı müqavilə üzrə 116.36 manat ödəniş etmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 03487755 saylı müqavilə üzrə 117.55 manat ödəniş etmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 03487755 saylı müqavilə üzrə 117.58 manat ödəniş etmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 03487755 saylı müqavilə üzrə 118.3 manat ödəniş etmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 03487755 saylı müqavilə üzrə 117.04 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinəəsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, aralarındakı şifahi razılaşmaya əsasən İddiaçı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında “Kontakt Home” mağazalar şəbəkəsindən 1650.60 manat dəyərində “Samsung” markalı televizor alaraq Cavabdeh faktiki sahibliyinə vermiş, sonuncu isə müqavilə üzrə aylıq ödənişləri həyata keçirəcəyini bildirmişdir. Lakin cavabdeh şifahi razılaşmanın şərtlərini pozaraq müqavilə üzrə ödənişləri etməmiş, həmçinin, televirozu iddiaçıya qaytarmamışdır. Öhdəliyin tərəfi iddiaçı olduğu üçün sonuncu məcburiyyət qarşısında qalaraq mağazaya aylıq ödəniş edir. Hazırda xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında alınmış “Samsung” markalı televizor faktiki olaraq cavabdehin sahibliyində və istifadəsindədir və bu faktı cavabdeh məhkəmə iclasında etiraf etmişdir. Cavabdeh “Kontakt Home” mağazalar şəbəkəsi qarşısında hər hansı öhdəlik daşımasa da, müqavilənin predmeti olan və istifadəsində olan “Samsung” markalı televizorun dəyərini iddiaçıya ödəməkdən boyun qaçırır, həmçinin, televizoru qanunsuz olaraq sahibliyində və istifadəsində saxlamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur. Belə olan halda məhkəmə hesab edir ki, “Samsung” markalı televizor cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, əşya olmadığı halda, onun dəyəri kimi 1650.60 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, dəyəri 1650.60 manat olan “Samsung” markalı televizor Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, əşya olmadığı halda, onun dəyərini təşkil edən 1650.60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, 36.50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ödənilməli, artıq ödənilmiş 5.50 manat məbləğində dövlət rüsumu isə dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Dəyəri 1650.60 manat olan “Samsung” markalı televizor Cavabdeh alınaraq İddiaçı qaytarılsın, əşya olmadığı halda, onun dəyərini təşkil edən 1650.60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. 36.50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ödənilsin. Artıq ödənilmiş 5.50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3075/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3075/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver