Məhkəmə qərarları › İş №2(008)-3247/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3247/2024

16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3247/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X22 qızının katibliyi, İddiaçı1 nümayəndəsi Vəkil Ağaqulu oğlunun, İddiaçı3 nümayəndəsi İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı “öhdəliyin yerinə yetirilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi və avtomobillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı “öhdəliyin yerinə yetirilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi və avtomobillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq, 12.185 manatın, iddia tələbi üzrə ödənilmiş 128 manat dövlət rüsumunun, ümumilikdə 12.313 manat məbləğin tutulması və avtomobillərin təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların mülkiyyət və sahibliklərində olan ** TO *** dövlət nömrəli “Toyota Prius” markalı, ** OT *** dövlət nömrəli “Toyota Prius” markalı, ** CJ *** dövlət nömrəli “Toyota Prius” markalı və ** UK *** dövlət nömrəli “Toyota Prius” markalı avtomobillər 01 yanvar 2024-cü il tarixdən Cavabdeh əvəzli istifadəyə verilmişdir. Avtomobillər cavabdehə 01 yanvar 2014-cü il tarixdən istifadəyə verilsə də, qarşılıqlı razılaşmaya əsasən 15 yanvar 2014-cü il tarixdən başlayaraq, hər bir avtomobilin istismarı və istifadəsi üçün aylıq 500 manat haqq ödənilməsi razılaşdırılmışdır. Avtomobillər təhvil verilərkən cavabdeh vergidə problemi olacağına görə müqavilə bağlamamalarını və sonradan öz aralarında rəsmiləşdirilməsini xahiş etmişdir. Maşınları qəbul edən zaman onların istifadədə olduğu müddətdə tələb olunan bütün xərclərin (təmir, texniki qulluq) cavabdehin özü çəkəcəyi, təhvil verildikdə isə qəbul etdiyi vəziyyətdə təhvil verəcəyi barədə razılaşmışlar. Razılaşmaya uyğun olaraq avtomobillər cavabdehin təyin etdiyi ustada yoxlanılmış, saz, işlək vəziyyətdə, heç bir cərimə olmadan cavabdehə təhvil verilmişdir. Cavabdeh 01 yanvar 2024 - 01 fevral 2024-cü il dövr üçün aralarında razılaşdırılmış hər maşın üçün 500 manatı gecikdirmiş, 23 fevral 2024-cü il tarixdə isə maşınların icarəsi ilə bağlı pul istənildikdə, ödəməkdən imtina etmişdir. Polisə müraciət etdikdən sonra bəlli olmuşdur ki, avtomobillərə müxtəlif dərəcəli ziyan yetirərək, o cümlədən avtomobillər yol istismar qaydalarını pozmaqla, idarə edildiyi üçün cərimələrə məruz qalmış və avtomobillər Bakıxanov qəsəbəsində müxtəlif ünvanlara atmışdır. Toyota Prius” markalı ** UK *** dövlət nömrəli avtomobili cərimə meydançasından iddiaçılar tərəfindən götürülmüşdür. Həmçinin avtomobillərin cavabdehə təhvil verilmiş vəziyyətdə geri verilməsi istənildikdə cavabdeh müxtəlif bəhanələr gətirərək son nəticədə isə öhdəliyini icra etməmiş, iddiaçıları müxtəlif formada hədələyərək, öhdəliyi yerinə yetirməkdən yayınmışdır. Belə ki, avtomobillərin cavabdehdən alınıb verilməsi və vurduğu ziyanın ödənilməsi ilə bağlı aralarında telefon danışıqları, yazışmalar olsa da, cavabdeh öhdəliyi yerinə yetirmir və son nəticədə iddiaçılara maddi zyan vurmaqda davam edir. 15 yanvar 2024-cü il - 15 fevral 2024-cü il tarix üçün hər bir avtomobil üçün aylıq 500 manat olmaqla, bir aylıq müddət üçün 2000 manat, avtomobilləri qaytarmalı olduğu 15 fevral 2024 - 15 mart 2024-cü il dövr üçün 2000 manat olmaqla, iki aylıq müddət üçün 4000 manat pul ödənilməmişdir. Avtomobillər cavabdehə yararlı və işlək vəziyyətdə verilsə də, avtomobillərin hazırki vəziyyətdə hər birinin vəziyyətinə uyğun xərclər yaranmışdır. “AKAY AUTO” mərkəzinin verdiyi qüsur aktında “Toyota Prius” markalı, ** TO *** dövlət nömrəli avtomobilə 1000 manat, “Toyota Prius” markalı, ** OT *** dövlət nömrəli avtomobilə 2230 manat, “Toyota Prius” markalı, ** CJ *** dövlət nömrəli avtomobilə 2985 manat, “Toyota Prius” markalı, ** UK *** dövlət nömrəli avtomobilə 1320 manat zərər dəyməsi təyin edilmişdir. Avtomobillər cavabdehin müvəqqəti istifadəsinə istismar üçün veriləndən sonra yol hərəkət qaydalarının pozulması ilə bağlı “Toyota Prius” markalı ** UK *** dövlət nömrəli avtomobil 230 manat, “Toyota Prius” markalı ** CJ *** dövlət nömrəli avtomobil 400 manat, “Toyota Prius” markalı ** TO *** dövlət nömrəli avtomobil 20 manat cərimələnmişdir. Qüsur aktlarına əsasən 7535 manat, avtomobillərin 15 mart 2024-cü il tarixə qədər istifadəsi ilə bağlı 4000 manat, cərimə məbləği 650 manat, ümumilikdə 12.185 manat və məhkəmə üçün ödənilmiş 128 manat dövlət rüsumunun alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə tərəfindən X18, X5, X2, X21 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddiaçı X12 nümayəndəsi İddiaçı2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə uyğun izahat verərək, əlavə olaraq tələb edilən avtomobillərin artıq onlarda olduğunu və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı1 nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, onunla yazılı qaydada icarə müqaviləsi bağlanmasa da, avtomobilləri iddiaçılardan icayərə götürdüyünü, iddiaçılarla aralarında olan razılaşmaya əsasən 15 fevral 2024-cü il tarixdən etibarən hər bir avtomobilə görə hər ay 500 manat pul ödəməli olduğunu, “Toyota Prius” markalı ** CJ *** dövlət nömrəli avtomobillə bağlı 500 manat məbləğində borcu olduğunu, digər avtomobillərin təhvili zamanı nasazlıqlar olduğunu, “Toyota Prius” markalı ** TO *** dövlət nömrəli, “Toyota Prius” markalı ** OT *** dövlət nömrəli, “Toyota Prius” markalı ** CJ *** dövlət nömrəli və “Toyota Prius” markalı ** UK *** dövlət nömrəli avtomobilləri iddiaçılara təhvil verdiyini, avtomobillərə tətbiq edilmiş cərimələrin pulunu iddiaçılar həmin avtomobilləri idarə etmək üçün etibarnamə verdikləri şəxslərdən tələb etməli olduqlarını və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı ** TO *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı3dur. İş materiallarında olan Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı ** UK *** , “Toyota Prius” markalı ** OT ***, “Toyota Prius” markalı ** CJ ***, nömrə nişanlı nəqliyyat vasitələrinin mülkiyyətçisi İddiaçı1dur. İş materiallarında olan “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmiş Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 09 oktyabr 2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı1 X3 mülkiyyətində olan “Toyota Prius” markalı nəqliyyat ** CJ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmiş Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 15 yanvar 2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı1 X16 mülkiyyətində olan “Toyota Prius” markalı nəqliyyat ** OT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmiş Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 31 yanvar 2024-cü il tarixli etibarnamədən görünür ki, Əhmədov X9 Anar Elxan oğluna mülkiyyətində olan “Toyota Prius” markalı nəqliyyat ** UK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmiş Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 21 yanvar 2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı3 X1 mülkiyyətində olan “Toyota Prius” markalı nəqliyyat ** TO *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmiş Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 08 fevral 2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı3 X4 mülkiyyətində olan “Toyota Prius” markalı nəqliyyat ** TO *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli 25 aprel 2024-cü il tarixli İnzibati Xəta haqqında Protokoldan görünür ki, “Toyota Prius” markalı nəqliyyat ** UK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X17 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi üzrə inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi tərəfindən tərtib edilmiş EQ 19010657 nömrəli 17 yanvar 2024-cü il tarixli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarının istifadə qaydaları əleyhinə olan və bu Qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, “Toyota Prius” markalı nəqliyyat ** UK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X27 İdarəsi tərəfindən tərtib edilmiş EQ 19032426 nömrəli 19 yanvar 2024-cü il tarixli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarının istifadə qaydaları əleyhinə olan və bu Qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, “Toyota Prius” markalı nəqliyyat ** UK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi üzrə inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi tərəfindən tərtib edilmiş EQ 19030981 nömrəli 19 yanvar 2024-cü il tarixli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarının istifadə qaydaları əleyhinə olan və bu Qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, “Toyota Prius” markalı nəqliyyat ** UK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə inzibati xəta törədilmişdir. İş materiallarında olan AYNA tərəfindən tərtib edilmiş 31 yanvar 2024-cü il tarixli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarının istifadə qaydaları əleyhinə olan və bu Qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, “Toyota Prius” markalı nəqliyyat ** UK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X18 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi üzrə inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi tərəfindən tərtib edilmiş EQ 19256534 nömrəli 02 fevral 2024-cü il tarixli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarının istifadə qaydaları əleyhinə olan və bu Qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, “Toyota Prius” markalı nəqliyyat ** UK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X18 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi üzrə inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X27 İdarəsi tərəfindən tərtib edilmiş EQ 19312792 nömrəli 05 fevral 2024-cü il tarixli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarının istifadə qaydaları əleyhinə olan və bu Qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, “Toyota Prius” markalı ** UK *** nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən X18 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X27 İdarəsi tərəfindən tərtib edilmiş EQ 19321523 nömrəli 06 fevral 2024-cü il tarixli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarının istifadə qaydaları əleyhinə olan və bu Qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, “Toyota Prius” markalı nəqliyyat ** UK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X18 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X27 İdarəsi tərəfindən tərtib edilmiş TP ******* nömrəli 07 fevral 2024-cü il tarixli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarının istifadə qaydaları əleyhinə olan və bu Qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, “Toyota Prius” markalı nəqliyyat ** UK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X18 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X27 İdarəsi tərəfindən tərtib edilmiş EQ 19351987 nömrəli 08 fevral 2024-cü il tarixli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarının istifadə qaydaları əleyhinə olan və bu Qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, “Toyota Prius” markalı nəqliyyat ** UK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X18 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi üzrə inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X27 İdarəsi tərəfindən tərtib edilmiş EQ 19426112 nömrəli 12 fevral 2024-cü il tarixli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarının istifadə qaydaları əleyhinə olan və bu Qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, “Toyota Prius” markalı nəqliyyat ** UK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X18 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri BPİ DYPİ tərəfindən tərtib edilmiş BT seriyalı 00676 nömrəli arayışına əsasən, “Toyota Prius” markalı ** UK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı1 tərəfindən mühafizə olunan duracaqdan götürülmüşdür. İş materiallarında olan Bakı şəhəri BPİ DYPİ tərəfindən tərtib edilmiş BT seriyalı 001381 nömrəli arayışa əsasən, “Toyota Prius” markalı ** UK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı1 tərəfindən mühafizə olunan duracaqdan götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİnin 13-cü PŞ-nin 09 mart 2024-cü il tarixli Qərarından görünür ki, İddiaçı2 müraciəti əsasında toplanmış HK 1-də 451 nömrə ilə qeydiyyata alınmış material üzrə Cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan “Akay Auto” tərəfindən tərtib edilmiş qiymətləndirmədən görünür ki, “Toyota Prius” markalı ** CJ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 2985 manat, “Toyota Prius” markalı ** TO *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 1000 manat, “Toyota Prius” markalı ** OT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 2230 manat, “Toyota Prius” markalı ** TO *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 1320 manat xərc çəkilməlidir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş çıxarışlardan görünür ki, “Leobank” bank hesab nömrəsi ilə göndərən İddiaçı2 tərəfindən qəbul edən Elvin M-in hesabına 28 mart 2024-cü il tarixdə 100 manat, 29 mart 2024-cü il tarixdə 250 və 1200 manat, 08 aprel 2024-cü il tarixdə 650 manat,13 aprel 2024-cü il tarixdə 550 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-9/5022/2024 nömrəli 05 iyul 2024-cü il tarixli Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “nəzəri hesablama yolu ilə, “Akay Auto” servis müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2008-ci il buraxılışlı “Toyota Prius” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci təxminən 685 müəyyən edilir. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 355,00 manat; - Təmir- bərpa işlərinin qiyməti - 330,00 manat. Qeyd: Cədvəlin 5-ci bəndində göstərilən mühərrikin hansı hissəsinin zədələnməsi və yaxud tam sıradan çıxması ilə bağlı qüsur aktında qeyd olunmadığından həmin hissə üzrə tədqiqat aparmaq mümkün olmadı.

2. Nəzəri hesablama yolu ilə, “Akay Auto” servis müəssisəsi tərəfindən tərtib edilmiş 03.03.2024- cü il tarixli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2006-cı il buraxılışlı “Toyota Prius" markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 950,0 müəyyən edilir. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 530,00 manat; - Təmir- bərpa işlərinin qiyməti - 420,00 manat.

1. Nəzəri hesablama yolu ilə, “Akay Auto” servis müəssisəsi tərəfindən tərtib edilmiş 03.03.2024- cü il tarixli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2008-ci il buraxılışlı “Toyota Prius” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci təxminən 1430,0 müəyyən edilir. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 660,0 manat; - Təmir- bərpa işlərinin qiyməti - 770,0 manat. Qeyd: Cədvəlin 1-ci bəndində göstərilən mühərrikin hansı hissəsinin zədələnməsi və yaxud tam sıradan çıxması ilə bağlı qüsur aktında qeyd olunmadığından həmin hissə üzrə tədqiqat aparmaq mümkün olmadı.

2. Nəzəri hesablama yolu ilə, “Akay Auto” servis müəssisəsi tərəfindən tərtib edilmiş 03.03.2024- cü il tarixli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2008-ci il buraxılışlı “Toyota Prius” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1155,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 385,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 770,0 manat.” İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı1 mülkiyyətində olan “Toyota Prius” markalı ** CJ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini X3, “Toyota Prius” markalı ** OT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini X16, “Toyota Prius” markalı ** UK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini X13 etibar etmişdir. İddiaçı3 mülkiyyətində olan “Toyota Prius” markalı ** TO *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1, “Toyota Prius” markalı ** TO *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini X4 idarə etməsi barədə etibarnamə vermişdir. Məhkəmə tərəflərin izahatlarını, işin hallarını və işdə olan sübutları yanaşı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İddia tələbinin təmin olunan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırki iş üzrə müəyyən edilən hallara əsasən iş üzrə tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, onunla iddiaçılar arasında yazılı müqavilə olmasa da, o, nəqliyyat vasitələrini icarəyə götürmüşdür. Beləliklə də, İddiaçı3 öz mülkiyyətində olan “Toyota Prius” markalı ** TO *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini, İddiaçı1 öz mülkiyyətində olan “Toyota Prius” markalı ** UK *** qeydiyyat nişanlı, “Toyota Prius” markalı ** OT *** qeydiyyat nişanlı və “Toyota Prius” markalı ** CJ *** qeydiyyat nişanlı nəqliyyat vasitələrini 15 yanvar 2024-cü il tarixdən hər ay hər nəqliyyat vasitəsi üçün 500 manat olmaqla, Cavabdeh istifadəsinə verdiklərini iddia etsələr də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitələrinin idarə edilməsi üçün 2024-cü ilin 15 yanvar, 21 yanvar, 31 yanvar, 08 fevral tarixlərində nəqliyyat vasitələrini idarə etmək üçün etibarnamələr verilmişdir. Cavabdeh tərəfindən aralarında icarə müqaviləsi bağladığını etiraf etdiyi üçün iddiaçılar həmin hissədə iddianı sübutetmə vəzifəsindən azad edilmiş olduqları halda, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhədliklərini icra etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh nəqliyyat vasitələrini iddiaçılardan təhvil alarkən onlarda texniki nasazlıqların olduğunu, onun bunları bilərək öz istifadəsinə qəbul etdiyini bildirir. Yəni, cavabdeh icarə müqaviləsinin icarəçi tərəfi olaraq mülki qanunvericilikdə öz əksini tapan bir sıra hüquqları olmuş olsa da, nəqliyyat vasitələrini icarəyə qəbul etmişdir. Bununla da, onun iddiaçılar qarşısında məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi razılaşmaya uyğun olaraq icarə münasibətləri olmuş və nəqliyyat vasitələri 1 ay müddətinə cavabdehin icarəsində olduğundan hər nəqliyyat vasitəsi üçün 500 manat olmaqla 2000 manat ödənilməmiş icarə haqqı cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Cavabdeh ** TO *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1 aylıq icarə pulu olan 500 manat tutularaq İddiaçı3; ** UK ***, ** OT *** və ** CJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin icarə pulu olan 1500 manat İddiaçı1 ödənilməlidir. İddia tələbinin təmin olunmayan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələbində nəqliyyat vasitələrinin onlara təhvil verilməsini tələb etsələr də, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 13-cü PŞ-nin 09 mart 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd olunması haqqında qərarda İddiaçı2 verilən sualların cavabında nəqliyyat vasitələrinin hal-hazırda onda olduğunu, həmçinin İddiaçı2 məhkəmə iclasında verdiyi izahatında da nəqliyyat vasitələrinin onlarda olmasını bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən hallardan biri də, nəqliyyat vasitələrinə dəymiş ziyanın ödənilməsini tələb edirlər. Məhkəmə işdə olan dəlillərə qanunvericiliyə əsasən hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Məhkəmə qey edir ki, dəymiş zərərin ödənilməsi tələbinə dair araşdırma zamanı ən zəruri şərtlər əməlin (hərəkət və ya hərəkətsizlik), əməlin hüquqa zidd olmasının və təqsirin müəyyən edilməsidir. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Bir qayda olaraq yalnız borclunun səbəb olduğu zərərin əvəzi ödənilməsidir. İşin araşdırılması zamanı iddiaçıların mülkiyyətində olan nəqliyyat vasitələrinə maddi ziyan dəyməsi bilavasitə sübut edilmir. İddiaçılar tərəfdən təqdim edilmiş “Akay Auto” tərəfindən tərtib edilmiş qiymətləndirmədə ehtiyat hissələrinin təmir edilməsi üçün xərclər qeyd edilsə də, həmin xərclərin birbaşa Cavabdeh hər hansı hərəkət və ya hərəkətsizliyi, təqsiri nəticəsində yaranmasını, xərclərin hansı vaxtdan yaranmış olduğunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçılar tərəfindən işə əlavə edilmiş bank hesablaşmalarında müxtəlif vaxtlarda İddiaçı2 tərəfindən M.Elvinə pul vəsaitlərinin göndərilmiş olsa da, həmin vəsaitlərin hansı məqsədlə və ya əsasla göndərilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçılar tərəfindən nəqliyyat vasitələrinin cavabdehin istifadəsinə verilməsi ilə bağlı təhvil-təslim aktı olunmamış, yəni nəqliyyat vasitələrinin cavabdehin istifadəsinə verilən zaman hansı vəziyyətdə olmasını təstiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 676-cı maddəsinə əsasən bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; 676.0.3. üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir. Həmin maddənin məzmunundan göründüyü kimi kirayəyə verilən əşyanın kirayəyə verilən anda istifadə üçün yararlı vəziyyətdə olmasını etmək vəzifəsi kirayəyə verənin üzərinə düşür. Lakin, iddiaçılar avtomaşınların istifadəyə (kirayəyə) verilməsi zamanı əmlakın yararlı vəziyyətdə olmasına dair heç bir sübut təqdim etməmişlər. Eyni zamanda məhkəmə iddia tələbinin 650 manat cərimə məbləğində pulun cavabdehdən tutulmasını əsaslı hesab etmir. İddianın obyekti olan nəqliyyat vasitələri etibarnamələr əsasında başqa şəxslərin istifadəsinə verilmiş, həmin şəxslərin istifadəsi nəticəsində tətbiq olunmuş cərimələr nəqliyyat vasitələrini idarə etmək səlahiyyəti olan şəxslərə yazılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tətbiq edilmiş inzibati məsuliyyət barədə cərimələr iddiaçılar tərəfindən ödənilmişdir. Məhkəmə iddiaçılara izah edir ki, bu barədə dəymiş maddi ziyanın əvəzini həmin şəxslərdən, yəni inzibati hüquq pozuntusu törətmiş sürücülərdən tələb etmək üçün yeni iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsmumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ** TO *** dövlət nömrə nişanlı avtomobilin 1 aylıq icarə pulu olan 500 manat tutularaq İddiaçı3, ** UK ***, ** OT *** və ** CJ *** dövlət nömrə nişanlı avtomobillərin icarə pulu olan 1500 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Dövlət rüsumu olaraq 40 manat cavabdehdən tutularaq iddiaçılara ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar