Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3093/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, iddiaçı «X1-Sosial Reablitasiya Mərkəzi» MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi və tutduğu vəzifə üzrə işin təhvil verilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı «X1-Sosial Reablitasiya Mərkəzi» MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi və tutduğu vəzifə üzrə işin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq, ümumilikdə 148600 manat, İphone 12 markalı telefona görə ödənilmiş 200 manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 439.24 manat məbləğində pulun cavabdehin İddiaçı MMC-nin xeyrinə tutulması, Cavabdeh tutduğu vəzifə üzrə işin təhvil verilməsi öhdəliyinin onun üzərinə həvalə olunması” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, iddia ərizəsinin xahiş etdi hissəsində nəzərdə tutulan “Cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq, ümumilikdə 148600 manat, İphone 12 markalı telefona görə ödənilmiş 200 manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 439.24 manat məbləğində pulun cavabdehin İddiaçı MMCnin xeyrinə tutulması” ilə “ Cavabdeh tutduğu vəzifə üzrə işin təhvil verilməsi öhdəliyinin onun üzərinə həvalə olunması” tələbləri bir-biri ilə əlaqədar olmadığı üçün ayrı-ayrı iddia ərizəsi formasında verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunan qanunvericilik aktı normasına, əsasən, hesab edirəm ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı «X1-Sosial Reablitasiya Mərkəzi» MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi və tutduğu vəzifə üzrə işin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya izah olunur ki iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3093/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3093/2024
12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver