Məhkəmə qərarları › İş №2(008)-3314/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3314/2024

12.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3314/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X11 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X11 qarşı “sabit pul məbləğində alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2108/2011 saylı 13 iyul 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, iddia ərizəsi daxil olan gündən xx.xx.2008-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehin tutulan alimentin məbləği artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğinin cavabdeh X5 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2108/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə borclu X5 hər ay 1 uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün cəmi 76 manat sabit pul məbləğində aliment tutularaq tələbkar onun xeyrinə ödənilməlidir. Övladı hazırlıq kurslarına gedir. Övladını tək böyüdür. Heç bir yerdən heç bir maddi köməkliyi yoxdur. Uşağının təlimtərbiyəsi ilə özü məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindi. Maddi imkanı yoxdur. Buna görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh X19 məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək, iddianı qəbul etməmiş və bildirmişdir ki, o, X25 ilə 2007-ci ildə rəsmi nikaha daxil omuş və müəyyən müddət valideyinlərinə məxsus evində yaşamışlar. Birgə nikahılarından xx.xx.2008-ei ildə X14 adlı övladı anadan olmuşdur. Bir müddətdən sonra X2 şəxslərin təsiri altına düşərək münasibətləri pozulmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə nikahlarə pozulmuş və məhkəmənin qətnaməsinə əsasən 76 manat məbləğindən aliment tutularaq Rüstəmova Gülümə ödəniləsi qət edilmişdir. Təyin edilmiş alimenti anası tərəfindən həmişə ödənilmişdir. O, uşaq vaxtı, yəni xx.xx.1986-cı ildə anadan olanda tibbi sənədlərə əsasən çətin doğuş nəticəsində taravma almış və asfikasiya halında anadan olmuş, erkən fiziki və psixi inkişafı qusurlu olmuşdur. Həmyaşıdlarından geri qalmış, qıcolma tutma keçirmiş, kəllə-beyin travmasi almışdır. Uşaq yaşlarında infeksion xəstəliyə tutulmuş, 1994-cü ildə uşaq vaxlarında başından ağır xəsarət almış və Ağdam rayon xəstəxanasında kələ-beyin xəstəliyindən müalicə almışdır. 1997-ci ilin yaz aylarında elektrik vurması nəticəsində ağır travma almış X34 2087 saylı stasionar kartasında çıxarışa əsasən onun “başın, hər iki əlin, sol saidin İİİ –İV dərəcəsi elektrik yanğın diaqnozu ilə müalicə almışdır. İki əlinin solsaid İİİ B, İV dərəcəli elektrik yanğın 5.8-10-% xəstəliyi müəyyən edilmişdir. O zaman onu Bakı şəhəri M.Nağıyev adına şöbəsi,uşaq klinik xəstəxanasında müalicə almış və 2000-ci ildə X13 müalicə almışdır. 2000-ci ildə Bakı şəhəri X41 Xəstəlikləri Dispanseinin stasionar şöbəsində müayinə olunmuş və o zaman ona “Travmatik epileplsiya generaliza olunmuş tutmalar, şəxsiyyət dəyişikliyi” diaqnozu qoyulmuşdur. Bakı şəhəri Sabunçu rayon şöbəsində müalicə almışdır. Onun xəstəliyi sağalmaz olduğu üçün ona 2-ci qrup əlillik verilmiş və onu həqiqi hərbi xidmətdənəsgərlik xidmətindən azad etmişlər. xx.xx.2018-ci il tarixində Bakı şəhəri Nizami rayon Polis İdarəsi İstintaq Şöbəsində onun barəsində əsassız olaraq AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət iş başlamış və sonradan onun əməlində cinayət tərkibi olmadığı üçün icraata xitam verilmişdir. Onun barəsində əsasız başlanmış cinayət işi üzrə mənim barəm də ekspetiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X22 Stasiaonara Məhkəmə Psixiatrik və Məhkəmə Psixoloji Ekspertizasının xx.xx.2019-cu il tarixli 18 saylı Rəyinə əsasən onun əməlini faktiki xarakterini və ictimai təhlükəliyinin dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. O, anlaqsız hesab olnur. Onun əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Onun hazırkı psixi vəziyyəti və əzab çəkdiyi smatık xəstəliklə əlaqədar mütamadi olaraq ambulator qaydada 5 saylı KX-də müvafiq müayinə və müalicələrdən keçməsini nəzərə alaraq ona qarşı AR CM-nin müfafiq maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidə və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Qeyd olunan sənədlərdən müəyyən olunur ki, onun xəstəliyi ağırdır və sağalmaq ehtimalı yoxdur. O, uzun müddətdir ki, valideynlərinin himayəsində yaşayır və anası onun qəyyumu təyin edilmişdir. O, təkrar olaraq 2012-cı ildə ailə qurmuş və ikinci nikahından iki övladı - xx.xx.2012-ci il təvəllüdlü X20 və xx.xx.2020-ci il təvəlldlü X15 anadan olmuşdur. Eyni zaman Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosisal Ekspert Komissiyasının Qərarı ilə onun psixi xəsətəlikləri onun fiziki imkanları məhdudlaşdırıldığından onun hər hansı bir formada əmək qabiliyyətin olmadığı üçün böyük məbləğdə aliment ödəmək imkanı yoxdur. O, 1-ci qrup əlildir və ona təyin edilmiş pensiya ilə yaşayır. O, daimi atasının himayəsində olduğu üçün və atası vəfat edəndən sonra atasının pensiyası ona təyin edilmişdir və hazırda o, atasına təyin olunmuş pensiya ilə yaşayır. Himayəsində 2 az yaşlı uşaq vardır. Onun üçün də onun 235 manat aliment ödəmək imkanı yoxdur. O, 1-ci qrup əlil olduğundan o, yalnız aldığı pensiyadan 100 (yüz) manat məbləğində aliment ödəmək imkanı vardır. Bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 129297 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X6 arasında nikah xx.xx.2011-ci ildə pozulmuşdur. Nikah pozulduqdan sona kişiyə Məhərrəmov, qadına Hüseynova verilmişdir. İş materiallarında olan Ağdam rayon Qərvənd ərazi nümayəndəliyi tərəfindən verilmiş AZ-T 148687 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə Ağdam rayonunun Quzanlı kəndində doğulmuş X16 atası X19, anası X9r. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2108/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia təmin ediləfək, X19 ilə X17 arasında xx.xx.2007-ci il tarixdə Sabunçu rayon VVADQ şöbəsində 1870 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X7sı X6 yanında qalması, X3 xx.xx.2008-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 iyul 2011-ci il tarixdən başlayaraq hər ay 76 manat sabit pul məbləğində aliment tutularaq X10 verilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 (əlli) manat mediasiya xərci, 10 (on) manat poçt-kargüzarlıq xərci dənilmişdir. İş matreiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X22 Stasionar Məhkəmə Psixiatrik Və Məhkəmə Psixoloji Ekspertizasinin xx.xx.2019-cu il tarixli 18 saylı rəyindən görünür ki, X19 cinayt əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyinin dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. O, anlaqsız hesab olnur. Onun əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Onun hazırkı psixi vəziyyəti və əzab çəkdiyi smatık xəstəliklə əlaqədar mütamadi olaraq ambulator qaydada 5 saylı KX-də müvafiq müayinə və müalicələrdən keçməsini nəzərə alaraq ona qarşı AR CM-nin müfafiq maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidə və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İş materiallarında olan 060581 nömrəli xx.xx.2016-cı il tarixli vəsiqədən görünür ki, Cavabdeh 2-ci qrup əlildir. İş materiallaında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 06 noyabr 2012-ci il tarixdə X26 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X21 27 yanvar 2012-ci ildə Bakı şəhərində doğulmuş, atası X19, anası X24r. İş materiallarında olan 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X18 29 fevral 2020-ci ildə Bakı şəhərində doğulmuş, atası X19, anası X12r. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 235 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqlarını pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Lakin məhkəmə artırılmalı olan alimentin məbləğinə diqqət yetirərək qeyd edir ki, hazırki mülki iş üzrə cavabdeh 2-ci qrup əlil olduğundan ödənilməli alimentin miqdarı elə həddə müəyyən edilməlidir ki, cavabdehi həddən artıq maddi çətinliyə salmamalı, qətnamənin icrası mümkün olmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2011-ci il tarixli 2(008)-2108/2011 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2011-ci il tarixli 2(008)-2108/2011 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X5 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar