Məhkəmə qərarları › İş №2(008)-311/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-311/2023

25.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-311/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və Bayramov X3 oğluna qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənə, dəymiş maddi zərəri əvəzi olaraq 6050 (altı min əlli manat) və ödənilmiş dövlət rüsumu 81 manat (səksən bir) manat, cəmi 6131 (altı min yiiz otuz bir) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN BDYP-nin verdiyi 21 iyul 2020-ci il tarixli nəqliyyan vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-NR-*** dövlət qeydiyyat nişanlı, “VOLKSWAGEN PASSAT MİNİK” markalı avtomobil ona məxsusdur. 10 dekabr 2021-ci ildə təxminən saat 15:50 radələrində Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospektində yuxarıda qeyd olunan avtomobili etibarnamə üzrə X2 idarə edərkən, avtomobilin yanacağı bitdiyi üçün sürücü yanacaq doldurma məntəqəsinə benzin gətirməyə getdiyi zaman Cavabdeh idarə etdiyi “Mitsubishi” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onun mülkiyyətində olan nəqliyyat vasitəsini arxadan vurmuşdu. Göstərilən yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı **- ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh təqsiri nəticəsində baş verməsi inzibati xəta haqqında 10 dekabr 2021 -ci il tarixli ******* saylı protokol, 10 dekabr 2021 -ci il tarixli ******* saylı X6 haqqında qərar, Cavabdeh izahatı və sair sübutlarla təsdiq olunur. İddia ərizəsinə əlavə edilmiş “EURO STYLE LTD”-nin 13 dekabr 2021 -ci il tarixli qüsur aktına əsasən yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 6050 (altı min əlli) manat ziyan dəyib. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “VOLKSWAGEN PASSAT MİNİK” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 7960 (yeddi min doqquz yüz altmış) manat məbləğində pulun, vəkilə göstərdiyi hüququ yardıma görə ödənilmiş 211 (iki yüz on bir) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102 (yüz iki) manat pulun Cavabdeh tutularaq o – İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştrak edə bilmədiyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki iclaslarda iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsində, habelə eksperiza rəyində qeyd edilmiş məbləğin şişirdilmiş olduğunu bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında İnzibati Xəta haqqında İXP ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə idare etdiyi Mitsubish Pajero markalı 10ZY466 dövlət qeydiyyat nişanlı avtomobil ilə törətmiş olduğu yol nəqliyyat hadisəsində təqsirli hesab edilərək, onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati icraat başlanmışdır. X6 haqqında TP ******* nömrəli Qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2021ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinun törədilməsində təqsirli hesab edilmiş, İXM-nin 327.1-ci maddəsi ilə “40” manat məbləğində cərimə edilmişdir. AD 837242 saylı nqliyyat vaistəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Volkswagen Passat” minik markalı, **-NR-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan 7E-950 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı X1 xx.xx.2022-ci il tarixədək “Volkswagen Passat” minik markalı, **-NR-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilinin idarə edilməsiniə icazə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5869 saylı xx.xx.2022-ci il tarixli məhkəmə ekspertiza mərkəzinin rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində 1992-ci il buraxılışlı mühərrikin iş həcmi 1800 sm3 “Wolksvagen Passat” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2550 manat müəyyən edilmişdir. Aparılmış tədqiqtın dəyəri 60 manat hesabalnmışdır. “Euro Style” LTD-nin xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Volkswagen Passat” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilə 6050 manat zərər dəymişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 211 manat vəkil xərci ödənilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 81 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus avtomobilə etibarnamə üzrə X2 idarə edərkən Cavabdeh istifadəsində olan avtomobil vasitəsi ilə Cavabdeh təqsiri səbəbində maddi ziyan dəymiş, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyan Cavabdeh tutularaq iddiaçıya ödənməlidir. Məhkəmə iddiaçıya dəymiş ziyanın məbləğinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ona 7960.00 manat (yeddi min doqquz yüz altmış manat) məbləğində ziyan dəymiş olduğunu qeyd etsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən görünür ki, avtomobilin təmir bərpa xərci təxminən 2550 manat hesablandığından iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa məhkəmə iddia tələbinin digər hissələrini əhatə edən vəkil xərcinin əvəzi 211 (iki yüz on bir manat) manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir, iddia tələbi qeyd edilən hissədə qismən 100 manat hissədə təmin edilməsi daha ağlabatan və ədalətli hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 103 manat məbləğində dövlət rüsumunun 60 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 manatın 30 manat hissəsi iddiaçıya, 30 manat hissəsi isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2550 (iki min beş yüz əlli) manat dəymiş zərər, 100 (bir yüz) manat vəkil xərci və 60 (altmış) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. 60 manat eksperiza xərcinin 30 (otuz) manat olan hissəsi İddiaçı, digər 30 (otuz) manat olan hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar