Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3195/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçının Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin azaldılması barədə ərihzə ilə məhkəməyə müraciət edərək, 11500 manat məbləğində maddi ziyanın, 1500 manat məbləğində mənəvi ziyanın və ödənilmiş dövlət rüsumu olaraq 125 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Ordusunun Müddətdən Artıq Hərbi Qulluqçusu, İİ-ci Qarabağ Müharibəsinin iştirakçısıdır. xx.xx.2020ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralandığından X1 müalicə aldıqdan sonra ordu sıralarına təkrar qoşulmuşdur, hal-hazırda hərbi xidmətini davam etdirir. Müharibə bitəndən sonra aldığı məvaciblə özünə fərdi avtomobil almağa qərara gəlmiş və Cavabdeh ilə tanış olmuşdur. Həmin vaxtı Cavabdeh əri X2 adından etibarnamə əsasında çıxış edirdi . Xanım mənə bildirdi ki, xüsusi mülkiyyətində olan **-OV-*** dövlət nömrə nişanlı, 2008-ci il buraxılışlı "Hyundai Accent minik” avtomobilini onun tam dəyəri kimi 11500 manat ödəməklə əldə etmiş, Cavabdeh isə iddiaçıya Bakı şəhəri 36 saylı notariat ofisində 7E-3937 reyestr nömrəli, xx.xx.2021 -ci il tarixli etibarnamə vermişdir. Bir müddət bundan əvvəl isə həmin avtomobili adına keçirmək istəyən zaman məlum olmuşdur ki, avtomobil üzərində müəyyən məhdudiyətlər var və buna görə də rəsmiləşdirilmə mümkün olmamışdır. Bununla yanaşı xx.xx.2021 -ci il tarixdə isə DYP əməkdaşları həmin maşım iddiaçıdan alaraq cərimə meydançasına yerləşdirmişdilər. Məsələnin araşdırılması üçün dərhal aidiyyətı üzrə hüquq mühafizə orqanlarına dələduzluq faktı ilə bağlı şikayət etmiş, məlum olmuşdurdur ki, Cavabdeh, əri X4 ilə birgə iddiaçıya qarşı qanunsuzluq edərək məqsədyönlü şəkildə avtomobili əlindən almağa niyyəilənmişdilər. Lakin bütün bunlara baxmayaraq, Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Anar Xəlilov tərəfindən xx.xx.2021-ci il tarixdə "cinayət işinin başlanılmasınn rədd edilməsi haqqında" qərar qəbul edilərək mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində 8İ-10537 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə ilə etiraf etmişdir ki, **-OV-*** dövlət nömrə nişanlı, 2008-ci il buraxılışlı “Hyundai Accent minik” avtomobilini iddiaçıya satdığına görə 11500 manat məbləğində pulu almışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etdi ki, o, həqiqətən ərinə məxsus avtomobili etibarnamə əsasında iddiaçıya satmış və 11500 manat pulu almış, lakin həmin pulu bütövlükdə qaynanasına, o, isə oğluna vermişdir. Hazırda əri ilə aralarında narazılıqlar var, boşanma ərfəsindədilr, əri onu cəzalandırmaq üçün pulu almağını inkar edir. Hazırki mübahisədə cavabdeh onun əri olmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdehin əri X4 **-OV-*** dövlət nömrə nişanlı, 2008-ci il buraxılışlı "Hyundai Accent minik” avtomobilə dair xx.xx.2022-ci il tarixdə xx.xx.2021-ci il tarixədək Cavabdeh etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Cavabdeh səlahiyyətləri iddaiçı İddiaçı ötürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində 8İ-10537 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə ilə etiraf etmişdir ki, **-OV-*** dövlət nömrə nişanlı, 2008-ci il buraxılışlı “Hyundai Accent minik” avtomobilini iddiaçıya satdığına görə 11500 manat məbləğində pulu almışdır. X4 onun arvadına verdiyi etibarnaməni ləğv etdirmişdir (cinayəti işini başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar). Bunun nəticəsi olaraq iddiaçı avtomobilin rəsmiləşdirilməsini həyata keçirə bilməmişdir. Hazırda iddiaçı cavabdehdən 11500 manat məbləğində maddi ziyanın, 10.000 manat məbləğində mənəvi ziyanın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Göründüyü kimi, iddiaçı tərəfindən 11500 manat cavabdehə ödənildiyi, həmin məbləğ müqabilində cavabdeh əldə etmək istədiyi əmlakı əldə edə bilməmiş və həmin pul məbləğindən məhrum olmuşdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia 11500 manat maddi ziyanın tutulması hissəsində təmin edilməlidir. Cavabdeh tərəfindən həmin pulun ərinə verməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh həmin məbləği ərinə vermişdirsə, o, subroqasiya qaydasında həmin pulu ərindən istiyə bilər. Məhkəmə iddianın mənəvi ziyana dair hissəsinə gəldikdə isə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə araşdırması zamanı iddiaçı özünün mənəvi zərər çəkməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia 40 faiz hissədə təmin edildyindən məhkəmə hesab edir ki, 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalı, 75 manat dövlət rüsumu iddiaçıa aid edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçının xeyrinə 11500 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 75 manat rüsum iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3195/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3195/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver