Məhkəmə qərarları › İş №2(008)-33/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-33/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-33/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi K.X9, Cavabdeh Mehdiyev Mehdi Mais oğlunun iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər X8, Mehdiyev Mehdi Mais oğluna və X6 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 8901,34 manat, faiz borcu üzrə 2661.82 manat, cərimə borcu üzrə 762.80 manat, cəmi 12325.96 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 866/013 nömrəli 16 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 18 faizlə 36 ay müddətinə 20000 (iyirmi min) manat kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı nə qədər səy göstərsə də, cavabdeh öz öhdəliyini bugünədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən 866/013 nömrəli, 16 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 8901,34 manat, faiz borcu üzrə 2661.82 manat, cərimə borcu üzrə 762.80 manat, cəmi 12325.96 manat borcu mövcuddur. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, cəmi 15,180.90 manat - bundan 8,901.34 manat əsas, 3,187 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3,092 manat faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər X3, Mehdiyev Mehdi Mais oğlundan və X2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 8901,34 manat, faiz borcu üzrə 2661.82 manat, cərimə borcu üzrə 762.80 manat, cəmi 12325.96 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə iddia ərizəsi üzrə mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(008)-2432/2019 nömrəli qərardadı ilə Cavabdeh vəfat etməsi səbəbindən dayandırılmışdır. Daha sonra iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlayaraq Cavabdeh məxsus əmlak (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L. Məmmədbəyova küçəsi, ev 14, 27 saylı mənzil) barədə məlumat əldə edilmişdir. Daha sonra isə Cavabdeh hüquq varislərini müəyyən etmək üçün müvafiq olaraq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının İ müavini Güloğlan Məmmədov tərəfindən göndərilmiş 1/2094 nömrəli 16 sentyabr 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, "07 sentyabr 2022-ci il tarixli **********346 saylı məktubunuza əsasən, Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 44 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 306 saylı arayış Sizə göndərilir. Həmin arayışda göstərilir ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanda X11, Mehdiyev Mehdi Mais oğlu, X10 və X15 yaşayırlar. Göründüyü kimi X11, Mehdiyev Mehdi Mais oğlu, X10 və X1 Mais Mehdi oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanda yaşayaraq Cavabdeh ölümündən sonra mirası faktiki olaraq qəbul etmişdirlər. Hazırda iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair 2(008)-7468/2023 saylı mülki iş icraatdadır. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi barədə mülki iş üzrə cavabdehlər qismində X11, Mehdiyev Mehdi Mais oğlu və X10 iştirak edir. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Hal-hazırda isə cavabdehlərin 16 dekabr 2013-cü il tarixli 886/013 saylı kredit müqaviləsi üzrə banka olan borc məbləğində dəyişiklik olmuşdur. Odur ki, iddia tələbinin artırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi K.X16 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Mehdiyev Mehdi Mais oğlu iddia tələbini qəbul etməyərək, atasının 10.000 manatdan çox ödəniş etdiyini, onun iddia ərizəsində qeyd edilmiş məbləği ödəmək üçün maddi imkanın olmamasını, eyni zamanda da digər cavabdehlərin işləmədiyini, onların da bu məbləği ödəmək üçün maddi imkanının olmamasını bildirmişdir. Eyni zamanda cavabdeh Mehdiyev Mehdi Mais oğlu nəhkəyə izahat verərək anası X7 və onun atasından qalma evdə yadığını bildirsədə bacısı X4 onlarla birgə yaşamadığını bildirmişdir. Cavabdehlər X12 və X10 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 886/013 nömrəli kredit müqaviləsindən görünür ki, bank 20000 (iyirmi min) manat olmaqla 36 ay müddətinə Cavabdeh kredit verilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 886/013 kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə borcu 8901.34 (səkkiz min doqquz yüz bir manat, otuz dörd qəpik) manat əsas, 3187 (üç min yüz səksən yeddi) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz məbləği 3092.56 (üç min doxsan iki manat, əlli altı qəpik) manat olmaqla, cəmi 15180.90 ( on beş min yüz səksən manat, doxsan qəpik) manat təşkil edir. -xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(81)-1541/2016 nömrəli xx.xx.2016-ci il tarixli qərardadından görünür ki, TexnikaBank ASC müflis elan edilmişdir. -4 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat orqanının AZ-İ 997902 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə ölmüş, ölüm akt qeydi xx.xx.2019-cu il tarixdə, 268 nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, Cavabdeh adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi, ev 14, 27 saylı mənzil qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, Cavabdeh adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi, ev 14, 27 saylı mənzil qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 44 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 306 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakıxanov qəsəbəsi, L.Məmməddbəyova küçəsi 14, ev 27 nömrəli mənzildə X13, Mehdiyev Mehdi Mais oğlu, X10, X15 pasport qeydiyyatındadır. xx.xx.2019-cu il, ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün LPO İddiaçı ASC tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir; Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1038-ci maddəsinə əsasən Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-ci il tarixində 36 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan Cavabdeh müqavilə üzrə öhdəliyini tam olaraq icra olunmadan xx.xx.2019-ci il tarixində vəfat etmişdir və qanuni üzrə vərəsəliyi isə faktiki olaraq hazırki cavabdehlər X11, Mehdiyev Mehdi Mais oğlu və X10 qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Mehdiyev Mehdi Mais oğlu bacısı X4 atasından qalma evdə yaşamadığını bildirsədə bunu təsdiq edəcək sübutları məhkəmə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinin təlbindəndə göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğundan və hazirdakı cavabdehlər X3, Mehdiyev Mehdi Mais oğlundan və X2 8901.34 manat məbləğində əsas borc tutularaq iddiaçı LPO "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 3092.56 manat cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehərdən atasında miras passivinə daxil olan borc məbləği tələb etmişdir. Məhkəmə hesab edir ki, nə qədər əsas borcalan xx.xx.2019-cu il tarixdə vəfat etmişdir, miras qoyanın vərəsələrindən cərimə pulunun tutulması qanunvericiliyin tələblərinə uyğun deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan başqa məhkəmə iddia tələbinin AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3,092 manat faiz borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, müqavilənin müddəti 16.012.2016-ci il tarixdə başa çatmışdır, lakin iddiaçı bank isə müqavilə müddəti başa çatmadan müflis elən edilmişdir. Beləliklə məlum olur ki, müflis elan edilmiş bank kredit müqaviləsinin vaxtında icra olunsa belə hər hansı gəlir əldə edə bilmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Mülki Məcəlləsinə 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın 30 (otuz) manat dövlət rüsumunun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X5, Mehdiyev Mehdi Mais oğlundan və X2 müştərək qaydada 8901.34 (səkkiz min doqquz yüz bir manat, otuz dörd qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X5, Mehdiyev Mehdi Mais oğlundan və X2 8901.34 (səkkiz min doqquz yüz bir manat, otuz dörd qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar