Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3301/2022 28.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Bakı şəhər Probasiya Şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən elektron mobil qurğu 1346,03 manat dəyərində vəsaitin alınıb Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab:AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta:AZen, VÖEN: **********) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Piriyev X2 rayon Məhkəməsinin 1(008)-200/2019 №-li, xx.xx.2019-cu il tarixli qərarı ilə AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə AZadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru N.Abuzərov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd 3053PC2 mobil qurğu, bir ədəd mobil qurğunun enerji adabteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd sadə elektron qolbağ, yaddaş kitabçası və 3 ədəd ev siqnal ötürücüsü məhkum hAZırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh təhvil alınmış elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun yaddaşında problem var. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lAZımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lAZımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə onun iştiarkı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə , iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sabunçu rayon Məhkəməsinin 1(008)-200/2019 №li, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə AZadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, məhkum Cavabdehlə söhbət aparılmış və AZadlığın məhdudlaşdırılması cəzası ilə əlaqədar məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri, ümumi qaydalar və məsuliyyəti ona izah edilmişdir. xx.xx.2020-ci il tarixdə icra məmuru N.Abuzərov tərəfindən məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və həmin gün 3053PC2 mobil qurğu, mobil qurğunun enerji adabteri, mobil qurğunun enerji toplayıcı kabeli, sadə elektron qolbağ, yaddaş kitabçası və 3 ədəd ev siqnal ötürücüsü təhkim olunmuş, məhkuma bu nəzarət avadanlıqlarının istifadə qaydaları izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmiş, həmçinin həmin vasitəni zədəlikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh ona təhkim olunmuş yuxarıda qeyd olunan qurğuları qəbul etmişdir. Məhkum İ.Talıbovdan təhvil alınmış elektron nəzarət dəstinin vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli texniki rəyindən görünür ki, baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş ev siqnal ötürücüsünün 2 ədədi xarab olmuş, ərimiş vəziyyətdədir və işləmir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli məktubdan da görünür ki, elektron qolbağın dəyəri 1346,03 manat təşkil edir. HAZırda iddiaçı cavabdehdən elektron qolbağın kəmərə keçən hissəsi 1346,03 manat dəyərində vəsaitin tutulmasını istəyir. Məhkəmə aşağıda qeyd olunan əsaslara görə iddianın əsaslı və qanuni olduğu nəticəsinə gəlmişdir. AZərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. AZərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, hökmün icrası ilə əlaqədar cəza çəkdiyi müddətdə cavabdehin üzərinə quraşdırılmış və ondan təhvil alınmış elektron qolbağın kəmərə keçən hissəsi sındırılmış, bununlada cavabdeh tərəfindən 1346,03 manat məbləğində ziyan vurulmuşdur. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirAZının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1346,03 manat dəyərində vəsait alınıb Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab:AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta:AZen, VÖEN: **********) köçürülməlidir. Şərh olunanlara əsasən və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektron mobil qurğu 1346,03 manat dəyərində vəsait alınıb Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab:AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta:AZen, VÖEN: **********) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3301/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3301/2022
28.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver