Məhkəmə qərarları › İş №2(008)-3299/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3299/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3299/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 oğlunun və Cavabdeh2n iştirakları ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 17.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7928,44 manat əsas borc, 990,89 manat faiz borcu və 419,54 manat cərimə borcu və kredit müqaviləsi üzrə 17.03.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2,20 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 9341,07 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, tərəflər arasında barışıq sazişi imzalanmışdır. Odur ki,barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi, bu barədə ərizəni və barışıq sazişini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər izahatlarında bildirdilər ki, iddiaçı ilə aralarında barışıq sazişi bağlanmışdılar. Ona görə də həmin barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı qaydada razılıq əldə etmişlər. Borc məbləği, ödəniş qaydası və borcun tam ödənilməsi: Tərəflər Cavabdeh1 və Cavabdeh2 23-MZ-1-0-2100-19 saylı, 17.12.2019-cu il tarixli kredit və zaminlik müqaviləsi üzrə iddiaçı «xxxx» ASC-yə 19.03.2021-ci il tarixə olan borc məbləğinin 8528,63 manat müəyyən edirlər. Göstərilən 8528,63 manat borcun 3000 manat məbləğində hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 05.05.2021-ci il tarixədək iddiaçı «xxxx» ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür. Borcun qalıq hissəsi olan 5528,63 manat məbləğini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6 ay müddətinə (iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr) hər ay 921,42 manat məbləğində olmaqla iddiaçı «xxxx» ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür. Hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğləri güzəşt olunur. Bu sazişlə razılaşdırılmış qaydada «xxxx» ASC-yə 8528,63 manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənildiyi halda, cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri tam icra olunmuş hesab olunacaqdır. Barışıq sazişində qeyd edilən qaydada və tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən banka olan borc məbləği tam ödənilsə borcun olmadığı haqqında arayış verir. Məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödəniləcəkdir. İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbi barədə iddia tələbindən imtina edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, barışıq sazişini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barışıq sazişini imzalayan şəxslər mülkiyyətçi olmaqla buna səlahiyyəti olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilər. Həmin Məcəllənin 52.5.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış 01.06.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və mülki işin icraatına xitam verilsin: Borc məbləği, ödəniş qaydası və borcun tam ödənilməsi: Tərəflər Cavabdeh1 və Cavabdeh2 23-MZ-1-0-2100-19 saylı, 17.12.2019-cu il tarixli kredit və zaminlik müqaviləsi üzrə iddiaçı «xxxx» ASC-yə 19.03.2021-ci il tarixə olan borc məbləğinin 8528,63 manat müəyyən edirlər. Göstərilən 8528,63 manat borcun 3000 manat məbləğində hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 05.05.2021-ci il tarixədək iddiaçı «xxxx» ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür. Borcun qalıq hissəsi olan 5528,63 manat məbləğini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6 ay müddətinə (iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr) hər ay 921,42 manat məbləğində olmaqla iddiaçı «xxxx» ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür. Hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğləri güzəşt olunur. Bu sazişlə razılaşdırılmış qaydada «xxxx» ASC-yə 8528,63 manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənildiyi halda, cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri tam icra olunmuş hesab olunacaqdır. Barışıq sazişində qeyd edilən qaydada və tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən banka olan borc məbləği tam ödənilsə borcun olmadığı haqqında arayış verir. Məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödəniləcəkdir. İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbi barədə iddia tələbindən imtina edir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar