Məhkəmə qərarları › İş №2(008)-3125/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3125/2024

16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3125/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdeh X7 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı X10 cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdeh X7 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-206/2022 nömrəli, xx.xx.2022-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq xx.xx.2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 hər ay 400 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-206/2022 nömrəli, xx.xx.2022-ci tarixli qətnaməsi ilə cavabdeh xx.xx.1989-cu il təvəllüdlü X10 xx.xx.2020-ci il təvəllüdlü X11 atası olması faktı müəyyən edilərək, xx.xx.2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay 193 manat sabit pul məbləğində aliment və xx.xx.2020-ci il təvəllüdlü X15 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablanılması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət etmişdir. İddiaçı heç bir yerdə işləmir və başqa heç bir gəliri yoxdur, bir valideyn kimi övladının tələbatlarını ödəməkdə çətinlik çəkir. Hazırki aliment övladının tələbatını ödəmir. Cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və maddi durumu xeyli yaxşıdır. X10 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-206/2022-035 nömrəli qətnaməsi ilə X1 üçün müəyyən edilmiş 193 manat məbləğində aliment miqdarının azaldılaraq 120 manat məblbğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşlıqlı tələb onunla əsaslandırılmışdır ki, Elnarə Abbasova hazırda iddia ərizəsi ilə müraciət edərək, alimentin artırılmasını tələb edir. İddia tələbi əsassızdır. Elnarə Abbasovanın tələbi üzrə aliment müəyyən ediləndən sonra onun ailə və maddi vəziyyətində ağırlaşma olmuş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-1436/2022 nömrəli qətnaməsi ilə onun rəsmi nikahdan olan övladları X12 və X13 üçün hər bir uşağa 120 manat olmaqla, 240 manat aliment müəyyən edilmişdir. Uşaqların hüquqları bərabərdir, hesab edir ki, iki uşaq hər biri 120 manat aldığı üçün, həmçinin, maddi vəziyyətinin ağırlaşdığı üçün Yusif Bayramzadə üçün müəyyən edilıriş 193 manat aliment azaldığlıb 120 manat müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, X11 4 yaşı olsa da hazırda danışa bilməməsini, onun autizim xəstəliyindən müalicə olunduğunu və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X10 iddinı qəbul etmədiyini, imkanın olmadığını, ödəyə bilmədiyini, iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. -İş materiallarında olan Bakı şəhəri Sabunçu Məhkəməsinin 2(008)-206/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh xx.xx.1989-cu il təvəllüdlü X10 xx.xx.2020-ci il təvəllüdlü X11 atası olması faktı müəyyən edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay 193 manat sabit pul məbləğində aliment və xx.xx.2020-ci il təvəllüdlü X15 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablanılması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. -İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(013)- 1436/2022 nömrəli qətnaməsi ilə, X14 ilə X10 arasında xx.xx.2013-cü il tarixdə Ağdam rayon Qeydiyyat Şöbəsində 84 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X5 X6 himayəsində saxlanılması, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat ümumilikdə 240 manat X2 pul məbləğində aliment tutulması və xx.xx.2020-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi saxlanılması üçün X3 hər ay 80 manat aliment tutularaq, X8 ödənilməsi qət edilmişdir. -İş materiallarında olan Xətai rayon 4 nömrəli Uşaq Polikilinikasının xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.2020-ci il təvəllüdlü X15 həkim psixiatrda qeydiyyatdadıruşaq autizmi simdromu var. -İş materiallarına əlavə olunan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 235 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqları pozulduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, həmçinin uşaq autizim xəstəsi olması ilə bağlı vaxtaşırı onun müalicə və dərmanlarını qarşılamağa iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-206/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, cavabdeh X3 04 avqust 2020-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Alimentin məbləğinin azaldılması onun övladlarının maksimum normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. İddiaçının aliment miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş verməsi və müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul ediləcək hər hansı əsas iş materiallarında öz təstiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib məhkəmə xərcləri cavabdehdən dövlət nəfinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-206/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı artırılsın. 04 avqust 2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat aliment tutularaq, İddiaçı ödənilsin. Mediasiya xidməti üçün ödənilmiş 50 (altmış) manat cavabdehdən tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutlaraq, dövlət nəfinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar