Məhkəmə qərarları › İş №2(008)-3300/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3300/2022

09.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3300/2022 09.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi böyük icra məmuru X2 iştirakı ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 1346.03 (bir min üç yüz qırx altı manat üç qəpik) məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-300/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə AZərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək qAZancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 7(008)-358/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 10 ay 01 gün müddətinə AZadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Qərarın icrası onlara həvalə edilmişdir. 30 iyun 2021-ci il tarixdə böyük icra məmuru Ə.Fərzəndov məhkumun iştirakı müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmşdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd enerji bankı, bir ədəd sadə elektron qolbağ, bir ədəd qolbaq üçün yükləmə qurğusu, yaddaş kitabçası və 3 ədəd ev siqnal ötürücüsü məhkum hAZırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. “X4 “MMC-nin verdiyi texniki rəyə görə cavabdehə təhkim olunmuş, mobil qurğunun korpus hissəsinə müdaxilə olunaraq qopardılmışdır. Bunun səbəbini aydınlaşdırmaq üçün cavabdeh idarəyə dəvət olunsada o idarəyə gəlib, izahat verməmişdir. Həmçinin cavabdehə bildiriş göndərilərək, ona təhkim olunmuş 01 ədəd mobil qurğunun dəyəri olan 1346,03 ( bir min üç yüz qırx altı manat 03 qəpik) manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsada bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Belə olan halda hesab edirik ki, cavabdehin günahından yəni lAZımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnmiş və bizə maddi ziyan dəymişdir. NAZirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi böyük icra məmuru X3 iddia tələbi üzrə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lAZımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə AZərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)- 300/2018 nömrəli, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib qAZanjından dövlət nəfinə 20 faiz pul tutulmaqla 01 il 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan göstərişin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(008)-300/2018 saylı hökmü xx.xx.2018-ci il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkməsinin 7(008)-358/2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-300/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə AZərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Cavabdeh təyin edilmiş qAZancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il 09 (doqquz) ay müddətinə islah işləri cəzası 10 (on) ay 15 (on beş) gün müddətinə AZadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən olunmuş Cavabdeh həbsdə olduğu 07 gün müddətinin 01 (bir) günü AZadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 14 (on dörd) gün çıxılaraq üzərində qəti olaraq 10 (on) ay 01 (bir) gün müddətinə AZadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəza çəkmə müddətinin əvvəli Cavabdeh cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. İş materiallarında olan göstərişin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(008)-358/2021 saylı qərarı xx.xx.2021-ci il tarixdə ijraya yönəldilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AZadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxslə söhbət aparılması barədə arayışdan görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 7(008)-358 saylı, xx.xx.2021-ci il qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-300/2018 saylı, xx.xx.2018- ci il tarixli hökmü ilə AZərbaycan Respublikası CM-nin 185.1 -ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş qAZancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il 09 (doqquz) ay müddətinə islah işləri cəzası 10 (on) ay 15 (on beş) gün müddətinə AZadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş məhkum Cavabdeh ilə söhbət aparılmış, AZadlığın məhdudlaşdırılması cəzası ilə əlaqədar vəzifələr və ümumi qaydalar ona izah edilmişdir. İş materiallarında olan AZadliğin məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh 982 saylı komplekt: mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, enerji bankı, sadə elektron qolbağ, qolbaq üçün yükləmə qurğusu və 03 ədəd ev siqnal ötürücüsü təhkim olundu. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihAZın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi və ona yaddaş kitabçası verildi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh iltizamı ondan ötrü ki vermişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 7(008)-358 saylı, xx.xx.2021 -ci il hökmü (qərarı) üzrə ona təhkim edilmiş 982 saylı komplekt: mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, enerji bankı, sadə elektron qolbağ, qolbaq üçün yükləmə qurğusu və 3 ədəd ev siqnal ötürücüsünü qəbul etmiş və ona izah edilmişdir ki, ona təhkim edilmiş yuxarıda sadalanan elektron vasitələri korlayarasa, zədələyərsə barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin surətindən görunur ki, texniki baxış zamanı müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun korpus hissəsinə müdaxilə olunaraq qoparılmışdır. İş materiallarında olan AZərbayjan Respublikası Ədliyyə NAZirliyi Maliyyə və təminat idarəsinin xx.xx.2018-ji il tarixli məktubunun surətindən görünür ki, mobil nəzarət qurğuları xüsusi proqram təminatının dəyəri 1346.03 manat təşkil edir. İş materiallarında olan AZərbaycan Respublikası Ədliyyə NAZirliyi Maliyyə və təminat idarəsinin 21/3-1149 saylı xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, elektron nəzarət vasitələrinin tətbiq olunduğu məhkumların izlənilməsi, nəzarətdə saxlanılması ilə bağlı fəaliyyətin təşkili ilə əlaqədar Ədliyyə NAZirliyinin balansında olan izlənmə avadanlıqları Probasiya Xidmətinin Elektron monitorinq, elektron nəzarət sisteminin server avadanlıqları və proqram təminatı (texniki xidmətin göstərilməsi üçün) İnformasiya-kommunikasiya texnologiyaları idarələrinin istifadələrinə təhvil verilməsi üçün müvafiq akt tərtib olunmuş və tərəflərə təqdim olunmuşdur. Tərtib olunmuş aktda sadə ağıllı elektron qolbağların və digər nəzarət avadanlıqlarının dəyəri və maliyyə məlumatları öz əksini tapmışdır. Həmçinin bildirlir ki, elektron avadanlıqlarının dəyəri nəzarət subyektindən tutularaq X1 aşağıda göstərilən hesabına köçürülməlidir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 21-1/3- 429/19 saylı məktubunun surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-358/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının icrası ilə əlaqədar şəxsiyyət vəsiqəsini təqdim etməklə Bakı şəhər Probasiya İdarəsinə gəlməsi tələb edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 21- 1/Am-492/19 saylı məktubunun surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-358/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən ona təhkim olunmuş elektron nəzarət vasitəsi olan 01 ədəd mobil qurğunun dəyəri olan 1346,03 ( bir min üç yüz qırx altı manat 03 qəpik) manat pulu təqdim olunmuş müvafiq hesaba ödəməyinz ondan tələb olunması, elektron nəzarət vasitəsi olan 01 ədəd mobil qurğunun dəyərinin tərəfinizdən könüllü ödənilmədiyi halda həmin pulun ondan məcburi tutulması üçün məhkəməyə mürciət olunacağı barədə xəbərdarlıq edilmişdir Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən elektron nəzarət qurğusu sındırılmış və onun dəyəri 1346.03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat dəyərində olması sübut olunur. AZərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha AZ miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). AZərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lAZımınca yerinə yetirmədiyindən iddia təmin edilərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 1346.03 manat dəyərində vəsait alınıb Bakı Şəhər Probasiya İdarəsinə verilməlidir. AZərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirAZlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və AZərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 1346.03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində pul vəsaiti alınıb Bakı Şəhər Probasiya İdarəsinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar