Məhkəmə qərarları › İş №2(008)-3305/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3305/2020

27.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3305/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X3, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X1, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və X12 və Emalı Zavoduna qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və X12 və Emalı Zavoduna qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və X12 və Emalı Zavodunun məsul vəzifəli şəxslərinin təqsiri üzündən ailənin yeganə qazanc gətirən xx.xx.2018-ci il tarixdə ölmüş oğlu X6 ölümü nəticəsində vurulmuş zərərin əvəzinin 76688,80 manat miqdarında pulun hər ay 655,74 manat olmaqla xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2028-ci ilədək pul vəsaitinin cavabdehlərdən tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar hər ikisi xəstə olmaqla əmək qabiliyyətlərini itirmişlər. Övladları X9 ailənin yeganə qazanc gətirən üzvü olmuşdur. Mərhum oğlu X2 Pambıq İstehsalı və Emalı zavodunda 2018-ci ilin may ayında işlə təmin olunmuşdur. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə oğlu arasında bağlanmış mülkihüquq müqaviləsinə əsasən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə məxsus X12 və Emalı zavodunun sınaqdan keçirilməsi ilə əlaqədar oğlu muzafəhlə vəzifəsi (peşəsi) üçün nəzərdə tutulmuş funksiyalarının icrası tapşırılmışdır. Oğlu ilə cavabdeh arasında bağlanmış müqavilə oğlu işlə təmin olunduqdan 3 ay sonara, yəni xx xxxxxx 2018-ci ildə bağlanmışdır.Müqavilənin 2.1.3-cü bəndinə əsasən icraçının sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradır. Müqavilənin 2.1.4-cü bəndinə əsasən oğlunun aylıq əmək haqqısı 655.74 manat olmuşdur. xx xxxxxxxx 2018-ci il tarixdə oğlu xidməti vəzifəsini yerinə yetirən zaman, yəni həmin zavodda rəhbər vəzifədə çalışan vəzifəli şəxs mərhumu dəzgahların quraşdırılması ilə əlaqədar çatışmayan ehtiyat hissəsini almaq üçün mağazaya göndərmişdir. Oğlu Bakı-Qazax avtomobil yolunun Ucar şəhəri ərazisindən keçən hissəsində yolu keçən zaman baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən yerindəcə vəfat etmişdir. Hadisəsi ilə bağlı cinayət işi başlanmışdır.Mərhum oğlu həmin müqavilə üzrə xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etdiyindən Azərbaycan Respublikası MM-in 1097 və 1122-ci maddələrinə əsasən hesab edir ki, cavabdeh orqanlar ailəyə yeganə qazanc gətirən mərhum oğlunun ölümü nəticəsində onlara vurulmuş ziyanın əvəzini hər ay 655.74 manat miqdarında ödəməyə borcludur. Cavabdehlərə, eləcə də digər səlahiyyətli orqanlara ailəyə yeganə qazanc gətirən oğullarının ölümü nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi mövzusunda müraciət etmişlər. Müraciət etdiyi orqanlardan cavab alsalarda, cavabdehlər müraciətlərini bu günə qədər cavabsız qoymuşdurlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 iddia tələbinin əsassız olduğunu bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdeh X12 və Emalı Zavodu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, Ucar Rayon Məhkəməsinin 1(063)-8/2019 saylı, xx.xx.2019cu il tarixli hökmünün surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş və X4 AR Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il, 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; - AZ-İ seriyalı, 921471 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə tramvatik beyindaxili qanaxma nəticəsində ölmüşdür; -Vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən Çıxarışın surətindən görünür ki, X9 xx.xx.1993-cü il tarixdə Ucar rayonunda anadan olmuş, atası İddiaçı1 anası İddiaçı2dır; -xx.xx.2018-ci il tarixli, 31/MH/18 saylı müqavilədən görünür ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə X9 arasında bağlanmış müqaviləyə əsasən X9 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə məxsus X12 və Emalı zavodunun sınaqdan keçirilməsi ilə əlaqədar fəhlə vəzifəsi üçün nəzərdə tutulmuş funksiyaların icrası içraçıya tapşırılmışdır. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən icraçıya göstərdiyi xidmət müqavilində işlədiyi hər ay üçün 655,74 manat məbləğində maaş alır; -Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2018-ci il tarixli, 07/xxxx-2862 saylı məktubundan görünür ki, iddiaçıların oğlunun ölümü ilə əlaqədar kompensasiya verilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyinə ünvanladıqları müraciətlərinə baxılmış və qeyd olunan məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinə aid deyil. Aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət bilinmişdir; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2018-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, aparılmış araşdırma zamanı təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki,”Cavabdeh1” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanılmış xx xxxxxx 2018ci il tarixli 31 nömrəli müqavilə əsasında X12 və Emalı zavodunun sınaqdan keçirilməsi ilə əlaqədar fəhlə peşəsi üçün nəzərdə tutulmuş funksiyaların icrası C.Nağıyevə tapşırılmışdır. Bununla yanaşı X12 və Emalı zavodunun mühəndisi Çingiz İsmayılov izahatında C.Nağıyevin zavodun işçisi olmadığını, onun mülki - hüquqi müqavilə əsasında işə cəlb edildiyini göstərmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən C.Nağıyev ilə hər işəgötürən arasında əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndinə əsasən tapşırıq, komisyon, müəlliflik və başqa mülki - hüquqi müqavilələr üzrə işləri yerinə şəxslərə Bu Məcəllə şamil edilmədiyindən müraciətdə qeyd olunan məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur; - xx.xx.2018-ci il tarixli vəzifə təlimatından görünür ki, fəhlənin əmək funksiyası nümayəndəliyə daxil olan texnikaların, avadanlıqların və mineral gübrələrin yüklənib, boşaldılmasında və daşınmasında iştirak etmək və rəhbərlik tərəfindən tapşırılmış digər işləri yerinə yetirməkdən ibarətdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə X9 arasında bağlanmış əmək müqaviləsinəəsasənCavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə məxsus X12 və Emalı zavodunun sınaqdan keçirilməsi ilə əlaqədar muzafəhlə vəzifəsi (peşəsi) üçün nəzərdə tutulmuş funksiyalarının icrası tapşırılmışdır.İddiaçıların oğlu Cavabdeh1 ASC-də işləyən işdə olan saatda mağazaya getdikdə avtonəqliyyat qəzası nəticəsində vəfat etmiş, hadisə ilə əlaqədar cinayət işi açılmış və məhkəmə hökmü ilə Rəhimov Surxay adlı şəxs X6 ölümündə təqsirli bilinmişdir. İddiaçılar hesab edirlər ki, hadisə onların mərhum oğlu İddiaçı1 işdə olduğu zaman baş verdiyinə görə cavabdeh onlara dəyən zərərin əvəzini ödəməlidir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsi təşkil edir. Əmək Məcəlləsinin 239.1-ci maddəsinə əsasənistehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarına əsaslanaraq qeyd edir ki, hazırki iş üzrə araşdırılmalı olan mübahisəli məsələ mərhum Nağıyev Cəlalın həqiqətən də istehsalatda baş vermiş qəza nəticəsində ölməsinin müəyyən edilməsidir. Bununla əlaqədar olaraq araşdırma zamanı müəyyən olunmuşdur ki, mərhum Cəlal işdə olduğu vaxt dostunun velosipedi ilə mağazaya getmiş və ölümünün səbəbi nəqliyyat hadisəsi olmuşdur. İddiaçılar onların oğlu Cəlalın mağazaya onun rəhbər işçiləri tərəfindən göndərildiyini əsas gətirsə də, bunu məhkəmədə faktlar əsasında təsdiq edə bilməmişlər. İddiaçıların qeyd olunan tələbinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “mağazadan hər hansı əşyalar almaq” Nağıyev Cəlalın birbaşa vəzifə səlahiyyətinə aid olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıların oğlunun işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində həlak olması öz təsdiqini tapmır və buna görə də cavabdehin işçinin həlak olması ilə bağlı onun ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməsi öhdəliyi yaranmayıb və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və X12 və Emalı Zavoduna qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar