Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3222/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh1 hüquqi varisləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh1 hüquqi varisləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2186.25 AZN əsas borc, 151.86 AZN faiz borcu və 42.37 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 2380.48 AZN məbləğində borcun və 43.80 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16 faizlə 36 ay müddətinə 2400 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il martın 03-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2186.25 AZN əsas borc, 151.86 AZN faiz borcu və 84.72 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 2422.85 AZN borcu vardır. Cavabdeh1 11 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 84.72 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 42.37 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3222/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixdə öldüyündən onun hüquq varisləri ilə əvəz edilməsi və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 işə cəlb edilmələri qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 hüquqi varisi Cavabdeh2 iddianı qəbul etmədi və izahatında bildirdi ki, cavabdeh onun oğludur. Oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Oğlunun adına heç bir əmlak olmadığından, miras olaraq adına heç bir əmlak keçməmişdir. Yəni borcun yönəldilə biləcəyi miras əmlak yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 hüquqi varisi Cavabdeh3 iddianı qəbul etmədi və izahatında bildirdi ki, cavabdeh onun oğludur. Oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Oğlunun adına heç bir əmlak olmadığından, miras olaraq adına heç bir əmlak keçməmişdir. Yəni borcun yönəldilə biləcəyi miras əmlak yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 hüquqi varisi Cavabdeh4 iddianı qəbul etmədi və izahatında bildirdi ki, cavabdeh onun həyat yoldaşıdır. 3 uşağa baxır. Mərhumun mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak olmamış, yalnız Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə aralarında mənzil kirayə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin də müddəti 300 aydır. Vüqar öldükdən sonra müqavilə onunla bağlanmışdır. Lakin o, sadəcə mənzilin kirayəçisidir, mənzil mülkiyyət hüququ ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna məxsusdur. Hazırkı iş üzrə mərhum həyat yoldaşının banka olan borcunun yönəldilə biləcəyi hər hansı əmlak yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 2400 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlığından görünür ki, bank Cavabdeh1 borcun 5 gün ərzində ödənilməsini təmin etmədiyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 43.80 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 2186.25 manat əsas, 151.86 manat faiz, 84.74 manat cərimə olmaqla, cəmi 2422.85 manat borcu vardır. - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (kirayəyə verən) ilə Cavabdeh1 (kirayəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli KM2465 nömrəli “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”ndən görünür ki, kirayəyə verən bu Müqavilədə müəyyən edilən qaydada yaşayış sahəsini (ünvan 1 ünvanında yerləşən 83.6 kv.m-dən ibarət 3 otaqlı mənzil) təyinatına uyğun olaraq kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə bu Müqavilə üzrə ödəmələri həyata keçirməyi öhdəsinə götürür. Kirayəçi öldükdə, bu Müqavilə üzrə hüquq və vəzifələri onun vərəsəsinə keçir, bu şərtlə ki, kirayəçi vəfat etdikdən sonra 6 ay müddətində vərəsəlik şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti kirayəyə verənə təqdim edilsin və kirayəyə verən və kirayəçinin vərəsəsi arasında bu Müqaviləyə əlavə bağlanılsın. - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (kirayəyə verən) ilə Cavabdeh1 (kirayəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli KM2465 nömrəli “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”nə 1 nömrəli Əlavədən görünür ki, yaşayış sahəsinin alış qiyməti 174.668,35 manat, kirayə müddəti 300 ay, aylıq ödəniş 582.74 manat, qabaqcadan ödənilmiş aylıq ödənişin 12 misli 6992.88 manatdır. - Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ölmüşdür. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 829 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdə vəfat etmiş Cavabdeh1 adına V-599/2022 saylı vərəsəlik işi açılmış və aşağıdakı vərəsələr mirası qəbul etmişlər: Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X13, X14, X7. - xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsələri: arvadı Cavabdeh4, qızı X7, oğlu X14, qızı X8r. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən 83.6 kv.m-dən ibarət 3 otaqlı mənzilə dair ünvan 2ində xx.xx.2022-ci il tarixdə 3M-1361 reyestr nömrəsi ilə qeyd edilərək rəsmiləşdirilmiş “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi № KM2465”nə əsasən miras qoyan Cavabdeh1 müqavilədən irəli gələn hüquq və vəzifələrindən ibarətdir. - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh4, X14, X13 və X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli KM/VÖ-001 nömrəli “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə hüquq və vəzifələrin vərəsəyə verilməsinə dair müqavilə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər razılığa gəlirlər ki, bu Müqavilə notariat qaydasında təsdiq edildiyi tarixdən kirayəyə verənə məxsus və ünvan 1 ünvanında yerləşən 83.6 kv.m-dən ibarət 3 otaqlı mənzilin satmaq öhdəliyi ilə kirayəyə verilməsinə dair əvvəlki kirayəçi Cavabdeh1 ilə kirayə verən arasında bağlanmış xx.xx.2022-ci il tarixli KM2465 nömrəli kirayə müqaviləsi üzrə kirayəçinin hüquq və vəzifələri xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə yeni kirayəçiyə verilir və yeni kirayəçi qanunvericiliyə müvafiq olaraq kirayəçini əvəz edir. X1, X6 və X2 əvəzinə Cavabdeh4 imzalamışdır. - xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 miras qoyan Cavabdeh1 qalmış miras payını Cavabdeh4 bağışlamışlar. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 16 faizlə 36 ay müddətinə 2400 AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3222/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən Cavabdeh1 hüquqi varisləri olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müəyyən edilməklə işə cəlb edilmələri qərara alınmışdır. Hazırda iddiaçı borc məbləğini Cavabdeh1 hüquqi varislərindən tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh1 ölümündən sonra xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində V-599/2022 saylı vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh4, X3, X9 və X10 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədən görünür ki, miras əmlak ünvan 1 ünvanında yerləşən 83.6 kv.m-dən ibarət 3 otaqlı mənzilə dair ünvan 2ində xx.xx.2022-ci il tarixdə 3M-1361 reyestr nömrəsi ilə qeyd edilərək rəsmiləşdirilmiş “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi № KM2465”nə əsasən miras qoyan Cavabdeh1 müqavilədən irəli gələn hüquq və vəzifələrindən ibarətdir. Göründüyü kimi, Cavabdeh1 öldüyü məqamadək hər hansı əmlak hüquqlarına (miras aktivinə) malik olmamış, yəni onun vərəsələrinə hər hansı miras payı çatmamışdır. Belə olan halda, Cavabdeh1 kreditoru olan İddiaçı ASC-nin mənafelərinin ödənilməsi üçün Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə borclu kimi məsuliyyət daşımaları mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh1 hüquqi varisləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh1 hüquqi varisləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3222/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3222/2023
11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver